Əyalət mətbuatı arasında lider

Son illər bölgələrimizdə çıxan qəzetlərin fəaliyyətində də canlanma hiss olunur. Region əhalisinin əksəriyyəti paytaxtda nəşr olunan qəzetləri almaq iqtidarında deyil. Həm də əhalini özünün, yaşadığı ərazinin mövcud sosial durumu və problemləri barədə yazılar maraqlandırır. Bu baxımdan bölgə qəzetlərinin əhəmiyyəti müstəsnadır. Əyalət mətbuatı arasında liderÇətin və şərəfli bir missiyanı yerinə yetirən bölgə medialarından biri də “İsmayıllı xəbərləri” qəzetinin yüzüncü sayı da işıq üzü gördü. Təbiəti, insanları ilə ölkənin işıqlı guşələrindən olan bir rayonun mətbu orqanı kimi “İsmayıllı xəbərləri” qısa müddət ərzində bölgənin nüfuzu qəzetinə çevrilmişdir.
“İsmayıllı xəbərləri”nin tirajı, maddi-texniki bazası, dövriliyi ilə ölkəmizin digər bölgə qəzetlərinə nümunə olması diqqət çəkən cəhətlərdəndir. Qəzetin baş redaktoru Şahməmməd müəllim və redaksiya heyəti qəzetə rəhbərlik etdiyi müddətdə nəşrin çətin şəraitdə ağır məhrumiyyətlər bahasına işıq üzü gördüyü dönəmlər də olub. Lakin ən çıxlmaz anlarda da qələm yerə qoyulmayıb.
Bəli, bu gün “İsmayıllı xəbərləri”nin yüzüncü sayı çapdan çıxır. Bu qəzetin dizayneri olmağımdan bir rahatlıq duyuram. Ötən müddət ərzində mənə doğma Zəngilanı xatırladan ismayıllını daha yaxından tanıyıb ona bağlanmışam.
Bu xoş gün münasibətilə qəzetin təsisçisi və baş redaktoru Şahməmməd Dağlaroğlunu və qəzetə əməyi keçən bütün insanları səmimi qəlbdən təbrik edir, bu çətin və şərəfli yolun yolçularına bundan sonra yaradıcılıq uğurları arzulayıram. Arzu edirəm ki, yarandığı gündən oxucuların qəlbində necə taxt qurubsa, bundan sonra da onların daimi yol yoldaşı olun!
Qələminiz iti, oxucularınız bol, yolunuz açıq olsun!
Səmimi arzularla: Dönməz Abbasov

Şərh Yaz