Yaddas kitabcasi

Təbrik edirik

Təbrik edirik2012-ci ilin fevral ayının 21-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin işçilərinin təltif edilməsi haqqında sərəncam imzalamışdır.
Sərəncamla Azərbaycanda nəqliyyat-yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunanlar sırasında həmyerlimiz, İsmayıllı 10 saylı Yol İstismar İdarəsinin müdiri Musayev Məhəmməd Nurəddin oğlunun da adı vardır.
Yüksək mükafat alması münasibətilə İsmayıllı rayon ictimaiyyəti adından Musayev Məhəmməd Nurəddin oğlunu ürəkdən təbrik edir, ona can sağlığı, işində və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz