Həlli vacib məsələlər
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bir qayda olaraq səyyar qəbulların keçirilməsinə üstünlük verir. Bunun nəticəsidir ki, rayonda 2011-ci il ərzində 40 yerdə səyyar qəbul keçirilmiş, vətəndaşların arzu, təklif, xahiş və şikayətləri dinlənilmişdir. Səyyar qəbullar zamanı daha çox sosialyönümlü məsələlər gündəmə çıxarılır. Qəbula gələnlər mövcud problemin həlli istiqamətində iş aparılacağına əmin olduqlarından fikirlərini sərbəst açıqlaya bilirlər. Bu cür ünsiyyət forması dövlətlə vətəndaş arasında etibarlı əlaqə və inam yaradır. Qəbullarda səsləndirilən tənqidi qeydlər də diqqətlə dinlənilir, aid ünvanlara çatdırılır, həlli istiqamətində iş aparılır, hər bir məsələ ilə bağlı konkret məsul icraçılara tapşırıqlar verilir.İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov bir qayda olaraq səyyar qəbulların keçirilməsinə üstünlük verir. Bunun nəticəsidir ki, rayonda 2011-ci il ərzində 40 yerdə səyyar qəbul keçirilmiş, vətəndaşların arzu, təklif, xahiş və şikayətləri dinlənilmişdir. Səyyar qəbullar zamanı daha çox sosialyönümlü məsələlər gündəmə çıxarılır. Qəbula gələnlər mövcud problemin həlli istiqamətində iş aparılacağına əmin olduqlarından fikirlərini sərbəst açıqlaya bilirlər. Bu cür ünsiyyət forması dövlətlə vətəndaş arasında etibarlı əlaqə və inam yaradır. Qəbullarda səsləndirilən tənqidi qeydlər də diqqətlə dinlənilir, aid ünvanlara çatdırılır, həlli istiqamətində iş aparılır, hər bir məsələ ilə bağlı konkret məsul icraçılara tapşırıqlar verilir.
Fevral ayının 21-də rayonun Uştalqışlaq kəndində keçirilən qəbul mütəşəkkilliyi baxımından nümunə ola biləcək bir tərzdə keçdi. Qəbula gələnlər tərəfindən diddətə çatdırılan təkliflərin hər biri təkcə qəbula gələn üçün deyil, bütün kənd sakinləri üçün böyük əhəmiyyət kəsb edirdi. Bu cür yanaşma RİH başçısı N.Ələkbərovun, eləcə də qəbulda iştirak edən xidməti idarə və müəssisə rəhbərlərinin də ürəyincə oldu.
Vətəndaşların qəbulundan öncə RİH başçısının Qalagah İƏD-i üzrə nümayəndəsi Xanbut Xanbutov ərazi , xüsusilə də Uştalqışlaq yaşayış məntəqəsi barəsində son məlumatları diqqətə çatdırdı.
Qəbula gələn kənd sakini Sadıq Mikayılov kənd sakinləri adından başçını və qonaqları salamladı. O, kəndə gələn yüksək gərginlikli elektrik xəttində problemlər olduğunu, bu səbəbdən tez-tez enerşi verilişində fasilələr yarandığını söylədi.
Uştalqışlaq kənd tam orta məktəbinin müəllimi Adilə Axundova dərslərin uyğunlaşdırılmış binada keçilməsindən və bunun təhsilin keyfiyyətinə olan mənfi təsirindən danışdı. Burada müasir tipli, yeni məktəb binasının tikintisinə ehtiyac olduğunu diqqətə çatdırdı.
Kənd sakini Vaqif Mikayılov kənddə tibb məntəqəsi olmamasından gileyləndi. Bu məsələyə diqqətlə yanaşılmasını xahiş etdi.
Qalagah bələdiyyəsinin üzvü və sədr müavini Asvar Mikayılov Qaraməryam-İsmayıllı yolundan kəndə ayrılan, 6 kilometr uzunluğu olan yolun bələdiyyənin gücü hesabına təmir oluna bilməməsi, bu işdə mümkün koməkliyin göstərilməsi məsələsinə toxundu.
Qəbulda qaldırılan məsələlərin aktuallığı, həllinin vacibliyi baxımından başçı N.Ələkbərov aidiyyatı təşkilat rəhbərlərinə bir sıra tapşırıqlar verdi.