Yaddas kitabcasi

İsmayıllı rayon İcra Hakimiyyəti başçısına

İsmayıllı rayon İcra Hakimiyyəti başçısınaHörmətli Nizami müəllim!
Azərbaycan xalqının mədəni irsinin parlaq nümunəsi olan Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmişdir. Artıq üçüncü ildir ki, ölkə başçısının müvafiq sərəncamlarına uyğun olaraq Novruz bayramı böyük təntənə ilə qeyd olunur.
2012-ci il 19 mart tarixində Qız qalasının ətrafından başlayaraq Dənizkənarı Milli Park boyu davam edən bayram şənliyində İsmayıllı milli adət-ənənələri, mətbəx nümunələri, kənd təsərrüfatı məhsulları, əl işləri ilə təmsil edilmişdir. Mütəşəkkil təşkilatı səviyyədə keçirilmiş tədbir ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir.
Tədbirin hazırlıq prosesində iştirak edən İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri A.Abbasovun işi xüsusi qeyd olunmalıdır.
Bunun üçün Sizə və tədbirin hazırlıq prosesində iştirak edən əməkdaşlarınıza dərin təşəkkürümüzü bildiririk.
Əbülfəs Qarayev,
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri

Şərh Yaz