Təbrik edirik

Təbrik edirik Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı işçilərinin ”Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” sərəncam imzalamışdır.
Azərbaycanda meliorasiya və su təsərrüfatının inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunanlar sırasında həmyerlimiz, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Həsənov Fazil Nadir oğlunun da adı vardır.
Yüksək mükafat münasibətilə Fazil müəllimi İsmayıllı rayon ictimaiyyəti adından ürəkdən təbrik edir, ona can sağlığı və yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz