Gənc meşəçilərin seminarı

Gənc meşəçilərin seminarıİsmayıllı şəhər 5 saylı tam orta məktəbində rayonun Gənc meşəçilərinin seminar-müşavirəsi keçirilmişdir.
Seminarda Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Lalə Dadaşova çıxış edərək meşələrin müasir ekoloji vəziyyəti, ağacların həyatiliyinin təyini, meşədə bioloji tədqiqatlar, məktəb ekoloji monitorinqi, təcrübəçilik işlərinin təşkili, meşədə davranış qaydaları və sair məsələlər barədə ətraflı məlumat verdi.
Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmənin Təkmilləşdirilməsi Proqramının Azərbaycan üzrə əlaqələndiricisi Azər Qarayev çıxışında meşələrin mühafizəsi, bərpası və davamlı istifadəsi haqqında seminar iştirakçılarını məlumatlandırdı.Gənc meşəçilərin seminarıGənc meşəçilərin seminarıİsmayıllı şəhər 5 saylı tam orta məktəbində rayonun Gənc meşəçilərinin seminar-müşavirəsi keçirilmişdir.
Seminarda Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktor müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Lalə Dadaşova çıxış edərək meşələrin müasir ekoloji vəziyyəti, ağacların həyatiliyinin təyini, meşədə bioloji tədqiqatlar, məktəb ekoloji monitorinqi, təcrübəçilik işlərinin təşkili, meşədə davranış qaydaları və sair məsələlər barədə ətraflı məlumat verdi.
Meşə Sektorunda Hüquq Tətbiqi və İdarəetmənin Təkmilləşdirilməsi Proqramının Azərbaycan üzrə əlaqələndiricisi Azər Qarayev çıxışında meşələrin mühafizəsi, bərpası və davamlı istifadəsi haqqında seminar iştirakçılarını məlumatlandırdı.
Seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı ƏETS şöbəsinin məsləhətçisi Hakim Kazımov, rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin baş məsləhətçisi Cabbar Qəribov, rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Yaşar Nuriyev, Qalınçaq kənd tam orta məktəbin direktoru Xalid Seyidov, Talıstan kənd tam orta məktəbinin şagirdi Gültac Allahverdiyeva, şəhər 5 saylı tam orta məktəbin şagirdi Mələk Babayeva, Diyallı kənd tam orta məktəbinin biologiya müəllimi Sürmə Fərzəliyeva, RTŞ-nin aparıcı məsləhətçisi Nadir Məmmədov çıxış edərək fikir mübadiləsi apardılar, rəy və təkliflərini bildirdilər.
Seminar müşavirə iştirakçıları “Gənc Meşəçilər Məktəbi”, meşələri qorumaq, bərpa etmək, flora və faunadan, təbii sərvətlərdən davamlı istifadə etmək, ətraf mühitə düzgün münasibət göstərmək barədə biliklər əldə etdilər. Seminar müşavirə həm də iştirakçılarda yaşıl təfəkkürün formalaşması baxımından əhəmiyyətli oldu.
Seminar müşavirənin yekununda Respublika ET və TM-nin direktor müavini Lalə Dadaşova “Yaşıl Azərbaycan” Respublika məktəblilərinin yaşıllaşdırma aylığında daha fəal iştirak edən Qurbanəfəndi kənd tam orta məktəbinə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin Fəxri fərmanını təqdim etdi .
E. Orucova,
şəhər 2 saylı tam orta məktəbin müəllimi

Şərh Yaz