İsmayıllı böyüyür, layihələr çoxalır
Yeni ilin ilk iş günündə RİH başçısının İsmayıllı İƏD-i üzrə nümayəndəliyinin hesabat yığıncağı olmuşdur. Yığıncağa şəhər sakinləri, hüquq-mühafizə orqanlarının nümayəndələri toplaşmışdılar. İcra nümayəndəsi Məhərrəm Əhmədov 2011-ci ilin yekunları haqqında hesabat vermişdir.
M.Əhmədov məruzəsində qeyd etmişdir: Azərbaycan Республикаsının pрезиденти Илщам Ялийевин rəhbərliyi ilə respublikamız çox böyük sürətlə inkişaf edərək dünyanın aparıcı və inkişaf etmiş ölkələri sırasında özünün layiqli yerini tutmaqdadır.Ölkəmizin həyatında elə bir sahə yoxdur ki, orada güclü inkişaf olmasın.Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun səyi nəticəsində İsmayıllı şəhəri, tarixi və memarlıq baxımından yeniləşir, tikilir, qurulur, günü-gündən abadlaşır.
Son illərdə rayonumuzda böyük ifrastruktur layihələr həyata keçirilir. Bir neçə gün əvvəl şəhərin içməli su və kanalizasiya sisteminin tikintisinin başlanmasına start verildi və bu işlər Türkiyə dövlətinin “Kolin “şirkəti tərəfindən aparılacaqdır.
Yola saldığımız 2011-ci il çoxlu əlamətdar hadisələrlə yaddaşlarda qalacaqdır. Məlumunuz olduğu kimi, Mican, İsmayıllı, Qəzli kəndlərinin şəhərə birləşdirilməsi barədə Azərbaycan Respubilkası Milli Məclisi qərar qəbul etmişdir. Şəhərimizin əhalisi indi 27 min nəfərə çatır. Bundan sonra problemlər öz həllini daha tez tapacaqdır. Yaxşı haldır ki, şəhərə birləşən yaşayış məntəqələrinin su və kanalizasiya xətlərinin çəkilişi, layihə hazırlanarkən nəzərə alınmışdır.
08 dekabr 2011-ci ildə Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun sərəncamı ilə şəhərin Ə.Bayramov küçəsinə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, Xanlar küçəsinə Xalq yazıçısı, ADU-nun professoru olmuş Mir Cəlal Paşayevin, Q.İsmayılov küçəsinə Azərbaycan Milli Elmlər Akademiyasının professoru olmuş həmyerlimiz Əkrəm Cəfərin adı verilmişdir.
2011-ci ildə Şəhərin Heydər Əliyev prospektində “Xalqbank”ın inzibati binası, Nizami küçəsində “Çıraq” oteli tikilib istifadəyə verilmiş, Ərəstun Mahmudov küçəsində “Azpetrol” yanacaqdoldurma məntəqəsi, Heydər Əliyev prospektində “Aksesbank”-ın binasının tikintisi isə davam etdirilir.
2012-ci ildə isə Heydər Əliyev prospektinin cənub hissəsində Əlillərin Tədris Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün 25 yerlik sosial sığınacaq və 30 yerlik İxtisaslaşdırılmış Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulmuşdur.
İlin əvvəlindən xərclər smetasında 572 min 219 manat vəsait nəzərdə tutulmuş, 571 min 956 manat xərclənmişdir.
Hazırda şəhərdə bir uşaq bağçası-körpələr evi fəaliyyət göstərir, bağçada 4 qrupda 75 uşaq tərbiyə alır, onlara 18 işçi xidmət göstərir.
Bağçaya il ərzində 30 min 478 manat məbləğində ərzaq verilməsi təmin edilmişdir.
Bağça təbii qazdan, işıqdan və sudan sayğaclar əsasında istifadə edir. Bağça yenidən əsaslı təmir olunaraq müasir tələblərə cavab verən yaraşıqlı binaya çevrilmişdir. Şəhərdə 964 nəfər bağça yaşlı uşaq vardır. Bunun üçün şəhər ərazisində əlavə uşaq bağçasının tikilməsinə çox böyük ehtiyac vardır.
Son illərdə şəhərmizdə olan məktəb binalarının əsaslı təmiri, yeni avadanlıqların alınması təhsilin səviyyəsinin əsaslı şəkildə yüksəlməsinə səbəb olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun təşəbbüsü ilə keçirilən “Təhsil bayramı” İsmayıllı ictimayəti tərəfindən yüksək səviyyədə qarşılanmışdır. Bu tədbir şagirdlərdə təhsilə marağı daha da artırmışdır.
Mərkəzi xəstəxanaya 2011-ci ildə yeni tibbi avadanlıqlar, kompyuter və soyuducular, yeni mebellər alınmışdır. Xəstəxananın cərrahiyə, poliklinika, inzibati şöbələri və mətbəxi əsaslı təmir olunmuşdur.
Telekommunikasiya qovşağı 2011-ci ildə 710 min manat gəlir əldə etmişdir. Qovşaq şəhər üzrə 4334 abunəçiyə xidmət edir. Şəhər üzrə 674 abunəçiyə yeni telefon xətti çəkmək üçün imkanlar vardır.
İsmayıllı Elektrik Şəbəkəsisi üzrə 2011-ci ildə, şəhərin küçələrində 39 yararsız dayaq yeni dəmir beton dayaqlarla əvəz olunmuş, 7 trasnformator-yarımstansiyası əsaslı təmir edilmişdir. 10 transformator-yarımstansiyasına yeni ayrıcılar quraşdırılmış, kabelləri dəyişdirilmişdir. Şəhər ərazisində 3,5 km yararsız elektrik xətləri Sip kabel xətləri ilə əvəz edilmişdir. 10 kv-luq hava xətlərində 4,2 km, 0,4 kv- luq hava xətlərində 5,6 km cari təmir işləri aparılmışdır.
Qaz istismar sahəsi hazırda 3607 abonentə xidmət göstərir. 2011-ci ildə şəhərin H.Əliyev prospektində, Cavanşir, N.Səmədov, “Babadağ”, M.Ə.Sabir, Ə.Vahid, İ.Həsənov, H.Z.Tağıyev, M.C.Paşayev küçələrində yeraltı qaz kəmərləri yer üstünə çıxarılmışdır. 2011-ci ildə əhalini normal təbii qazla təmin etmək məqsədi ilə qaz kəmərinin üzərinə 15 müxtəlif ölçülü siyirtmələr quraşdırılmış, 14 qaz tənzimləyici şkaf yenisi ilə əvəz olunmuşdur.
Su-Kanal İdarəsi 2011- ci ildə əhalinin içməli suya olan tələbatını ödəmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir. Xənəyə İsmayıllı su xətti təmir edilmiş, şəhərdaxili su xətləri təmir olunmuşdur.
MİS 2011-ci ildə nümayəndəliyin sifarişi əsasında 101 min 217 manatlıq carı təmir işləri aparmışdır. Şəhərin M.Orucov küçəsində 139, 141, Nizami küçəsində 17, Ə.Mahmudov küçəsində 2, 7, 12, 14 saylı yaşayış binalarınin dam örtüyündə və fasadında cari тямир işləri aparılмшдıр.
Bütün bu görülən işlərə baxmayaraq mənzil fondunda görülməsi vacib olan işlər çoxdur. MİS-nin balansında olan binaların həyətlərində abadlıq işləri, bir neçə yaşayış binalarının zirzəmisində isə su xətləri çürümüş, yararsız vəziyyətə düşmüşdür. Hələ də dam örtükləri və fasadları təmir olunası binalarımız vardır.
Kommunal Müəssisələri Kombinatının 2011-ci ildə əhaliyə göstərdiyi kommunal xidmətin həcmi 381 min 106 manat olmuş,o cümlədən pullu xidmət 32 min 375 manat təşkil etmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2431 manat artıq pullu xidmət göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 09 noyabr 2007-ci il tarixli 647 saylı fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamələrə əsasən fiziki və hüquqi şəxslərin Yerli İcra Hakimiyyəti orqanlarından icazə almadan hər hansı tikinti-quraşdırma işlərinin aparılması qəti qadağan edilmişdir. Yenə az da olsa şəhərin ərazisində icazəsiz ikinti aparanlara rast gəlinir. 2011-ci ildə qanunsuz tikinti aparan 18 nəfərin sənədləri rayon məhkəməsinə göndərilmişdir. Şəhər nümayəndəliyi il ərzində polis şöbəsi ilə yaxından əlaqə saxlamış, şəhərdə baş verən qanun pozuntularının, qarşısının alınmasında birlikdə fəaliyyət göstərmişdir. Lakin görülən işlərə baxmayaraq şəhər ərazisində gecə vaxtlarında avtoxüliqanlara rast gəlirik ki, bunlar əhalini narahat edir, bəzi dələduzlar isə işıq dirəklərini və oturacaqları yararsız vəziyyətə salırlar. Onlar fikirləşməsinlər ki,cəzasız qalacaqlar.
Söz yox ki, görülən işlərlə yanaşı işimizdə nöqsan və çatışmazlıqlar hələ də vardır və rayonda mövcud olan işgüzar mühit onların aradan qaldırılmasına imkan verir. Əminik ki, 2012-ci il də şəhərimiz üçün nailiyyətlər ili olacaq, qarşıya qoyulmuş bütün vəzifələrin icrası təmin ediləcəkdir.
Məruzədən sonra çıxışlar başlandı. İsmayıllı Su-Kanal İdarəsinin rəisi Ağasəf Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin sədri Vidadi Zərbiyev, rayon Kommunal Müəssisələri Kombinatının direktoru Vidadi Məmmədov, rayon Mənzil İstismar Sahəsinin rəisi İsmayıl Tarıverdiyev, rayon Gigiyena ve Epidemiologiya Mərkəzinin direktoru Xanlar Qəmbərov, İsmayıllı şəhər sakini Yaşar Nuriyev çıxış edərək rəy və təkliflərini vermişlər. Zaldan verilmiş suallar cavablandırılmışdır. RİH başçısı Nizami Ələkbərov çıxışında ilk öncə hamını yeni il münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Sonra başçı keçən ilin nailiyyətlərindən söhbət açmış, nöqsanların hələ də tam aradan qaldırılmamasından danışmışdır. Yeni ildə bu istiqamətdə görüləcək tədbirlərdən bəhs etdi. Bu il bir çox iri, rayonumuz üçün əhəmiyyətli olacaq layihələrin reallaşacağına toxundu. Bunlardan biri mərkəzi xəstəxananın yenidən qurulması, ora ən müasir avadanlıqların alınmasıdır. Əlillər və Çernobıl əlilləri üçün rayonda bərpa mərkəzinin tikilməsi layihəsi də bizim üçün önəmlidir. Su və Kanalizasiya layihəsinin icrasına başlanmışdır. Bununla şəhərinin bu problemləri də öz həllini tapacaqdır.
Sonra N.Ələkbərov qeyd etdi ki, rayonumuzda məskunlaşmış qaçqınlar üçün 45 evdən ibarət yeni yaşayış qəsəbəsi salınması da bu ilin layihələrindəndir. Qəsəbəyə yol çəkiləcək, ora qaz, su və elektrik enerjisi ilə təmin ediləcəkdir. Yeni ildə yeni layihələrimiz çox olacaqdır. Sonda başçı yeni ildə həyata keçiriləcək vacib layihələrdən geniş söhbət açmışdır.
RİH başçısının Mican İƏD-i üzrə nümayəndəliyi ilin ilk günlərində kənd tam orta məktəbinin iclas zalına toplaşmışdı. Burada Mican İƏD-i üzrə nümayəndəliyinin 2011-ci ildə görülmüş işlər barədə R.Məmmədovun hesabatı dinlənilmişdir. Mican kənd İƏD üç – Mican, İsmayıllı və Qəzli kəndlərini əhatə edir. Hesabat yığııncağında hər iki kənd və rayonun bəzi xidmət təşkilatlarının, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak etmişlər. R.Məmmədov hesabat məruzəsi ilə çıxış etmişdir.
Natiq qeyd etdi ki, ərazi dairəsində Mican və İsmayıllı kənd bələdiyyələri fəaliyyət göstərir. Bələdiyyələrlə birgə yaşayış məntəqələrində abadlıq və təmizlik işlərinə diqqət yetirilmişdir. Rayon Kommunal Müəssisələri kombinatı ilə müqavilə bağlanmış və məişət tullantıları vaxtaşırı daşınır. Ümumiyyətlə, kəndlərdə sanitariya qaydaları diqqət mərkəzində saxlanır. İsmayıllı kəndində 200 metr su arxı təmizlənmiş, məişət tullantıları üçün üç quyu qazılmışdır. 300 metr məsafədə elektrik xətti təmir edilmişdir. İsmayıllı kəndində uçqunun qarşısını almaq məqsədilə 1.5 ha ərazidə yaşıllıq zolağı salınmış, minə yaxın ağac əkilmişdir. 60-dan artıq natəmizlik mənbəyi vətəndaşların köməyi ilə aradan qaldırılmışdır.
R.Məmmədov kəndlərdə fərdi təsərrüfatla məşğul olanların problemlərinə toxunarkən qeyd etmişdir ki, mal-qara üçün örüş yeri yoxdur, əhali şəxsi təsərrüfatlarda yetişdirdikləri meyvəni satmaqda çox çətinlik çəkir.
Məruzəçi ərazidəki tam orta məktəblərin və uşaq bağçalarından söhbət açarkən əldə edilmiş nailiyyətləri vurğulanmış, mədəniyyət müəssisələrində həyata keçirilən tədbirlərdən danışmışdır.
Natiq əhalinin qəbulu, ərizə və şikayətlərə baxılması məsələlərinə xüsusi diqqət göstərildiyini qeyd etmişdir. Müraciətlərin bir qismi sakinlərin ehtiyacları, məişət qayğıları ilə bağlı olub. Bu müraciətlər ünvanlı sosial yardımın alınması, ailə-məişət məsələləri, elektrik xətlərinin, dirəklərinin dəyişdirilməsi, həyətyanı torpaq sahəsinin alınması, antisanitariya vəziyyəti və s. mövzularda olmuşdur. Heç bir müraciət nəticəsiz qalmamışdır. Həlli icra nümayəndəliyinin səlahiyyətində olmayan bəzi məsələlər barədə müvafiq təşkilatlara müraciət edilmişdir. Ərizə və müraciətlərə baxılmasında normativ-hüquqi aktların tələblərinə ciddiliyinə əməl olunmuşdur.
R.Məmmədov 2011-ci ildə nümayəndəlikdə smetada nəzərdə tutulan gəlir və köçürmələrdən bəhs edərkən qeyd etdi ki, büdcənin gəlir hissəsi 95 faiz yerinə yetirilmişdir.
Məruzədə kəndlərin içməli su təchizatındakı problemlərə də toxunulmuşdur. Bu tələbat əsasən artezian quyuları hesabına ödənilir. Xətlər və nasoslar köhnəlib yararsız vəziyyətə düşüb, əhali çətinliklərlə üzləşir. Kəndin mərkəzi küçələrinin asfaltlaşdırılması, işıqlandırılması məsələləri də həllini gözləyir. Micanda müasir uşaq bağçasının tikintisinə ehtiyac var.
Sonra çıxışlar başlandı. Mican kənd tam orta məktəbinin direktoru Etibar Abdulov, Böyük Vətən müharibəsi veteranı Niyaz Ağayev, Mican kənd sakini Şirinbəyim Atayeva, Mican kənd uşaq bağçasının müdiri Ofelya Mahmudova, Mican kənd tam orta məktəbinin müəllimi Məhbub Kərimov, İsmayıllı kənd bələdiyyəsinin üzvü Rövşən Şirəliyev çıxış etmışlər.
RİH başçısı Nizami Ələkbərov çıxış edərək yığıncağı yekunlaşdırdı, burada qaldırılmış bəzi problemlərə aydınlıq gətirdi. Başçı qeyd etdi ki, biz tez-tez yerlərdə görüşlərdə olur, problemləri öyrənir və onların aradan qaldırılması məqsədilə tədbirlər görürük. Burada su problemindən söhbət açıldı. Hazırda bu problemin həlli ilə əlaqədar layihə həyata keçirilir. Bununla da, şəhərin su və kanalizasiya problemi aradan qaldırılacaqdır. Mican, İsmayıllı və Qəzli kəndlərinin şəhərlə birləşməsi məsələsi yaxın zamanlarda başa çatacaqdır. Bundan sonra abadlıq işləri genişləndiriləcəkdir. Yolların asfaltlaşdırılması, qaz və elektrik xətlərinin təmiri məsələlərinə geniş diqqət yetiriləcəkdir. Ümumiyyətlə, adamların rifahının yaxşılaşdırılması, yaşayış məntəqələrinin abadlaşdırılması daim diqqət mərkəzində saxlanacaqdır.
Ş.Soltanov,
B.Babayev