Kütləvilik durmadan artır

Kütləvilik durmadan artırOlimpiya-İdman Kompleksi ismayıllıların sağlam həyatı üçün prezident İlham Əliyevin dəyərli hədiyyəsidir
29 oktyabr 2009-cu il hamımızın yaddaşına əbədi həkk olunub. Çünki həmin gün Prezident İlham Əliyev öz mübarək səfəri ilə İsmayıllını şərəfləndirdi. Möhtərəm Prezidentin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də burada oldu. Kompleksin açılışından sonra keçirilən görüşdə mən də iştirak edirdim. Ölkə rəhbərini dinlədikcə sevinirdim ki, onun tapşırıq və tövsiyələrinin həyata keçirilməsində, konkret olaraq rayonda idmanın inkişafında, insanların sağlamlığının təmin olunmasında mən də iştirak edəcəyəm. Elə bu ruh yüksəkliyi ilə də işə başladım. İstərdim ki, nəticələrlə, əziz oxucular, sizi də tanış edim.Kütləvilik durmadan artırKütləvilik durmadan artırOlimpiya-İdman Kompleksi ismayıllıların sağlam həyatı üçün prezident İlham Əliyevin dəyərli hədiyyəsidir
29 oktyabr 2009-cu il hamımızın yaddaşına əbədi həkk olunub. Çünki həmin gün Prezident İlham Əliyev öz mübarək səfəri ilə İsmayıllını şərəfləndirdi. Möhtərəm Prezidentin rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü də burada oldu. Kompleksin açılışından sonra keçirilən görüşdə mən də iştirak edirdim. Ölkə rəhbərini dinlədikcə sevinirdim ki, onun tapşırıq və tövsiyələrinin həyata keçirilməsində, konkret olaraq rayonda idmanın inkişafında, insanların sağlamlığının təmin olunmasında mən də iştirak edəcəyəm. Elə bu ruh yüksəkliyi ilə də işə başladım. İstərdim ki, nəticələrlə, əziz oxucular, sizi də tanış edim.
Əvvəlcə idman kompleksi ilə imkan tapıb tanış olmayanların, sonra isə hamının diqqətinə çatdırmaq istərdim ki, əksər növlərdən olan idmanla məşğul olmaq üçün burada hər cür şərait və imkan vardır: 530 tamaşaçı tutan örtülü idman zalı, üzgüçülük hovuzu, futbol, voleybol, basketbol, həndbol meydançaları, 930 yerlik stadion, qaçış zolaqları, kotteclər, kafe, maşın dayanacağı, ağır atletika zalı idmançıların ixtiyarındadır.
Olimpiya-İdman Kompleksinin açılışından sonra burada 18 idman növü üzrə bölmələr açılmışdır. Cüdo, güləşin müxtəlif növləri, ağır atletika, karate, akrobatika, yüngül atletika, sambo, futbol, futzal, üzgüçülük voleybol, basketbol, həndbol və sair bölmələr daha kütləvidir. Bunlardan əlavə, sağlam həyat tərzi keçirmək istəyənlər trenajor zallarında müntəzəm məşq edirlər.
Bədii gimnastikanın təşkili və inkişafı üçün cəlb olunan mütəxəssislər geniş iş aparırlar. Yaxın zamanlarda bu sahədəki uğurlardan da danışmaq mümkün olacaqdır.
İlk olaraq 2011-ci ilə aid ümumi rəqəmləri diqqətə çatdırıb, sonra təfsilata varmaq istərdim. Ötən il 51 idman tədbiri keçirilmişdir. Bu tədbirlərdə 7352 nəfər iştirak etmişdir. İştirakçılardan 4182 nəfərinin qızlar olması yüksək nailiyyət kimi qiymətləndirilməlidir. Çünki çox zaman qızların idmana kütləvi cəlbi problem kimi gündəlikdə dururdu.
Kompleksdə çalışanlar 27 nəfərdir. Onlardan 14 nəfəri ixtisaslı məşqçidir. Qalanları texniki və xidmət sahələrində çalışanlardır. İdman növlərinə görə 4 nəfər cüdo, 3 nəfər ağırlıq qaldırma, 2 nəfər karate, 2 nəfər trenajor, həmçinin sərbəst güləş, futzal və üzgüçülük növləri üzrə məşqçilər çalışır. Davamiyyətdən narazı qala bilmərik.
Hər gün 300 nəfərə yaxın gənc kompleksin xidmətindən istifadə edir. İdmanın ayrı-ayrı növlərini götürsək bu seksiyalara cəlb olunanların sayı 700 nəfərə çatır. Məşqlər iki növbəlidir. Məşqlərin səmərəli keçirilməsinə nəzarət edilir.
Çalışmışıq ki, tədbirlərimiz rayon hüdudlarından Respublika miqyasına çıxsın. Buna görə də bir sıra federasiyalarla, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində işləmiş, təlim-məşq toplantılarının, seminar və nümunəvi çıxışların, müxtəlif idman növləri üzrə Respublika yarışlarının, spartakiadaların final mərhələlərinin İsmayıllı Olimpiya-İdman Kompleksində keçirilməsinə nail olmuşuq. Bu da idmanın təbliği üçün ən yaxşı vasitədir.
Onların daha xarakterik olanlarını diqqətinizə çatdırmaq istərdim:
10-12 fevral 2011-ci il tarixdə yeniyetmələr arasında sərbəst güləş üzrə Respublika çempionatının zona birinciliyi.
15 fevral 2011-ci il tarixdə Aikido Federasiyası və Yaponiya səfirliyinin dəstəyi ilə seminar və nümunəvi çıxışlar.
28 fevral-14 mart 2011-ci il tarixdə Azərbaycan Cüdo Federasiyasının yeniyetmələrdən ibarət yığma komandasının təlim məşq toplantısı.
08-19 mart 2011-ci il tarixdə Azərbaycan Cüdo Federasiyasının kişilərdən ibarət yığma komandasının təlim məşq toplantısı.
29-31 mart 2011-ci il tarixdə İdman məktəblərinin IV Respublika Spartakiadasının basketbol üzrə final yarışı.
05-19 aprel 2011-ci il tarixdə Azərbaycan Cüdo Federasiyasının gənclərdən ibarət yığma komandasının təlim-məşq toplantısı.
23-27 aprel 2011-ci il tarixdə voleybol üzrə qızlardan ibarət komandalar arasında Respublika çempionatının final yarışı.
04-07 may 2011-ci il tarixdə kinqboksinq üzrə Respublika çempionatı.
07-08 may 2011-ci il tarixdə Sindo RYU karate do və Pençak Silat üzrə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Respublika birinciliyi.
11-13 may 2011-ci il tarixdə uşaq-gənclər idman məktəblərinin IV Respublika Spartakiadasının Cüdo üzrə final yarışı.Kütləvilik durmadan artırKütləvilik durmadan artır
19-22 iyun 2011-ci il tarixdə stolüstü tennis üzrə 1998 və daha kiçik yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinin final mərhələsi.
03 iyun-10 avqust 2011-ci il tarixdə Ağır Atletika Federasiyasının gənclərdən və yeniyetmələrdən ibarət yığma komandasının təlim-məşq toplantısı.
04-17 iyul 2011-ci il tarixdə Azərbaycan Cüdo Federasiyasının gənclərdən ibarət yığma komandasının təlim-məşq toplantısı.
12-21 iyul 2011-ci il tarixdə 8,10,12,14 və 16 yaşadək şahmatçılar arasında Respublika Şahmat Olimpiadası.
11-27 sentyabr 2011-ci il tarixdə Taekvando Federasiyasının Paraolimpiya yığma komandasının təlim-məşq toplantısı.
16 oktyabr 2011-ci il tarixdə 17 yaşlı qızlar, 22 oktyabr 2011-ci il tarixdə isə15 yaşlı qızlar arasında futbol üzrə Azərbaycan çempionatı.
04 dekabr 2011-ci il tarixdə 17 yaşlı qızlar arasında mini-futbol üzrə Azərbaycan çempionatı.
10 dekabr 2011-ci il tarixdə 15 yaşlı qızlar arasında mini-futbol üzrə Azərbaycan çempionatı.
16-18 dekabr 2011-ci il tarixdə yeniyetmə oğlanlar və qızlar arasında Sindo Ryu karate-do və Pençak-Silat üzrə Beynəlxalq turnir.
Bəzi yarışlarda, nümunə üçün deyim ki, 2011-ci ilin iyun ayında 8-16 yaşlı uşaqlar arasında keçirilən Respublika Şahmat Olimpiadasında 700 nəfərə qədər idmançı iştirak etmişdir. Belə çoxtərkibli yarışlar idmanın inkişafına təkan verdiyi kimi rayona da hərtərəfli xeyir gətirir.
Müəssisəmiz təsərrüfat hesabı əsasında (özünümaliyyələşdirmə) fəaliyyət göstərir. Çalışırıq ki, həm idmanın kütləviliyini artıraq, həm onun inkişafı üçün bütün fəsillərdə uyğun şərait yaradaq, həm də işçiləri, məşqçiləri normal əmək haqqı ilə təmin edək.
Kompleksin bazasında ikimərtəbəli 4 kottecimiz var. Bu kotteclərdə bir dəfəyə 40-50 nəfər qonağın qalması üçün şərait yaradılıb. Hər kottecin mətbəxi, duşxanası, sanitar qovşağı var. İstilik sistemi, kondisioneri qonaqların rahatlığını təmin edir. Təlim-məşq toplantısına gələn idmançılarımızın bizdən şikayətləri, narazılıqları olmayıb. Buna heç imkan da vermirik. Onu da qeyd edim ki, bəzən xarici turistlər də qonağımız olur. Onları da kotteclərdə qəbul edirik. Hamısı da razı qalıb.
Kompleksin istifadəyə verilməsindən cəmi iki il keçməsinə baxmayaraq, zonamızda ən yaxşı idman müəssisəsi kimi ad qazana bilmişdir. Burda çox mehriban bir kollektiv formalaşıb. Hər kəsə amiranə deyil, səmimi tapşırıq verilməsi belə kollektivin formalaşmasına şərait yaradıb. Kompleksə gələn, işçilərlə münasibət quran hər bir kəs bu mehribançılığı görür,onu qiymətləndirir.Kütləvilik durmadan artır
Olimpiya-İdman Kompleksi milli taleyimizi öz şəxsi taleyi kimi yaşayan möhtərəm Prezidentimiz İlham Əliyevin rayonumuza ən böyük və ən dəyəli hədiyyəsidir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun qayğılı dəstəyi və fəal yardımı ilə Kompleksin, hər bir günündə qaynar idman həyatı yaşanır. İdman və sağlamlıq tədbirlərinin miqyası genişlənir, kütləviliyi durmadan artır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkədə idmanın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Bu ilin “İdman ili” elan olunması da bu zərurətdən irəli gəlir. Bu sənəd kollektivimizin də üzərinə mühüm vəzifələr qoyur. Biz işimizi həmin sənədin tələbləri səviyyəsində qurmalıyıq. Bununla əlaqədar tədbirlər planı tərtib edilmiş və ona müvafiq də fəaliyyət göstərəcəyik.
İdman ilində gənclərin və yeniyetmələrin sağlam böyümələri, ölkədə və xaricdə bizi təmsil edə biləcək atletlərin hazırlanması əsas vəzifəmiz olacaqdır. Dövlətin bizə yaratdığı imkan və şərait müqabilində bizim pis işləməyə heç bir haqqımız yoxdur.
Tofiq Hümbətov,
İsmayıllı Olimpiya-İdman Kompleksinin direktoru

Şərh Yaz