İnkişafına xidmət edən strategiya

İnkişafına  xidmət  edən strategiya2011-ci ildə ölkəmizin qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilib, ölkəmizin uğurlu inkişafı davam etdirilib. 2011-ci il ölkəmizdə bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də uğurlu il olub. Ötən il həyata keçirilən tədbirlər ilk növbədə bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin təkmilləşdirilməsinə, vətəndaşların səmərəli məşğulluğunun təminatına xidmət edib.
Ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetləri vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində ciddi tədbirlərin həyata keçirilməsi, insanlara iş yerlərinin yaradılması və normal əmək haqqı ilə təmin olunmasıdır.İnkişafına  xidmət  edən strategiyaİnkişafına  xidmət  edən strategiya2011-ci ildə ölkəmizin qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilib, ölkəmizin uğurlu inkişafı davam etdirilib. 2011-ci il ölkəmizdə bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də uğurlu il olub. Ötən il həyata keçirilən tədbirlər ilk növbədə bazar iqtisadiyyatı şəraitində sosial ədalət, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sisteminin təkmilləşdirilməsinə, vətəndaşların səmərəli məşğulluğunun təminatına xidmət edib.
Ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetləri vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində ciddi tədbirlərin həyata keçirilməsi, insanlara iş yerlərinin yaradılması və normal əmək haqqı ilə təmin olunmasıdır.
Bu gün məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin yerlərdə icrası bilavasitə məşğulluq xidməti orqanlarının üzərinə düşür. Ötən il Rayon Məşğulluq Mərkəzi tərəfindən işaxtaran və işsiz vətəndaşların işlə təmin olunması və onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində xeyli iş görülmüşdür. 2011-ci il ərzində Məşğulluq Mərkəzi tərəfindən 347 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə təmin edilmişdir. İşlə təmin olunanların 105 nəfəri qadın, 144 nəfəri gənc, 12 nəfəri isə qaçqın və məcburi köçkün olmuşdur. “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na dair mövcud tövsiyələrə uyğun olaraq 2011-ci ildə 5 nəfər sosial müdafiəyə xüsusi ehtiyacı olan əlil vətəndaş həmin kvota yerinə işə göndərilmişdir. Ordudan tərxis olunan gənclərin və hərbi qulluqçuların, qaçqın və məcburi köçkünlərin, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun təmin edilməsi diqqətdə saxlanılmışdır. İl ərzində 6 nəfər ordudan tərxis edilən və 3 nəfər cəzaçəkmə müəssisələrindən azad olunmuş şəxs işlə təmin olunmuşdur.
Əhalinin sosial müdafiəsində əsas mühüm amillərdən biri də yeni iş yerlərinin açılması, insanların səmərəli məşğulluğunun təmin edilməsidir. Ötən il rayonumuzda 263 yeni iş yeri yaradılmışdır.
2011-ci ilin sentyabr ayında hər il olduğu kimi, Əmək yarmarkası keçirilmişdir. Əmək yarmarkasına 63 idarə, müəssisə və təşkilat 178 boş iş yeri təqdim etmişdir. Həmin vakant yerlərə 97 nəfər işsiz vətəndaş işə göndərilmişdir.
Rayon Məşğulluq Mərkəzi işaxtaran vətəndaşları peşəsinə və ixtisasına uyğun işlə təmin edə bilmədikdə onlara işsiz statusu verməklə işsizlik müavinəti təyin edir. Belə ki, 2011-ci ildə cəmi 17 nəfərə işsizlik müavinəti təyin edilmişdir.
Müasir əmək bazarının tələbatına uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilənlərin sayı ötən il 47 nəfər olmuşdur. Ötən il həm də 29 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Gələcək peşə seçiminə kömək məqsədilə 404 nəfər gənc peşəyönümü məsləhətlərinə göndərilmişdir. Rayon üzrə iş yerlərini itirən, əmək fəaliyyətini bərpa edən işçilərin sayı haqqında hüquqi şəxslərdən Məşğulluq Mərkəzi tərəfindən müvafiq məlumatlar toplanmışdır. Əmək bazarının hesablanmasında, sosial yönümlü tədbirlərin gücləndirilməsində bu məlumatlar nəzərə alınmışdır.
Hazırda Məşğulluq Mərkəzində rəsmi qeydiyyatda olan işsiz statusu almış vətəndaşların sayı 778 nəfərdir. Onlardan 311 nəfəri qadın, 398 nəfəri gənc, 47 nəfəri isə qaçqın və məcburi köçkündür. İşsiz statusu alanlardan 354 nəfəri ali təhsilli, 277 nəfəri isə orta ixtisas təhsillidir.
Dövlət başçısının 2011-ci il noyabrın 15-də imzaladığı sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nda qarşıdakı dörd ildə görüləcək işlər diqqət mərkəzindədir. Proqramda icrası nəzərdə tutulan 70-dən artıq bənd var. Dövlət Proqramının uğurla həyata keçirilməsi üçün rayon İcra Hakimiyyətinin başçısı cənab Nizami Ələkbərovun 16 dekabr 2011-ci il tarixli Sərəncamı ilə tədbirlər planı təsdiq edilmiş və icrasına başlanmışdır.
Bu mühüm sənəddə, ilk növbədə, sahibkarlığın regionlar üzrə inkişaf etdirilməsinə xüsusi önəm verilir, bu vasitə ilə də yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Proqrama uyğun olaraq kənd əhalisinin torpaq sahəsindən səmərəli istifadə edilməsi üçün fermerlərə yardımlar ediləcək.
Ən vacib məsələlərdən biri əlillərlə bağlıdır. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri işlə təmin edən işəgötürənlərə əlavə güzəştlər tətbiq olunacaq. Bundan başqa, regionlarda əlil insanların işləyə biləcəkləri ixtisaslaşdırılmış yeni istehsal müəssisələrinin yaradılması proqramda əsas bənd kimi nəzərdə tutulub.
İşaxtaran və işsiz vətəndaşların arasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlara müvafiq yardımlar göstəriləcək. Onlara güzəştli şərtlərlə, aşağı faizlə girovsuz kredit götürmək imkanı yaradılacaq.
Sənəddə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ən vacib məsələlərdən biri kimi qeyd olunmuşdur.
Bu strategiya ölkənin milli inkişafına xidmət edəcək, əhalinin həyatında böyük dəyişikliklərə səbəb olacaqdır.
Rüstəm Səmədov,
İsmayıllı rayon Məşğulluq Mərkəzinin direktoru

Şərh Yaz