Dini mövzuda seminar

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) İsmayıllı rayon İcra Hakimiyyəti ilə birlikdə “Müasir Azərbaycan cəmiyyəti və dini problemlər” mövzusunda seminar treninq keçirmişdir. Tədbirdə rayon ictimaiyyətinin və dini icmaların nümayəndələri, ziyalılar iştirak etmişlər. Tədbiri giriş sözü ilə RİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Valeh Salehov açmışdır. O, Dövlət Komitəsinin maarifləndirmə xarakteri daşıyan və respublika üzrə mütəmadi keçirilən bu kimi tədbirlərin mahiyyətindən söz açmış, dövlətin din siyasətinin həyata keçirilməsi istiqamətində rayonda görülmüş işlərdən danışmışdır.Dini mövzuda seminarDQİDK-nin dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Nahid Məmmədov “Müasir Azərbaycan cəmiyyəti və dini problemlər” mövzusunda məruzə etmişdir. Komitənin Şimal-Qərb bölgəsinin şöbə müdiri Mehman İsmayılov regiondakı dini durum və dövlət-din münasibətlərindən danışmışdır.
Rəsmi nümayəndələrin açıqlamalarında dini sahədə ölkədə aparılan işlərə, bu sahəyə dövlətin diqqət və qayğısından, qarşıya çıxan problemlərdən, onların həlli yollarından söz açılmış, Azərbaycanla qonşu olan dövlətlərdə islamın nüfuzu və bəzi dini icmaların pozucu fəaliyyətləri barədə danışılmışdır.Dini mövzuda seminarNatiqlərin ətraflı açıqlamalarından sonra seminarda Eldar Əliyev, Şəfaqət Rəsulov, Qalib Bəşirov, Murad Məhərrəmov, Abbas Əzizov, Ramiz Baloğlanov və İdris İbrahimov maraqlı təkliflər irəli sürmüş, bəzi məsələlərə aydınlıq gətirilməsi üçün suallar səsləndirmişlər.
Tərəflər seminarın yüksək səviyyədə keçdiyini və əhəmiyyətli olduğunu qeyd etmişlər.
Rəhim Rəhimli,
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şimal-Qərb bölgəsi üzrə şöbənin aparıcı məsləhətçisi

Şərh Yaz