Hesabat konfransı keçirildi

Hesabat konfransı keçirildiAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin növbəti XXI konfransı keçirilmişdir. Son 7 il ərzində Rayon Komitəsinin gördüyü işlərin hesabatını dinləmək üçün rayonun bütün təhsil müəssisələrinin rəhbərləri, həmkarlar ittifaqı təşkilat sədrləri, ilk təşkilatlardan seçilmiş konfrans nümayəndələri cəmi -180 nəfər təhsil işçisi UYM-nin akt zalında toplanmışdı. Hesabat məruzəsi ilə çıxış edən RK-nin sədri Hafiz Kərimov son 7 ildə təhsil işçilərinə göstərdiyi həmkarlar ittifaqı qayğısından ətraflı danışdı. Məruzədə qeyd edildi ki, rayonda təhsilin inkişafı son illər yüksələn dinamik xətlə gedir. Məktəbi bitirmiş məzunların ali məktəblərə qəbulu ilbəil artmış, respublikada ən yüksək göstəricilərdən biri olmuşdur. Fənn olimpiadalarının Respublika turunda uğurla çıxış edən istedadlı şagirdlərimizin uğurları sevindiricidir. Rayonumuz bu sahədə Respublikada neçə ildir ki, 1-ci yeri qoruyub saxlayıb. Müxtəlif mövzularda inşa-yazı, əl işləri sərgilərinin Respublika turunda istedadlı şagirdlərimiz müvəffəqiyyətlər qazanıblar. Bütün bunların əldə olunmasında rayonumuzun təhsil müəssisələrində çalışan müəllimlərimizin böyük əməyi vardır. Hesabat konfransı keçirildiHesabat dövrü ərzində fərqlənən Mirvari Musayeva, Şəfaqət Rəsulov (şəhər 1 saylı), Musavəddin Kərimov (İsmayıllı kənd), Hikmət Haqverdili (Lahıc qəsəbə), Aydın Əzizov, Şahsuvar Abbasov (Talıstan kənd), Rasim Orucov, Ramiz Baloğlanov (RTŞ) Respublika prezidenti tərəfindən Əməkdar müəllim adına, 2 nəfər – Aida İsgəndərova (şəhər 1 saylı), Hacıməmməd Məmmədov (İsmayıllı kənd) “Tərəqqi“ medalına, 24 nəfər təhsil fədaisi isə Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı mükafatına layiq görülmüşdür. Bundan əlavə, hesabat illəri ərzində 13 məktəb – şəhər 1 saylı, Talıstan kənd, Lahıc qəsəbə, şəhər 3 saylı, İsmayıllı, İvanovka, Cülyan, Təzəkənd kənd, şəhər 5 saylı, Mican, Qoşakənd, Buynuz, Sumağallı kənd tam orta məktəbləri “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olmuşdur. 9 nəfər müəllim – Şükufə Nəcəfova, Ülviyyə Tahirova (şəhər 1 saylı), Çingiz Muradlı, Humay Talıbova (şəhər 3 saylı), Fəqan Məmmədov (şəhər 2 saylı), Şərafət Bayramov (Cülyan), Əjdər Mirzəyev (Qubaxəlilli), Rövşən Əliyev (Lahıc qəsəbə), Əsgər Manafov (İsmayıllı kənd) tam orta məktəbin müəllimləri “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşlər. Onlar ölkə Prezidenti tərəfindən mükafatlandırılmışlar. Bundan əlavə, şəhər 3 saylı və şəhər 1 saylı tam orta məktəb Həmkarlar İttifaqı komitələri ATİAHİ Respublika Komitəsi tərəfindən keçirilən “Ən yaxşı həmkarlar ittifaqı təşkilatı” müsabiqəsinin qalibləri olmuş, işgüzarlıqları kompyuter və pul mükafatı ilə qiymətləndirilmişdir.Hesabat konfransı keçirildiRK-si hesabat dövrü ərzində RTŞ-lə “Kollektiv müqavilə” bağlamış və onun şərtlərinə əməl edilməsinə daim nəzarət etmişdir. Uzun müddət təhsil işçiləri üçün ödənilməyən müavinətin (ƏQM-in 77-ci maddəsinin 7-ci bəndi) ödənilməsinə və əlil təhsil işçilərinə əlavə 20 faiz miqdarında əmək haqqı verilməsinə RK-si çətinliklə də olsa nail ola bilmişdir. Hesabat illəri ərzində 650 nəfərdən çox təhsil işçisi bu imtiyazdan yararlana bilmişdir. Hesabat illəri ərzində RK-si metodmərkəz ilə birlikdə 30 nəfərdən çox qabaqcıl təhsil işçisinin iş təcrübəsinin yayılmasına nail olmudur. Onların hamısını RK-si və RTŞ-nin Fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırmışdır. RK-si ilk təşkilatlarda yaranmış əmək münaqişələrində, əmək mübahisələrində əmək qanunvericiliyinə əməl edərək hesabat dövründə 40 nəfərdən çox təhsil işçisinin hüquqlarının bərpa olunmasına nail olmuşdur. RK-si ilk təşkilatlar arasında hər il “Əməyin mühafizəsi” devizi altında baxış-müsabiqə keçirmiş və qalibləri pul və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. RK-si hər il təhsil müəssisələrində “Yeni il”, 8 Mart Beynəlxalq Qadınlar Günü, ”Müəllim günü” və digər mədəni-kütləvi tədbirlər keçirmiş, ümummilli lider H.Əliyevin ad gününə həsr edilmiş idman yarışları təşkil etmişdir.
Asudə vaxtın səmərəli təşkil edilməsi məqsədilə respublikanın və rayonumuzun müxtəlif tarixi yerlərinə ekskursiyaların və turist gəzintilərinin təşkilinə diqqət artırılmışdır. İttifaq üzvlərinin iqtisadi vəziyyətini və sağlamlığını yaxşılaşdırmaq üçün ərizə ilə müraciət etmiş təhsil işçilərinin hamısına müvafiq miqdarda maddi yardımlar və 166 nəfər xəstə təhsil işçisinə müxtəlif sanatoriyalara göndərişlər verilmişdir.
Konfransda RK-si Təftiş Komissiyasının sədri R.Baloğlanov keçirilmiş tədbirlərdə sərf olunmuş vəsait haqqında hesabat verdi.
Hesabat ətrafında N.Salmanov (şəhər 3 saylı), A.Əzizov (Talıstan kənd), D.Yəhyayeva (şəhər 1 saylı), V.İslamov (Peşə Tədris Mərkəzi), H.Haqverdili (Lahıc qəsəbə), N.Əbdürrəhmanov (Ruşan kənd), Əlisəfa Muradov (Qubaxəlilli kənd), RTŞ-nin müdiri R.Orucov və RİH-nin şöbə müdiri V.Salehov çıxış edərək münasibətlərini bildirdilər və RK-nin hesabat dövründə gördüyü işlərə müsbət qiymət verilməsini təklif etdilər.
Konfransda təhsildə kurikulum islahatında olan problemlər haqqında, əmək haqqının az olması, ondan vergiyə tutulmalar haqqında və digər problemlər haqqında qərar layihəsi hazırlanıldı və Respublika Komitəsinə çatdırılması Rayon Komitəsinə həvalə olundu.
Sonra konfransda RK-nin yeni tərkibi – 31 nəfər plenum üzvü, 17 nəfər plenum üzvlüyünə namizəd seçildi.
RK-nin I plenumu keçirildi. Plenum üzvləri səsvermə yolu ilə yekdilliklə Hafiz Kərimovu yenidən Rayon Komitəsinin sədri vəzifəsinə seçdilər. Təftiş komissiyası, Rəyasət Heyəti və Respublika Komitəsinin XVI konfransına nümayəndə seçkisi aparıldıqdan sonra konfrans öz işini tamamladı.
Hesabat konfransı keçirildiSonda “Gülüstan” şadlıq sarayında konfrans nümayəndələrinə konsert proqramı ilə müşaiyət olunan nahar verildi.
Ş.Soltanov

Şərh Yaz