Yaddas kitabcasi

Qayğı artırılmışdır

Qayğı artırılmışdırHər il fevral ayının 2-də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Gənclər günü təntənə ilə qeyd edilir. Bu günün bayram kimi qəbulu gənclərə olan diqqət və qayğıdan, onlara göstərilən böyük etimaddan irəli gəlir. Ulu öndər həmişə gənclərə və gəncliyə böyük önəm vermiş, onlara həmişə qayğı göstərmiş və bu qayğının davamlı olmasını hər birimizə tövsiyə etmişdir.
İsmayıllı gəncləri də öz bayramlarını qeyd etmək üçün öncə Ümummilli liderin abidəsi önünə tər qərənfillər düzüb, xatirəsini yad etmişlər. Bayrama həsr olunmuş tədbir Heydər Əliyev adına Mərkəzdə keçirilmişdir. Yığıncağı RİH başçısının birinci müavini Rəfael Əhmədov açmış, gəncləri başçı Nizami Ələkbərovun adından təbrik etmişdir. Natiq çıxışında qısaca olaraq gənclərin ötən ilki nəticələri haqqında məlumat vermiş, qeyd etmişdir ki, prezident İlham Əliyev idmanın inkişafı və kütləviliyi üçün çox iş görmüşdür. 2012-ci ilin “İdman ili” elan edilməsi bu sahəyə diqqətin artırılmasının əyani sübutudur.
Yığıncaqda İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Nəcəfli keçən ilin yekunları haqqında məruzə etmişdir. O tədbir iştirakçılarını, onların timsalında İsmayıllı gənclərini Gənclər Günü münasibətilə təbrik etmiş, onlara yeni-yeni nailiyyətlər arzulamışdır.
Toplantıda çıxış edın gənclər – Pərvanə Abbasova, Aytən İsmayılova, Azim Mirzəliyev qazanılan uğurlardan söz açmış, həmyaşıdlarını bayram münasibətilə təbrik etmişlər.
Tədbir zaman bir qrup fəal gəncə və idmançıya Gənclər və İdman İdarəsinin Fəxri fərmanları, qiymətli hədiyyələri təqdim edilmişdir. Sonda R.Əhmədov hədiyyə alan gəncləri bir daha təbrik etmiş, onlara möhkəm cansağlığı və yeni uğurlar arzulamışdır.
Samir Bağırov

Şərh Yaz