Birgə fəaliyyət gücləndirilməlidir

Birgə fəaliyyət gücləndirilməlidirDünyada geniş yayılmış narkomaniya gənclərin ən çox meyil göstərdikləri bəladır. Onu “ağ ölüm “ də adlandırırlar. Buna görə də narkomaniyaya qarşı mübarizə həmişə aktuallığında qalmaqdadır. Hökumət təşkilatları ilə bərabər qeyri-hökumət təşkilatları da narkomaniyaya qarşı mübarizə aparır, onun zərəri barədə təbliğat işinə xüsusi önəm verirlər. Gənclərin-Antinarkomaniya ictimai birliyi (GANİB) də bir vəzifə olaraq öz işini bu bəlaya qarşı mübarizəyə həsr etmişdir.Birgə fəaliyyət gücləndirilməlidirBirgə fəaliyyət gücləndirilməlidirDünyada geniş yayılmış narkomaniya gənclərin ən çox meyil göstərdikləri bəladır. Onu “ağ ölüm “ də adlandırırlar. Buna görə də narkomaniyaya qarşı mübarizə həmişə aktuallığında qalmaqdadır. Hökumət təşkilatları ilə bərabər qeyri-hökumət təşkilatları da narkomaniyaya qarşı mübarizə aparır, onun zərəri barədə təbliğat işinə xüsusi önəm verirlər. Gənclərin-Antinarkomaniya ictimai birliyi (GANİB) də bir vəzifə olaraq öz işini bu bəlaya qarşı mübarizəyə həsr etmişdir.
Azərbaycan Respublikası Gənclərin Anti-Narkomaniya ictimai birliyi 2000-ci ildə təsis edilmiş və 2005-ci ildə Dövlət qeydiyyatına düşmüşdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi Uşaq və Gənclər siyasəti üzrə Dövlət Proqramları və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.
Təşkilat yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkili, onların sağlam həyat tərznə alışdırılması və milli-mənəvi dəyərlərimiz, vətənpərvərlik və vətəndaşlıq ənənələrinə uyğun, dövlət atributlarına hörmət ruhunda tərbiyə olunması, qlobal xəstəliklərə (İİV-QİÇS, narkomaniya, müxtəlif qrip epidemiyaları və s.) ictimai məlumatlılığın artırılması istiqamətində işlər həyata kecirir. İctimai birlik bir sıra layihələri artıq başa çatdırmışdır. 2009-2011-ci illərdə həyata keçirilən: “Gənclər arasında hüquq pozğuntularının və narkomanlığın proflaktikası”, “Yeniyetmə və gənclər arasinda asudə vaxtin səmərəli təşkili və narkomanliğin profilaktikası”, “Regionlarda yeniyetmə və gənclərin milli-mənəvi və vətənpərvərlik ruhunda maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği və nəticələrin ictimai müzakirəsinə təşəbbüs”, “Bərk tullantilarin idarə olunmasının təkmilləşdirilməsi” layihələrini buna misal göstərmək olar.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) aparıcı gənclər təsisatıdır. Azərbaycan gənclərinin yeganə konfederativ strukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. Hal-hazırda Milli Şura öz ətrafında 70 təşkilatı birləşdirir.
Milli Şura beynəlxalq əlaqələrin genişlənməsinə xüsusi önəm verir.
ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun, həmçinin, Türk Dünyası Birliyinin üzvüdür.2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasinin məşvərətçi statuslu, 2004-cü ildən İslam Konfransı Gənclər Forumunun təsisçisi və tam hüquqlu üzvüdür. Milli Şura nümayəndələri Avropa Gənclər Forumunun, Türk Dünyası Gənclər Birliyinin və İslam Konfransı Gənclər Forumunun müxtəlif seçgili strukturlarında təmsil olunurlar. ARGTMŞ Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası ilə birlikdə İslam Konfransı Gənclər Forumunun yaradılması təşəbbüsünü irəli sürmüş və bu təkliflə İslam Konfransında çıxış etmişdir. 2003-cü ildə Bakı şəhərində İslam Konfransı Gənclər Forumunun təsisçilərinin birinci görüşü keçirilmişdir. 2004-cü ilin may ayında İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 31-ci görüşində Azərbaycan gəncləri tərəfindən irəli sürülmüş bu təşəbbüsün dəstəklənməsi qərara alınmışdır.
Sağlamlıq bütün dünyada təqdir və təbliğ olunan vacib bir məsələdir. Fəaliyyətimizin davamlılığının əsas elementi olan zərərli vərdişlərə, narkomaniyaya qarşı mübarizənin və sağlam həyat tərzinin təbliği, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə dəstək gələcəyimizin daha xoşbəxt və firavan olmasının qarantıdır.
İctimai birlik bu il də bir sıra tədbirləri həyata keçirməyi planlaşdırıb. Gənclərin pis vərdişlərdən qorunması üçün əlimizdən gələni etməliyik. Hamı bu işdə birgə fəaliyyət göstərməyə borcludur.
Qüdrət Kazımov,
Gənclərin Anti- Narkomaniya ictimai birliyinin sədri,
Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasınin İdarə heyətinin üzvü

Şərh Yaz