Talışda qəbul

Talışda qəbulQısa arayış: Talış kəndi İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Aşıqbayramlı Ərazi Dairəsinə daxil olan kəndlərdən biridir. Kəndin 309 nəfər sakini vardır. Kənd əhalisinin məşğuliyyəti əkinçilik və maldarlıqdır. 72 təsərrüfatı olan bu kənddə 625 baş iri buynuzlu mal-qara, 1020 baş qoyun-keçi saxlanır. Kənddə bir ümumi orta məktəb və kitabxana fəaliyyət göstərir.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Talış kəndində keçirdiyi səyyar qəbul kənd sakini Akif Həsənovun içməli suya olan tələbatla bağlı açıqlaması ilə başladı. O son zamanlar yerlərdə keçirilən görüşləri vətəndaşlara göstərilən hərtərəfli diqqət və qayğı kimi dəyərləndirdi, həmkəndliləri adından başçıya minnətdarlıq etdi.
Kənd sakini Baloğlan Bağırov kənddə qaz xəttinin bərpasından sonra qışı rahat keçirdiklərin qeyd etdi. Lakin nədənsə yay mövsümünə keçiddən sonra təchizatda fasilələr yarandığından şikayətləndi.
Qəbula gələn İlham Hüseynov kənddə saxlanılan mal-qaranın nəzarətsiz örüşə buraxılması səbəbindən əkin sahələrinə vurduğu ziyandan, bununla vətəndaşlar arasında yaranan narazılıqlardan söz açdı.
Talışda qəbulVəliyev ərazidə suvarma üçün suyun yetərincə olmamasından gileyləndi.
Kəndin sakini Qüdrət İbrahimov kənd yolunun girişində təhlükəyə səbəb ola biləcək keçilməzlik yaranmasından danışdı və məsələnin həll olunmasını xahiş etdi.
Qəbul kənd məktəbinin binasında keçirildi. Onu da qeyd edək ki, məktəb üçün uyğunlaşdırılmış binanın yanında müasir tipli, 80 şagird yerli məktəb binasında qızğın iş gedirdi. Tikintidə yeni dərs ilinə qədər bütün işlər başa çatdırılacaqdır.
Ş.Soltanov

Şərh Yaz