Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə edilməlidir

Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə edilməlidirMüstəqil Azərbaycan Respublikasının təhsilinin əsas istiqamətlərindən biri vətənpərvər övladların yetişdirilməsi, xalqını, vətənini, dilini sevən və onun həmişə xoş günlərini, azadlığını öz amalına çevirən vətəndaş yetişdirməkdir. Bu, hər bir fənn müəlliminin borcudur. Əsasən, tarix fənninin tədrisi zamanı biz müəllimlərin ən böyük vəzifəsi milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə bağlılıq hisslərini və adət-ənənələrimizi şagirdlərə aşılamaqdır. Azərbaycan xalqının milli dəyərləri onun sərvətidir.Şagirdlər vətənpərvərlik ruhunda tərbiyə edilməlidirŞagirdlər vətənpərvərlik ruhunda tərbiyə edilməlidirMüstəqil Azərbaycan Respublikasının təhsilinin əsas istiqamətlərindən biri vətənpərvər övladların yetişdirilməsi, xalqını, vətənini, dilini sevən və onun həmişə xoş günlərini, azadlığını öz amalına çevirən vətəndaş yetişdirməkdir. Bu, hər bir fənn müəlliminin borcudur. Əsasən, tarix fənninin tədrisi zamanı biz müəllimlərin ən böyük vəzifəsi milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə bağlılıq hisslərini və adət-ənənələrimizi şagirdlərə aşılamaqdır. Azərbaycan xalqının milli dəyərləri onun sərvətidir.
Vətənpərvərlik həmişə aktual məsələdir. Ümumtəhsil müəssisələrində təlim-tərbiyə alan gənclər dövlətimizin müstəqilliyi və onun bərpası ilə bağlı biliklərlə silahlanmalı, Vətənə, şəxsiyyətə hörmət hissi aşılanmalı, gənc nəsildə mənəvi qürur formalaşdırılmalıdır.
Hər bir vətəndaş, xüsusən, gənc nəsilin nümayəndəsi müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Şagirdlərin vətənpərvərlik tərbiyəsi, Azərbaycan tarixini, tarixi şəxsiyyətləri, qəhrəmanları öyrənməyi tələb edir. Bunun üçün müəllim faktlara əsaslanmalıdır. Vətənpərvərliyin tarixi kökü minillər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dininiə və adəət-ənənələrinə bağlanmış dövlətçilik durur. Sual olunur: Vətən bizə nə verib? Üstündə gəzdiyin torpağı, içdiyin suyu, yediyin çorəyi bizə Vətən verib.
Tarixin müəyyən dövrlərində Vətən torpağının qorunması ilə əlaqədar tarixi qəhrəmanlar yetişmişlər. Tomris, Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Cahan Pəhləvan, Qara Yusif, Uzun Həsən, Cavad xan kimi qəhrəmanlar bugünkü gənclərimizə örnəkdir.
Bu işdə Azərbaycan klassikləri N.Gəncəvi, Xəqani, M.Füzuli, Nəsimi, M.F.Axundov, C.Məmmədquluzadə, H.Cavid kimi ədiblər xalqa böyük xidmət göstərmişlər. Bunlarla yanaşı digər yazarlar da gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində dəyərli əsərlər yaratmışlar.
Vətən uğrunda həlak olanlar sözsüz ki, şəhid adlanırlar. Onların hünər və qəhrəmanlıqları bugünkü gənc nəsil üçün vətənpərvərlik məktəbinə çevrilmişdir.
Gənclərin Heydər Əliyev nümunəsində tərbiyə olunması çox mühüm əhəmiyyət daşıyır. Müəllim və tərbiyəçilər bu irsin öyrənilməsini həmişə diqqətdə saxlamalı, Ulu öndərin nümunəsindən geniş istifadə edilməlidir.
Ümummilli lider 34 il il Azərbaycanda rəhbər vəzifəsində çalışmış, xalqa çox zəngin mədəni, iqtisadi, siyasi xidmət göstərmişdir. Bu dahi şəxsiyyətin fəaliyyətinin bütün mərhələləri vətənpərvərlik nümunəsidir.
Ulu öndərimiz yüksək idarəçilik təcrübəsi əsasında müstəqil Azərbaycan dövlətinin yaradılması üçün hələ 1960-cı ildən baza yaratmağa başlamışdır. Bunu birinci növbədə “Gülüstan” poemasına görə onun şair Bəxtiyar Vahabzadəyə yanaşmasından duymaq olar. Bu münasibət sonrakı illərdə gənclərin İttifaqın tanınmış, nüfuzlu ali məktəblərində təhsilə cəlb olunmasında özünü göstərmişdir.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı barədə Azərbaycanın Ümummilli lideri Respublika Prezidentliyi dövründə, 18 oktyabr 1997-ci il və 26 mart 1998-ci ildə tarixi əhəmiyyətə malik Sərəncamlar vermiş, ermənilər tərəfindən törədilmiş soyqırımların mahiyyəti göstərilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bütün tarixi fəaliyyəti ən parlaq vətənpərvərlik nümunəsidir. Bunu hər bir müəllim bilməli, dəyərləndirməli və təlim-tərbiyə verdiyi şagirdlərə mənimsətməlidir. Heydər Əliyev sözün gerçək mənasında əsil vətənpərvərlik universitetidir.
Tərbiyə etdiyimiz şagirdlər yüksək savad almaqla yanaşı mənəvi dəyərlərimizlə fəxr etməli, bu sərvəti qorumalıdırlar. Mənəviyyatın güclü olması və ona sadiqlik vətəndaşın güclü olması deməkdir. Heydər Əliyev nümunəsində zəkalı, sadiq, vətənpərvər nəsil yetişdirmək cəmiyyətin etibarlı dayağı olan müəllimlərin başlıca vəzifəsidir.
Şahin Kərimov,
İsmayıllı şəhər 4 saylı tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz