Azərbaycan Yaponiya dostluğunun təbliğatçısı

Azərbaycan Yaponiya dostluğunun təbliğatçısıİyun ayının 11-də Yaponiyadan olan iş adamı Kosuqi Saki İsmayıllıya növbəti səfərdə olmuş, RİH-nin başçısı Nizami Ələkbərovla görüşmüşdür. Məlumat üçün bildiririk ki, cənab Kosuqi Saki Cənubi Qafqazda birinci layihə olmaqla İsmayıllıda salınan “Yapon bağı”nın müəllifi və icraçısıdır.
“Yapon bağı” Yaponiya və Azərbaycan dövlətləri arasında olan dostluğun simvoludur və yapon xalqının daha yaxından tanınması üçün yapon mifologiyasına görə “Daş həyat hekayəsi” əsasında yaradılmışdır.Azərbaycan Yaponiya dostluğunun təbliğatçısıAzərbaycan Yaponiya dostluğunun təbliğatçısıİyun ayının 11-də Yaponiyadan olan iş adamı Kosuqi Saki İsmayıllıya növbəti səfərdə olmuş, RİH-nin başçısı Nizami Ələkbərovla görüşmüşdür. Məlumat üçün bildiririk ki, cənab Kosuqi Saki Cənubi Qafqazda birinci layihə olmaqla İsmayıllıda salınan “Yapon bağı”nın müəllifi və icraçısıdır.
“Yapon bağı” Yaponiya və Azərbaycan dövlətləri arasında olan dostluğun simvoludur və yapon xalqının daha yaxından tanınması üçün yapon mifologiyasına görə “Daş həyat hekayəsi” əsasında yaradılmışdır.
Cənab Kosuqinin bu səfəri əsasən təşəbbüsçü olduğu Yaponiyanın İto şəhəri ilə İsmayıllı arasında imzalanacaq qardaşlaşma müqaviləsinin bəzi detallarını müzakirə etmək və qarşı tərəfin fikirlərini öyrənməkdən ibarət idi.
Önəmli iş adamlarından olan qonaq Yaponiyada İsmayıllı rayonunun təbliğatçısı olduğunu bildirdi və bu işdən qürur duyduğunu söylədi
Hörmətli qonaq qardaşlaşma müqaviləsi imzalandıqdan sonra xalqlarımızın daha da yaxınlaşması üçün əlindən gələni edəcəyinə söz verdi.
Hər dəfə olduğu kimi, cənab Kosuqi bu dəfə də “Yapon bağı”nı ziyarət etdi, bağın saxlanmasına dair tövsiyələrini verdi.
“İsmayıllı xəbərləri”

Şərh Yaz