Yaddas kitabcasi

Təbrik edirik

Təbrik edirikAzərbaycan Respublikası Prezidentinin “Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin keçirilməsi haqqında” 01 iyun 2010-cu il tarixli Sərəncamının icrası ilə bağlı Təhsil Nazirliyinin 04 oktyabr 2011 ci il tarixdə əmri olmuşdur. Əmrə əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında düşüncələrim” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində minlərlə məktəbli iştirak etmişdir. Həmin şagirdlərdən biri də İsmayıllı rayonu N.Behdiyev adına İsmayıllı kənd tam orta məktəbin X sinif şagirdi Əzimzadə Qumru Əlsahab qızıdır (fənn müəllimi Hacıməmməd Məmmədovdur). Qumru Təhsil Naziri M. Mərdanovun əmri ilə I dərəcəli diplomla təltif edilmişdir. Qumruya yeni-yeni uğurlar arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz