Yaddas kitabcasi

“Tarixlərdə qalacaq”

Həmyerlimiz şair Mövlud Teymurun “Tarixlərdə qalacaq” kitabı “Şirvannəşr” mətbəəsi tərəfindən çap edilmişdir. Kitabda ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin canlı obrazları verilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi məfkurəsi, ictimai-siyasi həyatdakı mövqeyi, dünya tarixinə lider olaraq saldığı izlər, eləcə də, bir şəxsiyyət olaraq dəyərləri müasir həyatımızda müxtəlif aspektlərdə öyrənilir, təhlil edilir. Azərbaycan ədəbiyyatında və poeziyasında da Heydər Əliyev şəxsiyyətinin şaxəli fəaliyyəti ziyalı mövqeyindən işıqlandırılır.
Azərbaycan çağdaş poeziyasının tanınmış nümayəndələrindən olan Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mövlud Teymurun da yaradıcılığının qayəsində, eləcə də ana xəttində Heydər Əliyev dühasına olan münasibət orjinal şəkildə əksini tapıb. Müxtəlif məzmunda olan nəzm əsərləri ilə çıxış edən və bir-birindən fərqli nümunələr yaradan şair Heydər Əliyev kimi dahi şəxsiyyətin fəaliyyətinə nəzər salıb, onları bədii ifadə vasitələrinin köməyi ilə diqqətə çəkir.
M.Teymurun “Tarixlərdə qalacaq” kitabı 68 səhifədən ibarət olmaqla ulu öndər Heydər Əliyevə, onun siyasi kursuna olan sevgisindən qaynaqlanan şeirlər toplusudur.
Şair kitaba daxil etdiyi “Yaradan əllər” poemasında Heydər Əliyevin saf əqidəsini, dövlətçilik yolunda əzmkarlıqla mübarizəsini böyük bir ilhamla poetikləşdirmişdir.
Böyük ürəyində böyük duyğular,
Bu doğma Vətəndə nələr etmədi?!
Yaratdı, Yaşatdı tariximizi,
Dünyaya mənasız baxıb getmədi…
“Tarixlərdə qalacaq” kitabı bir ömrün həyat səhifələrini, böyük şəxsiyyət Heydər Əliyevin azərbaycançılıq ideyalarını özündə əks etdirir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz