İş yüksək qiymətləndirildi

Bu il iyunun 4-də İsmayıllı şəhər 1 saylı tam orta məktəbində ingilis dili öyrənən məktəblilər üçün yay düşərgəsinin açılışı barədə qəzetimizdə xəbər vermişdik. Budur, vaxt tamam oldu və düşərgənin bağlanışı münasibətilə tədbir keçirildi.İş yüksək qiymətləndirildiYay düşərgəsini maliyyələşdirən ABŞ-ın Nyu-York ştatından “Lynn Kids Foundation” adlı sosial təşkilatdır. Onun rəhbəri bu ştatdan olan xanım Lünn Rozendir. Təşkilatın məqsədi imkansız uşaqlara yardım etməkdir. Həm də uşaqlar burada ingilis dilini təkmilləşdirmək, internet vasitəsilə digər ölkələrin uşaqları ilə ünsiyyət qurmaq, əlavə məlumatlar əldə etmək imkanı qazanırlar. Tədbirə valideynlər və qonaqlar da dəvət edilmişdilər.
Tədbiri məktəbin direktoru Şəfaqət Rəsulov açdı və bu işin təşkilatçıları olan Şükufə Nəcəfovanın, həmçinin Pərvanə Piriyevanın işini yüksək qiymətləndirdi. Düşərgənin müsbət cəhətlərini, uşaqların bu sahəyə olan marağını xüsusilə qeyd etdi.
Sonra düşərgənin rəhbəri Ş.Nəcəfova gördükləri işlərdən məlumat verdi. O qeyd etdi ki, biz gördüyümüz işləri bloqa yerləşdirmişik, videokonfrans keçirmişik. Qrupumuz qızlardan ibarət olduğu üçün onlara qadın hüquqları barədə geniş məlumatlar vermişik. Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində olduq və işlərilə maraqlandıq, eyni zamanda burada maraqlı bir diskussiya da keçirdik.
Düşərgənin digər müəlliməsi Pərvanə Piriyeva bildirdi ki, uşaqlar bu on gündə xeyli bilik əldə edə bildilər. Onlar sərbəst olaraq öz fikirlərini həmsöhbətlərinə sərbəst çatdırmaq vərdişləri qazandılar. Fikirlərini ingilis dilində çatdırmaq bacarığına yiyələnmək heç də az şey deyil. Çətin anlarda biz onların köməyinə çatırdıq.
İş yüksək qiymətləndirildiƏlbəttə, bu müddət ərzində şagirdlər başqa ölkələrdəki həmyaşıdlarının işləri ilə tanış olmuşlar. Bu da onların dünyagörüşünün formalaşmasına kömək göstərəcəkdir.
Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxışında düşərgənin işini yüksək qiymətləndirdi. O, dedi: – Qızların burada qadın hüquqları barədə məlumat almaları çox yaxşıdır. Bəzən bizə müraciət edən qadınların suallarından məlum olur ki, onların bu sahədəki bilikləri çox aşağıdır.
Valideyn Aytən Dəmirova düşərgənin işini yüksək qiymətləndirdi. Uşağının düşərgəyə böyük həvəslə gəlməsini qeyd etdi.
RTŞ metodik kabinetinin direktoru Hümbət Əsədov da bu işin müsbət cəhətləri barədə danışdı. Düşərgənin işini yüksək qiymətləndirdi.
Sonda məktəbin direktoru Ş.Rəsulov düşərgədə iştirak edən uşaqlara sertifikatlar təqdim etdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz