Yaddas kitabcasi

İldönümünə həsr olunmuş konsert.

İldönümünə həsr olunmuş konsert.Hər bir təşkilatda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilməkdədir. May ayının 7-də Fazil Əzimov adına İsmayılllı rayon İncəsənət məktəbində fortepiano şöbəsində təhsil alan şagirdlərin konserti olmuşdur.
Gənc musiqiçilər əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə tər bahar gülləri düzmüşlər.
Sonra məktəbin müəllimi Nazim Aydınov Ulu öndərin həyatı, Azərbaycan mədəniyyəti və incəsənəti, onun bu sahədəki fəaliyyəti ilə bağlı bəzi tarixi məqamları diqqətə çatdırmışdır.İldönümünə həsr olunmuş konsert.İldönümünə həsr olunmuş konsert.Hər bir təşkilatda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilməkdədir. May ayının 7-də Fazil Əzimov adına İsmayılllı rayon İncəsənət məktəbində fortepiano şöbəsində təhsil alan şagirdlərin konserti olmuşdur.
Gənc musiqiçilər əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə tər bahar gülləri düzmüşlər.
Sonra məktəbin müəllimi Nazim Aydınov Ulu öndərin həyatı, Azərbaycan mədəniyyəti və incəsənəti, onun bu sahədəki fəaliyyəti ilə bağlı bəzi tarixi məqamları diqqətə çatdırmışdır.
O həmçinin əsası 1968-ci ildə qoyulan rayon İncəsənət məktəbinin uğurlarından, burada çalışmış və çalışan müəllimlərin işgüzarlığından söz açmışdır. Tədbirdə sinif konserti təşkil olunmuş fortepiano müəlliməsi Gülşən Nəbiyevanın dünyalarını dəyişmiş valideynləri – Elman və Elmira Nəbiyevlər yad olunmuşlar. Onların rayon İncəsənət məktəbinə verdiyi töhfələrdən söz açılmışdır.
Sinif müəlliməsi Gülşən Nəbiyevanın yetirmələri rayon mədəniyyət evinin iclas zalına toplaşanlar qarşısında geniş, maraqlı, alqışlarla qarşılanan konsert proqramı ilə çıxış etmişlər.
Konsertdən sonra tədbirdə iştirak edən valideynlər məktəbin pedaqoji kollektivinə xüsusilə də G.Nəbiyevaya minnətdarlıqlarını bildirmişlər.
Cavid Bədəlov

Şərh Yaz