Təkrar görüş

Çərmədil kəndi gözdən uzaq olsa da, əsla könüldən iraq deyildir. Rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərov əvvəllər də burada olmuş, mövcud problemləri öyrənmiş və bir çoxunun aradan qaldırılmasına nail olmuşdur.
Bu günlərdə RİH başçısı yenidən Çərmədil kəndinin əhalisi ilə görüşmüşdür.
Qəbulda Nəsir Əsədov kəndə içməli su və qaz xətti çəkilməsindən, Elmira Yusifova mal-qaranın otarılması üçün örüş sahələrinin olmamasından söz açmışdır. Kəndin sakini Qiyas Quliyev əkin sahələrinə mal-qara girməsindən şikayətlənmiş, Əliyusif Əliyev fərdi ev tikməkdə ona köməklik edilməsini xahiş etmişdir. Rüxsarə Mikayılova kənddə tibb məntəqəsi, kitabxana olmamasını vurğulamış, Mahirə Əliyeva isə fərdi yaşayış evi tikmək məqsədilə həyətyanı torpaq sahəsi almaq fikrində olduğunu bildirmişdir.
Qəbul zamanı hər bir kəs diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün aid məsul işçilərə müvafiq tapşırıqlar verilmişdir.
“İsmayıllı xəbərləri”

Şərh Yaz