Yaddas kitabcasi

Qüvvələr səfərbər ediləcək

Qüvvələr səfərbər ediləcəkRespublikamızda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, yol şəbəkəsi də daim inkişaf etdirilir. Belə ki, son illərdə respublikamızda çoxlu sayda yeni körpülər, yolötürücü qovşaqlar, yeni yollar tikilmişdir. Bu inkişaf bizim rayonumuzda da özünü qabarıq şəkildə büruzə verir. İsmayıllı rayonunu ətraf rayonlarla birləşdirən magistral yollar yenidən qurulur və insanların rahat gediş-gəlişi təmin olunur. Bu işlərin yerinə yetirilməsində idarəmiz də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. 2011-ci ildə təmir işləri əsasən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarında yerinə yetirilmişdir.Qüvvələr səfərbər ediləcəkQüvvələr səfərbər ediləcəkRespublikamızda iqtisadiyyatın bütün sahələrində olduğu kimi, yol şəbəkəsi də daim inkişaf etdirilir. Belə ki, son illərdə respublikamızda çoxlu sayda yeni körpülər, yolötürücü qovşaqlar, yeni yollar tikilmişdir. Bu inkişaf bizim rayonumuzda da özünü qabarıq şəkildə büruzə verir. İsmayıllı rayonunu ətraf rayonlarla birləşdirən magistral yollar yenidən qurulur və insanların rahat gediş-gəlişi təmin olunur. Bu işlərin yerinə yetirilməsində idarəmiz də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. 2011-ci ildə təmir işləri əsasən Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarında yerinə yetirilmişdir.
Xidmət etdiyimiz avtomobil yollarında nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək üçün iş proqramı hazırlanmış və təxirəsalınmaz tədbirlər görülərək rahat gediş-gəliş təmin olunmuşdur. Sunizamlayıcı qurğuların giriş-çıxışlarında və küvetlərdə suyu kənarlaşdırmaq üçün müvafiq işlər aparılır. Sınmış, köhnəlmiş, istismar müddətini keçmiş yol nişanları yenisi ilə əvəz olunur, sürüşən ərazidəki torpaqlar maşın-mexanizmlər vasitəsilə yoldan kənarlaşdırılır. 2011-ci ilin iyun ayında yağan güclü leysan yağışları nəticəsində rayonun yol təsərrüfatına ciddi ziyan dəymişdir. Belə ki, leysan yağışları nəticəsində Muğanlı-İsmayıllı avtomobil yolunda yerləşən körpülərə ziyan dəymiş, yolun 0-12, 27-29-cu kilometrlərində torpaq sürüşmələri fəallaşmışdır. Eyni zamanda, sel suları Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 25-ci kilometrində yerləşən dəmir-beton borunun giriş və çııxışlarını dağıtmış, sel suları yolun hərəkət hissəsinə çıxaraq yolun çiyinlərini yumuşdur. Yolun 31-ci kilometrində yerləşən körpünün beton bəndinin körpüyədək olan 26 metr hissəsini sel suları sındıraraq əymiş və beton bəndi yararsız hala salmışdır. Sel suları nəticəsində Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun və Talış, Enişdibi, Tircan, Sumağallı-Qalacıq, Quşencə-Zoğallıq, Kəlbənd, Kəlbənd-Girk avtomobil yollarının hərəkət hissəsində külli miqdarda lil, daş, ağac kütləsi toplanmışdır. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində təbii fəlakətin vurduğu ziyanlar aradan qaldırılmış, Talış, Enişdibi, Şükürçü, Quşencə-Zoğallıq, Kəlbənd, Kəlbənd-Girk, Tircan, Basqal, Tağlabiyan-Kəlfərəc avtomobil yollarında təmir işləri aparılmışdır. 2011-ci il ərzində İsmayıllı-Qəbələ, Muğanlı-İsmayıllı avtomobil yollarının çiyinlərinə çınqıl materialı tökülərək bərkidilmə işləri aparılmışdır. Muğanlı-İsmayıllı avtomobil yolunun 0-12-ci kilometrlərində baş vermiş sürüşmələrin nəticələri aradan qaldırılmışdır. Hal-hazırda Muğanlı-İsmayıllı avtomobil yolunun 0-13-cü kilometr hissələrində təmir işləri aparılır.
2011-2012-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar idarəmiz tərəfindən bir sıra tədbirlər görülmüşdür. Belə ki, idarəyə məxsus maşın-mexanizimlər təmir olunaraq saz vəziyyətə gətirilmişdir. Avtomobil yollarına səpilmək üçün lazımi miqdarda qum və duz ehtiyatı yaradılmışdır. Fəhlə və mexanizatorlar hər cür isti geyimlərlə təmin olunmuşdur. İdarənin qaraj hissəsində təmir sexlərinin istilik sistemi bərpa olunmuşdur. İdarə binasının istilik və elektrik xətləri təmir olunmuşdur. Payız- qış mövsümünə hazırlıqla əlaqədar xidmət etdiyimiz avtomobil yollarında yerləşən körpü keçidlərindəki çayların məcraları, boruların giriş-çıxışları, küvetlər təmizlənmiş, selə qarşı hazırlıq işləri görülmüşdür.
“Regionların Sosial-İqtisadi İnkişaf Dövlət Proqramı”na uyğun olaraq Qalınçaq kənd yolu üzərində qəzalı vəziyyətdə olan körpü sökülərək yerində yeni 38 metr uzunluğunda körpü inşa edilmişdir. Eyni zamanda Qalacıq çayı üzərində qəzalı vəziyyətdə olan körpü sökülmüş, yeni körpünün inşasına başlanmışdır. Yaxın vaxtlarda burada tikinti başa çatdırılacaqdır. Növbəti layihələrdən biri də Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 0-29 kilometr hissəsinin tikintisidir. Həmin layihənin icrası 2012-2013-cü illərdə nəzərdə tutulmuşdur.
Görülən işlər nə qədər çox olsa da, görüləsi işlər daha çoxdur. Bu da bizdən qüvvəmizi bir daha səfərbərliyə almağı tələb edir.
Məhəmməd Musayev,
İsmayıllı 10 saylı Yol İstismar İdarəsinin müdiri

Şərh Yaz