Yaddas kitabcasi

Xatirələrə dönən 10 gün

Xatirələrə dönən 10 günİsmayıllı respublikamızın gözəl, zəngin təbiətə malik bölgələrindəndir. Elə buna görə də Bakının ayrı-ayrı rayonlarında yaşayan, II qrup 20 Yanvar, Qarabağ müharibəsi və digər səbəblərdən əlillik qazanan insanlar olaraq, iyun ayının 9-dan 19-na olan növbəti yay istirahətini burada keçirmək qərarına gəldik. Qalmaq üçün şəhərdəki “ Çıraq” otelini seçdik.
Seçimdə yanılmadığımızı istirahətimizin ürəyimizcə keçməsi ilə dəyərləndiririk. Burada səmimi, mehriban, yüksək səviyyədə mədəni qarşılanma gördük.
Bizə göstərilən hərtərəfli diqqət və qayğıya görə ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Füzuli Ələkbərova dərin minnətdarlığımızı bildiririk.Xatirələrə dönən 10 günXatirələrə dönən 10 günİsmayıllı respublikamızın gözəl, zəngin təbiətə malik bölgələrindəndir. Elə buna görə də Bakının ayrı-ayrı rayonlarında yaşayan, II qrup 20 Yanvar, Qarabağ müharibəsi və digər səbəblərdən əlillik qazanan insanlar olaraq, iyun ayının 9-dan 19-na olan növbəti yay istirahətini burada keçirmək qərarına gəldik. Qalmaq üçün şəhərdəki “ Çıraq” otelini seçdik.
Seçimdə yanılmadığımızı istirahətimizin ürəyimizcə keçməsi ilə dəyərləndiririk. Burada səmimi, mehriban, yüksək səviyyədə mədəni qarşılanma gördük.
Bizə göstərilən hərtərəfli diqqət və qayğıya görə ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Füzuli Ələkbərova dərin minnətdarlığımızı bildiririk.
İstirahət müddətində İsmayıllının gəzməli, görməli yerlərində, rayon mərkəzindəki istirahət parklarında olduq. Hətta, Milli Qurtuluş gününə həsr olunmuş bayram tədbirinin, həmin gün keçirilən “Kitab bayramı” iştirakçılarının sırasında da olduq. Harda nə gördüksə, gözümüzü, könlümüzü oxşadı. Gördüyümüz gözəlliklərin son bir neçə ildə yaradılması haqqında məlumat aldıq. İsmayıllını sevdik. Bu sevgidən doğan xoş təəssüratlara görə rayon rəhbərliyinə, şəxsən RİH başçısı Nİzami Ələkbərova minnətdarlıq edirik.
İstirahət müddətində Qəbələ şəhərində, Lahıc, Basqal qəsəbələrində olduq. Qədim tarix və mədəniyyətimizi özündə qoruyub saxlamış abidələri, maddi-mədəniyyət nümunələrini gördük. Yaşadığımız xoş günlərin fərəhi hər birimizə növbəti dəfə bu yerlərə səfər etmək arzusu bəxş etdi.
“Çıraq” otelində bizə olduqca yüksək xidmət göstərdilər. İlk növbədə qayğıya ehtiyacımız olduğunu burada düzgün qiymətləndirdilər, ümumilikdə və fərdi qaydada hər birimizə hörmət və nəzakətlə xidmət göstərdilər.
Milli Qurtuluş günündə rayonun sayılan musiqi qruplarından biri otelin foyesində bayram əhval-ruhiyyəmizi bir qədər də yüksəltdi. Oxunan muğam və mahnıları dinlədik, şən, oynaq musiqi sədaları altında rəqs etdik.
Burada keçirdiyimiz günlərin süfrəsi üçün ləziz yeməklər hazırlamış aşpaz Ruhiyyə Zeynalovaya, bələdçimiz İlqar Məmmədliyə, həvəskar şair Anar Niftəliyevə, xüsusilə “Çıraq” otelinin baş direktoru Emin Şəmdinova qrupumuzun hər bir üzvü adından minnətdarlıq və təşəkkür edirəm.
Salamatlıq olsun! Çıraqların gur yansın, “Çıraq!”
Nazim Ələkbərov,
II qrup 20 Yanvar əlili

Şərh Yaz