Bizdən qayğı gözləyənlər

Bizdən qayğı gözləyənlərMay ayının 4-də Heydər Əliyev adına parkda yerləşən Gənclər Mərkəzində Gənclər və İdman İdarəsi İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzi ilə birgə xüsusi qayğıya ehtiyacı olan əlil və qüsurlu uşaqların əl işlərindən ibarət sərgi keçirmişdir.Sərginin keçirilmə məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların istedadlarını üzə çıxarmaq, cəmiyyətdə onların fəal iştirakını təmin etmək olmuşdur. Ümumillikdə tədbirdə 40 nəfər iştirak etmişdir. İsmayıllı Ailə və Uşaqlara Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva tədbir iştirakçılarını salamlayaraq, uşaqların əl işlərindən fərəhləndiyini, Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara müxtəlif sahələr üzrə geniş şərait yaradıldığını bildirdi. Bizdən qayğı gözləyənlərGənclər və İdman İdarəsinin baş məsləhətçisi Şövqi Əhmədov, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Xalıq Xalıqov, şəhər 1 saylı tam orta məktəbinin uşaq təşkilatı birliyinin rəhbəri Pərvanə Məmmədova çıxış etdilər. Bizdən qayğı gözləyənlərOnlar əlil uşaqlara qayğı göstərməyin vacibliyini, onlara dəstək durmağın zərurilyini vurğuladılar, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qulluq etməyin çətin, lakin şərəfli olduğunu bildirdilər. Bizdən qayğı gözləyənlərSərgidə Bababəyli Rəhilə, Əhədli Pərviz, Həsən Hüseynov, Jalə Nağıyeva,Bizdən qayğı gözləyənlər Nəzrin Vahabova, Fərqanə Alməmmədova, Əhməd Abbasov, Əli Hüseynov, ümumilikdə, Bizdən qayğı gözləyənlər8 nəfər xüsusi qayğıya ehtiyacı olan uşağın əl işləri fərqləndiyinə görə Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olundu.
Şövqi Əhmədov
Bizdən qayğı gözləyənlər
Bizdən qayğı gözləyənlər
Bizdən qayğı gözləyənlər

Şərh Yaz