Dostların əhatəsində

Dostların əhatəsindəFevral ayının 5-də “Qala” şadlıq sarayına toplaşanların hər birinin üzü gülür, qəlbi fərəhli idi. İsamayıllı rayon Mərkəzi Xəstəxanasının əksər işçilərinin, RİH aparatının əməkdaşlarının, rayondakı bir sıra idarə və müəssisə rəhbərlərinin, doğma və əziz olan insanların bir araya gəlməsinə səbəb xəstəxananın baş həkimi, tibb elmləri namizədi Aftandil Rəhimovun 60 illik yubileyi şərəfinə keçirilən tədbir idi.
Yubilyar qonaqları salamladıqdan sonra RİH başçısının birinci müavini Rəfael Əhmədov, başçının təhsil və səhiyyə məsələləri üzrə müavini Əzizə Vahabova mehriban bir insanın, təcrübəli bir cərrahın, həm də bacarıqlı idarə rəhbəri olmasını söylədilər. İsmayıllı rayonunun ictimai həyatında fəal iştirakına, səhiyyə sahəsində səmərəli fəaliyyətinə və anadan olmasının 60 illiyi münasibətilə RİH başçısı Nizami Ələkbərovun imzaladığı Fəxri fərmanı ona təqdim etdilər.
“Qala” şadlıq sarayının eyni adlı ansamblı məclisin şən keçməsi üçün məharət nümayiş etdirdi.
Tədbirdə iştirak edənlərin bir çoxu mikrafona yanaşaraq hamıya mehriban, dost olan, sadə, səmimi, hörmətli və təcrübəli bir tibb işçisinin yubiley məclisində iştirak etdiklərindən şərəf duyduqlarını bildirdilər, yubliyarın ünvanına şeirlər, xoş söslər, gözəl arzular səsləndirdilər.
Bu əziz gündə respublika Tibb İşçiləri Həmkarlar İttifaqının Fəxri fərmanı və qiymətli hədiyyəsi də A. Rəhimova təqdim olundu.
Dostların əhatəsində olan yubilyar bu gözəl günün yaddaqalan olması üçün onlarla bərabər rəqs edib, canında hələ kifayət qədər gənclik enerjisi olmasını da nümayiş etdirdi.
Tədbirin sonunda Aftandil həkim tədbirin iştirakçılarına təşəkkür etdi və əziz insanlarla, dostlarla bərabər olduğundan həqiqətən də ömrünün ən xoşbəxt anlarını yaşadığını söylədi.
Yubilyarı royon ictimaiyyəti adından bir daha təbrik edirik!
“İsmayıllı xəbərləri”

Şərh Yaz