İkiqat bayram
Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyəti İsmayıllı rayon bölməsinin dəstəyi ilə 15 iyun Milli Qurtuluş günündə aztəminatlı və imkansız ailələrin uşaqları üçün sünnət kompaniyası keçirilmişdir. Həmin gün 14 nəfər azyaşlının sünnət edilməsi ailədə şad xəbər kimi qarşılanmışdır.
Əməliyyatların keçirilməsində QAC-ın İsmayıllı rayon bölməsinin sədri Tofiq Soltanov və Cəmiyyətin könüllüləri iştirak etmişlər.
Kompaniya çərçivəsində işlərin yerinə yetirilməsində İsmayıllı Mərkəzi Xəstəxanasının həkimi Fikrət Osmanov, orta və kiçik tibb işçiləri Xəyalə Bəşirova, Bəsti Ağakişiyeva və Rəhilə Rüstəmova xüsusi səy göstərmişlər.
Respublika QAC-nın İsmayıllı rayon bölməsinin sədri T.Soltanovdan aldığımız məlumata görə bu kompaniya gələcəkdə də davam etdiriləcəkdir.
Əməliyyat edilən uşaqlara cəmiyyətin hədiyyələri də təqdim edilmişdir. Valideynlər bu günün onlar üçün ikiqat bayram olduğunu qeyd etmişlər.
“İsmayıllı xəbərləri”