Yaddas kitabcasi

Həm yardım, həm də istirahət

Həm yardım, həm də istirahət4 iyun 2012-ci ildə İsmayıllı şəhər İ.Həsənov adına məktəbdə ingilis dili öyrənən məktəblilər üçün yay düşərgəsinin açılışı oldu. Layihənin rəhbəri Şükufə Nəcəfova məktəbin ingilis dili müəlliməsi Pərvanə Piriyevanın da düşərgədə şagirdlərlə birgə işləyəcəyini bildirdi. Tədbirdə RİH başçısının müavini Ə.Vahabova, məktəbin direktoru Ş.Rəsulov, tədris üzrə direktor müavinləri S.Qəniyeva, N.Baxşıyev həm də valideynlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Ş. Rəsulov açdı. O, bu səpkili layihələrin şagirdlərin dilinin formalaşmasına, onların gələcəkdə hərtərəfli vətəndaş kimi yetişməsinə, onlarda könüllülük prinsipinin formalaşmasına müsbət təsir göstərdiyini vurğuladı və şagirdlərə bu işdə uğurlar dilədi. Düşərgənin direktoru Ş.Nəcəfova düşərgəni maliyyələşdirən təşkilat haqqında iştirakçılara məlumat verdi, düşərgənin məram və məqsədini açıqladı. Düşərgənin rəhbəri dedi :Həm yardım, həm də istirahətHəm yardım, həm də istirahət4 iyun 2012-ci ildə İsmayıllı şəhər İ.Həsənov adına məktəbdə ingilis dili öyrənən məktəblilər üçün yay düşərgəsinin açılışı oldu. Layihənin rəhbəri Şükufə Nəcəfova məktəbin ingilis dili müəlliməsi Pərvanə Piriyevanın da düşərgədə şagirdlərlə birgə işləyəcəyini bildirdi. Tədbirdə RİH başçısının müavini Ə.Vahabova, məktəbin direktoru Ş.Rəsulov, tədris üzrə direktor müavinləri S.Qəniyeva, N.Baxşıyev həm də valideynlər iştirak edirdi.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Ş. Rəsulov açdı. O, bu səpkili layihələrin şagirdlərin dilinin formalaşmasına, onların gələcəkdə hərtərəfli vətəndaş kimi yetişməsinə, onlarda könüllülük prinsipinin formalaşmasına müsbət təsir göstərdiyini vurğuladı və şagirdlərə bu işdə uğurlar dilədi. Düşərgənin direktoru Ş.Nəcəfova düşərgəni maliyyələşdirən təşkilat haqqında iştirakçılara məlumat verdi, düşərgənin məram və məqsədini açıqladı. Düşərgənin rəhbəri dedi :
– Bu il məktəbimizdə yay düşərgəsi keçirməyi qərara almışıq. Yay düşərgəmizi maliyyələşdirən təşkilat ABŞ-ın Nyu York ştatından “Lynn Kids Foundation” adlı sosial bir təşkilatdır. Təşkilatın rəhbəri Nyu York ştatından olan xanım Lünn Rozendir. Bu təşkilat tam könüllülük əsasında qurulub. “Lynn Kids Foundation” təşkilatının əsası 2010-cu ildə qoyulub. Məqsədi imkansız uşaqlara yardım etməkdir. Bu təşkilat şagirdlərə öz təxəyyülünü inkişaf etdirmək imkanı verir. Həm də onlara gələcəkdə hərtərəfli bir vətəndaş kimi formalaşmağa yardımçı olur. Həmçinin şagirdlərin tənqidi təfəkkürünün formalaşmasına yardım edir. Bu təşkilatın məqsədi imkansız uşaqların təhsildən uzaqlaşmamasıdır. Şüar belədir: ”No child left behind” (Heç bir uşaq kənarda qalmamalıdır). Düşərgəmiz “Woman right” – “Qadın hüquqları” mövzusunda keçiriləcək.
Bu gün biz yay düşərgəmizin ilk gününü-açılış mərasimini qeyd edirik. Yay düşərgəmizdə yalnız qızlarla işləyəcəyik. Bu düşərgəni təşkil etməkdə məqsədimiz şagirdləri gələcək həyata hərtərəfli bir vətəndaş kimi yetişdirmək, onlarda liderlik bacarığını formalaşdırmaq, şagirdlərimizə könüllülük prinsipini aşılamaqdır. Düşərgəmiz 2 həftə ərzində hər gün 2-3 saat davam edəcək. Bu müddət ərzində biz şagirdlərlə müxtəlif səpkili tədbirlər təşkil edəcəyik. Əlbəttə, şagirdlərimizin ingilis dilində diskusiyaları olacaq, bu da onların dilinin inkişafına xidmət edəcək. Həmçinin, onlarda məntiqi və tənqidi təfəkkürün formalaşdırılması üçün müxtəlif səpkili tədbirlərimiz və video konfranslarımız olacaq. Onlar dünyanın bir çox ölkələrindən olan müəllim və şagirdlərlə fikir mübadiləsi edəcək, qadın hüquqları barədə müzakirələr aparacaq, broşurlər hazırlayacaq və bu barədə diskusiyalar təşkil edəcəklər. Qeyd etdi ki, belə layihələr şagirdlərdə məntiqi düşüncə tərzini və tənqidi təfəkkürü formalaşdırır. Qeyd edildi ki, düşərgənin bloq da hazırlansın (http://shukufa-ismaillisummercamp.blogspot.com/) və şagirdlər hər gün işlərini bloqda yerləşdirsinlər. Bloqdan sonra o, facebookda olan səhifə ilə də iştirakçıları tanış etdi. Başqa ölkələrdən olan işlər, həmçinin öz işləri iştirakçılara təqdim olundu. Şükufə müəllimə həm də birgə layihənin iştirakçısı olan ölkələrlə video konfrans da qurdu. Tədbir video lentə alındı.
Sonra söz Ə.Vahabovaya verildi. O, Şükufə müəllimənin şagirdlərin hərtərəfli inkişafı üçün çox səy göstərdiyini, mütəmadi olaraq xeyirxah işlər gördüyünü söylədi. Bu günkü düşərgə də xeyirxah işlərdən biridir. Əzizə xanım düşərgənin işində müəllim və şagirdlərə uğurlar arzuladı.
Pərvanə müəllimə də düşərgənin işinin uğurlu olmasına əminliyini bildirdi.
Sonda şagirdlərə köynəklər və flamasterlər paylandı. Onlar düşərgədə geyinəcəkləri köynəklərin üzərinə Azərbaycan, İsmayıllı Lünn Kids sözlərini yazdılar.
Bağlanış mərasimində düşərgədə olmuş müəllim və şagirdlərə sertifikatlar təqdim ediləcəkdir.
Ş.Soltanov

Şərh Yaz