Yaddas kitabcasi

Həkimləri evinizə gətirək…

Həkimləri evinizə gətirək...İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Xəzər Qayğıkeşlik Layihəsi” çərçivəsində Mobil Göz Klinikasının oftolmoloji personalı növbəti missiyasını rayonumuzda reallaşdırdı.
Səyyar klinika məxsusi olaraq bu layihənin icrası üçün alınmış avtobusda fəaliyyət göstərir. Həmin avtobus gözlərin müayinəsinin aparılması üçün zəruri olan modern tibbi avadanlıqlarla təchiz olunub.
Layihənin məqsədi valideyn himayəsindən məhrum olan, xüsusi qayğıya ehtiyaclı uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etməkdir.
“Azercell”in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislər tərəfindən yoxlanılır, gözlərin qorunması üçün zəruri məsləhətləri alırlar.
İki gün davam edən layihədə göz xəstəliyindən əziyyət çəkən İsmayıllı sakinləri tibbi heyət tərəfindən müayinə olundu.Həkimləri evinizə gətirək...İsmayıllı rayonuna gələn həkimlər – Qriqori Tamuşadze, Əfsanə Dadaşova və yerli mütəxəssis Nərgiz Bağırova müraciət edən xəstələri xüsusi qayğı ilə müayinə edərək, lazımı məsləhətlərini verdilər. Güzəşt edilməklə, klinikanın vəsaiti hesabına 12 nəfər əməliyyata göndərildi.
İsmayıllı sakini Ramiz Feyzullayevin təəssüratları:
-Çoxdankı arzum idi nəvəmi müayinə etdirəm. Amma maddi vəziyyətim buna imkan vermirdi. Rayonumuzda belə bir layihənin keçiriləcəyini eşidəndə çox sevindim. Uşaq və Ailələrə Dəstək Mərkəzinə gələrək qeydiyyatdan keçdim. Bu gün artıq nəvəmin xəstəlik diaqnozu mənə məlum oldu. Belə bir tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm. Xüsusən də Mərkəzin direktoru Lətifə xanım Əliyevaya minnətdaram.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin gələcəkdə bu cür layihələrə təşkilatçılıq edəcəyinə inanırıq.
Hüseyn İbadov

Şərh Yaz