YAP İsmayıllı rayon təşkilatı

YAP İsmayıllı rayon  təşkilatıYAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyi üzrə gənclərin İKT biliklərinin təkmilləşdirilməsi istiqamətində seminarlara başlayıb
Mart ayının 9-da YAP İsmayıllı rayon təşkilatı Gənclər Birliyi üzvüləri informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində seminarlar öz işinə başlayıb.
Seminarı giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatı aparatının rəhbəri Anar Nəbiyev açaraq qeyd etdi ki, seminarın keçirilməsində məqsəd rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli qurmaq, elektron ünsiyyəti intensivləşdirmək, ölkəmizdə gedən davamlı inkişafı dünya ictimaiyyəti ilə tanış etməkdir. Belə treninqlərin davamlı olduğunu, gənclərimizin sosial şəbəkələrdə daha da fəallıq göstərməsini seminar iştirakçılarının diqqətinə çatdırdı.
Sonra İsmayıllı rayon YAP GB-nin sədri Taleh Salehov Bakı şəhərində YAP GB-nin keçirdiyi 3 günlük seminarlar haqqında ətraflı məlumat verdi.
Sonra gənclərlə müxtəlif mövzular ətrafında müzakirə aparılıb, qarşılıqlı fikir mübadiləsi edilib.
Bu treninqlərdə YAP İsmayıllı şəhər təşkilatı Gənclər Birliyinin üzvləri İKT-də işləməklə bu sahədəki biliklərini daha da artırmış oldular.
İlqar Əhmədli,
YAP İsmayıllı rayon təşkilatının təlimatçısı

Şərh Yaz