Bayram süfrəsi ətrafında

Bayram süfrəsi ətrafındaİsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzində 15 iyun Milli Qurtuluş günü münasibəti ilə bayram tədbiri keçirilmişdir. GEM-in işçiləri iki gün sonra qeyd edəcəkləri səhiyyə işçiləri gününün fərəhini də bu bayram günün fərəhinə qatmışlar. Tədbirə yaş həddinə görə burada əmək fəaliyyətinə son qoymuş təcrübəli səhiyyə işçiləri də dəvət olunmuşdular. Səhiyyə işçilərinin yaxın dostu, RİH başçısının müavini Ə.Vahabova da tədbirdə iştirak edirdi.Bayram süfrəsi ətrafındaBayram süfrəsi ətrafındaİsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzində 15 iyun Milli Qurtuluş günü münasibəti ilə bayram tədbiri keçirilmişdir. GEM-in işçiləri iki gün sonra qeyd edəcəkləri səhiyyə işçiləri gününün fərəhini də bu bayram günün fərəhinə qatmışlar. Tədbirə yaş həddinə görə burada əmək fəaliyyətinə son qoymuş təcrübəli səhiyyə işçiləri də dəvət olunmuşdular. Səhiyyə işçilərinin yaxın dostu, RİH başçısının müavini Ə.Vahabova da tədbirdə iştirak edirdi.
Bayram tədbirini Mərkəzin direktoru Xanlar Qəmbərov açdı. Qonaqlqrı və iş yoldaşlarını hər iki bayram münasibətilə təbrik etdi. Daha sonda Ə.Vahabova Milli Qurtuluş gününün bayram edilməsinin səbəb və tarixindən danışdı. Məclisdə iştirak edənləri RİH başçısı Nizami Ələkbərovun və özünün adından təbrik edən Ə.Vahabova bu qəbildən olan tədbirlərin yaratdığı mühit və birliyə yüksək dəyər verdi.
Məclis böyük bir ailənin həqiqətən də bayram süfrəsi ətrafına toplanması təsirini bağışladı.
“İsmayıllı xəbərləri”

Şərh Yaz