Fərdi təhsil, fərdi yanaşma

Fərdi təhsil, fərdi yanaşmaHər bir uşağın təhsil almaq hüququ vardır. Səhhəti problem yaratmayan uşaqlar məktəblərdə elm öyrənirlər. Sağlamlıq imkanları məhdud olan uşaqlar isə fərdi təhsilə cəlb olunurlar. Müəllim hər bir uşaqla fərdi qaydada – evdə məşğul olur. Təbii ki, belədə nəinki dərsin gedişinə, hətta onun ardıcıllığına belə məktəbin, rəhbərliyin nəzarət imkanları minimum səviyyədə olur. Valideyn tələbkarlığı da kifayət qədər olmayanda yekunda səhhətlərində problem olan belə uşaqların elə təhsillərində də problem yaranır. Nəzərə alsaq ki, onlar həmişə uşaq və daim ata-ana nəzarətində olmayacaqlar bunun onsuz da problemli olan bu uşaqlar üçün gələcəkdə yeni problemlər yaradacağı şəksizdir. Yazıb-oxumağı, rəqəmləri, ən adi hesablamaları, insanlarla ünsiyyət qurmağı bacarmadan yaşamaq, cəmiyyətin bir üzvü olaraq cəmiyyətə qarışmaq irəliləyən yaşlarda təbii ki, yeni problemlər yaradar.Fərdi təhsil, fərdi yanaşmaFərdi təhsil, fərdi yanaşmaHər bir uşağın təhsil almaq hüququ vardır. Səhhəti problem yaratmayan uşaqlar məktəblərdə elm öyrənirlər. Sağlamlıq imkanları məhdud olan uşaqlar isə fərdi təhsilə cəlb olunurlar. Müəllim hər bir uşaqla fərdi qaydada – evdə məşğul olur. Təbii ki, belədə nəinki dərsin gedişinə, hətta onun ardıcıllığına belə məktəbin, rəhbərliyin nəzarət imkanları minimum səviyyədə olur. Valideyn tələbkarlığı da kifayət qədər olmayanda yekunda səhhətlərində problem olan belə uşaqların elə təhsillərində də problem yaranır. Nəzərə alsaq ki, onlar həmişə uşaq və daim ata-ana nəzarətində olmayacaqlar bunun onsuz da problemli olan bu uşaqlar üçün gələcəkdə yeni problemlər yaradacağı şəksizdir. Yazıb-oxumağı, rəqəmləri, ən adi hesablamaları, insanlarla ünsiyyət qurmağı bacarmadan yaşamaq, cəmiyyətin bir üzvü olaraq cəmiyyətə qarışmaq irəliləyən yaşlarda təbii ki, yeni problemlər yaradar.
Martın 2-də İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin şəhər 2 saylı tam orta məktəblə birlikdə keçirdiyi tədbirdə bu məsələlər gündəmdə idi. Şəhər üzrə fərdi təhsil bu məktəbdə cəmləndiyindən tədbir də elə bu məktəbdə keçirildi. Tədbirə fərdi təhsilə cəlb edilmiş şagirdlərin müəllim və valideynləri dəvət olunmuşdular. Şəhər 2 saylı tam orta məktəbin direktoru Ramil Dadaşov, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov müəyyən mövzular ətrafında çıxış etsələr də tədbir əsasən diskussiya şəklində keçdi. Valideynlər dinlənildi, işinin öhdəsindən gələn müəllimlərin adı çəkildi. Daha çox nöqsanlar üzərində dayanıldı. Valideynlərdən Aytac Musayeva, Xuraman Bayramova, Sübhan Mürşüdov fənn müəllimlərinin düzgün seçilməməsindən, müəllimlərin ardıcıl gəlmədiyindən dərslərdə fasilə yarandığından gileyləndilər. İntizar Süleymanlı, Aynur Abdulxalıqova, Şəfəq Məmmədova isə müəllimlərin lazımi qaydada dərs keçdiyini, uşaqlarının qavramada çətinlik çəkdiyini bildirdilər. Həmin valideynlərə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə əlaqə saxlamaq, övladlarının buradakı aktiv terapiya məşğələləırində iştirakını təmin etmələri məsləhət görüldü.
Gülnar Mikayılova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin metodisti

Şərh Yaz