Vergi ödəyicilərinin Nəzərinə!

Vergi ödəyicilərinin vergi orqanlarına “İnternet vergi idarəsi” vasitəsilə onlayn müraciət etməsi imkanı yaradılmış, bu məqsədlə hər bir istifadəçi üçün fərdi elektron qutu ayrılmışdır.
İstifadəçilər onlayn kargüzarlıq vasitəsilə etdikləri müraciətlərinin vergi orqanlarında hərəkətini “Əməliyyat tarixçəsi” vasitəsilə real vaxt rejimində izləyə və bu müraciətlərin cavabları ilə elektron qutuları vasitəsilə tanış ola bilirlər.
Fərdi elektron qutu vergi ödəyiciləri ilə vergi orqanları arasında elektron sənəd mübadiləsinin effektivliyini artırır və ənənəvi üsulla kağız daşıyıcılarında sənədlərin göndərilməsi ilə müqayisədə vaxt və resurs itkilərinin qarşısını almış olur.
Fərdi elektron qutusu olan vergi ödəyicilərinə (İstifadəçi kodu/Parol/Şifrə almış şəxslər) göndəriləcək sənədlər(uyğunsuzluq məktubları, bildirişlər, xəbərdarlıqlar, məlumatlar və s.) imzalanan kimi avtomatik olaraq onun fərdi elektron qutusuna göndərilir. Vergi orqanından göndərilən hər hansı sənədin yalnız kağız daşıyıcısında göndərilməsi tələb olunan hallar istisna olunmaqla digər hallarda fərdi elektron qutusu olan şəxslərlə yazışmalar elektron formada aparılmaqdadır. Buna görə də mütəmadi olaraq “Onlayn kargüzarlıq” sistemi vasitəsilə elektron qutunuzu yoxlamağınız tövsiyyə olunur.
Vergi ödəyicilərinə xidmət şöbəsinə və ərazilərdə fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə Siz, “Onlayn kargüzarlıq” sistemindən istifadə etmək qaydası ilə tanış ola bilər, habelə istəyinizlə bu prosesi vizual olaraq izləyə bilərsiniz.
Eyni zamanda, Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi saytından “Onlayn kargüzarlıq” sistemindən istifadə etmək qaydasına dair müvafiq təlimatı əldə edə bilərsiniz.
***
Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycan Respublikasında da ödəniş sistemlərinin inkişaf etdirilməsi, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsi, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsi ölkənin Milli Ödəniş Sisteminin inkişafının əsas istiqamətlərindən biridir.
Son illər Azərbaycan Respublikasında mütərəqqi Milli Ödəniş Sisteminin yaradılması məqsədilə qabaqcıl beynəlxalq təcrübəyə istinad edilməklə elektron hesablaşma sistemlərinin yaradılıb istifadəyə verilməsi istiqamətində geniş islahatlar aparılmışdır.
Respublikada bu istiqamətdə aparılan islahatlar nəticəsində real vaxt rejimində banklararası hesablaşmalar sistemi və xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi yaradılaraq onların tətbiqi nəticəsində böyük məbləğli və təcili ödənişlərin real vaxt rejimində (on-line) həyata keçirilməsinə və xırda ödənişlərin (əmək haqqı, sosial müdafiə ödənişləri, telefon, qaz, su, elektrik enerjisi üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar, o cümlədən plastik kartlar əsasında şəffaf, təhlükəsiz, səmərəli həyata keçirilməsinə geniş imkanlar yaradılmışdır.
Hər bir təsərrüfat subyektinin, geniş əhali təbəqəsinin elektron ödəniş sistemlərinin imkanlarından daha fəal istifadəyə cəlb edilməsi, ərazi mənsubiyyətindən asılı olmayaraq, bütün ölkəni əhatə etməklə, vahid elektron ödəniş məkanının yaradılması, eyni zamanda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə, bank sistemi və maliyyə bazarlarının isə təsərrüfat subyektlərinə və ev təsərrüfatlarına qarşılıqlı çıxış imkanlarının daha da artırılması, iqtisadi dövriyyədə olan pul kütləsinin nağdsız dövriyyə ilə əvəz olunması ölkə iqtisadiyyatının inkişafına investisiya edilməsi üçün əlverişli zəmin yaradır.
Eyni zamanda əhali tərəfindən banklara əmanətlərin qoyulması və mallara, işlərə, xidmətlərə görə ödənişlərin elektron daşıyıcılardan, o cümlədən plastik kartlardan istifadə etməklə nağdsız qaydada aparılması pul vəsaitlərinin saxlanmasının və ödənişlərin aparılmasının etibarlılığını təmin edir.
Hazırda ölkə ərazisində fəaliyyət göstərən bütün təsərrüfat subyektlərinin, ticarət-xidmət müəssisələrinin, geniş əhali təbəqəsinin, o cümlədən pensiyaçıların və təqaüdçülərin elektron ödəniş sistemindən daha aktiv istifadəyə cəlb edilməsi, regionlarda hüquqi və fiziki şəxslərin maliyyə xidmətlərinə çıxışı imkanlarının daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməkdədir.
Bu sahədə ayrı-ayrı insanlar tərəfindən nağdsız hesablaşmalar aparılarsa (mal, iş, xidmət təqdim edilməsinin POS terminallar vasitəsilə həyata keçirilməsi və s.) onların da ölkə iqtisadiyyatının davamlı inkişafında və şəffaflığın artırılmasında böyük rolu ola bilər.
Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşenli küçəsi, 27
Telefon: (02420) 5-05-68
10 saylı Ərazi Vergilər İdarəsi

Şərh Yaz