Görüləsi işlərimiz çoxdu

Görüləsi işlərimiz çoxduArtıq arxada qalan 2011-ci ildə rayon əhalisinin içməli su ilə təminatında nəzərəçarpacaq irəliləyişlər olmuşdur. İllərcə içməli sudan əziyyət çəkən bir neçə kəndə su verilməsi ən yaxşı nailiyyətlərimizdəndir. Ölkə Prezidenti İlham Əliyevin ayırdığı vəsait hesabına 9 kəndin su təminatı yaxşılaşdırılmışdır. Keçən ilin sonlarında – dekabrın 21-də rayonun Ruşan, İvanovka, Soltankənd, Hacıhətəmli və Mollaisaqlı kəndlərində yeni su kəmərinin açılışı olmuşdur. Bundan əlavə, rayonun Tircan, Basqal, Lahıc kəndlərinin də içməli su təchizatı yaxşılaşmışdır. Bu il rayonun digər kəndlərinin su təminatının yaxşılaşdırılması üçün xeyli iş görülməlidir.Görüləsi işlərimiz çoxduGörüləsi işlərimiz çoxduArtıq arxada qalan 2011-ci ildə rayon əhalisinin içməli su ilə təminatında nəzərəçarpacaq irəliləyişlər olmuşdur. İllərcə içməli sudan əziyyət çəkən bir neçə kəndə su verilməsi ən yaxşı nailiyyətlərimizdəndir. Ölkə Prezidenti İlham Əliyevin ayırdığı vəsait hesabına 9 kəndin su təminatı yaxşılaşdırılmışdır. Keçən ilin sonlarında – dekabrın 21-də rayonun Ruşan, İvanovka, Soltankənd, Hacıhətəmli və Mollaisaqlı kəndlərində yeni su kəmərinin açılışı olmuşdur. Bundan əlavə, rayonun Tircan, Basqal, Lahıc kəndlərinin də içməli su təchizatı yaxşılaşmışdır. Bu il rayonun digər kəndlərinin su təminatının yaxşılaşdırılması üçün xeyli iş görülməlidir.
İsmayıllı şəhərinin, Mican, İsmayıllı kəndlərinin əhalisinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması istiqamətində gördüyümüz işlər az deyil. Şəhərin H.Aslanov, M.F.Axundov, H.Əliyev, S.Vurğun, Nizami, “Qələbə”, Nətavan, C.Məmmədquluzadə, N.Nərimanov, Q.Aslanov küçələrində köhnə su boruları yeniləri ilə əvəz edilmişdir. Şəhərin 16-cı kvartal yaşayış massivində bir subartezian quyusu qazılmışdır. İstifadəyə verilmiş həmin artezian quyusu 145 evi su ilə təmin etməyə imkan vermişdir.
Rayonda əhali artır, yeni-yeni evlər inşa edilir, bununla əlaqədar suya olan təlabat da artır. Buna görə də Axoxçaydan gələn suyun həcmini artırmaq məqsədilə yeni drenaj xətləri çəkilmiş və 200 metr əlavə qol verilmiş, nəticədə, yay aylarında su çatışmazlığının aradan qaldırılmasına imkan yaranmışdır. Şəhəri su ilə təmin edən mərkəz xəttin Quruçay adlanan hissəsində sel suları 50 metr uzunluğunda, 4 metr dərinliyində qəzalı vəziyyətə salmışdır. Həmin hissə dəmir-beton dirəklərlə bərkidilmiş və qəza vəziyyəti aradan qaldırılmışdır. İl ərzində su xətlərində xeyli cari təmir işləri görülmüşdür. İdarədə növbətçi briqada yaradılmışdır. Briqada çağırış üzrə olan qəzalarının aradan qaldırılması işlərini operativ həyata keçirir.
Təşkilatımız üçün ən vacib məsələlərdən biri də əhaliyə verilən suyun haqının toplanmasıdır. Bu istiqamətdə əhali arasında xeyli maarifləndirmə işləri aparılmışdır. Nəticədə, 2011-ci ilin yekununa görə yığım 91 faiz olmuşdur. Məhz bunun nəticəsidir ki, keçən il idarə xeyli mal-material-nasoslar, transformator, elektirik avadanlıqları və sair ala bilmişdir. Yığımın tam toplanması imkanlarımızı daha da genişləndirməyə şərait yaradır. Il arxada qaldı, biz keçən ilin nəticələrini təhlil edərək, buraxılan nöqsanları, aşkara çıxardıq, gələcək üçün prospektiv planlar hazırladıq. 2012-ci ildə görüləcək işlər haqqında proqram hazırlamışıq. Bu il görüləcək işlərimiz daha çoxdur.
İl ərzində həyata keçirəcəyimiz ən böyük layihə İsmayıllı şəhərində su və kanalizasiya sisteminin tam yenidən qurulmasıdır. Bu iş üçün layihə-smeta sənədləri işlənib hazırlanmış, keçən ilin noyabrın əvvəllərində təməlqoyma mərasimi də keçirilmişdir. Işə başlansa da, qışın sərt və qarlı, şaxtalı keçməsi işlərin ləngiməsinə səbəb olmuşdur. Bu layihə Türkiyənin “KOLİN” şirkəti tərəfindən həyata keçirilir. Layihə həyata keçəndən sonra şəhər və yaxın kəndlərin əhalisi sutkanın 24 saatı daimi, keyfiyyətli su ilə təmin olunacaqdır. Layihəyə əsasən su xətlərinin uzunluğu 158 kilometrdən artıq olacaqdır.
Prespektivdə İsmayıllı, Mican və Qəzli kəndlərinin İsmayıllı şəhəri ilə birləşməsi nəzərdə tutulub. Bununla əlaqədar işlərimizin həcmi də xeyli artmışdır. İsmayıllı və Mican kəndlərinin, şəhərin bir sıra küçələrində su borularının dəyişdirilməsi, yeni artezian quyularının qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Yeni ildə şəhərin kanalizasiya sistemində də xeyli iş görüləcəkdir. Bu şəbəkənin uzunluğu 137,3 kilometr olacaq. Kanalizasiya çəkilişində 200, 300, 400, 500 və 600 millimetirlik borulardan istifadə ediləcəkdir. Bununla əlaqədar çirkab su təmizləyici qurğu da nəzərdə tutulmuşdur. Bu qurğu İsmayıllı şəhərinin cənub-qərb hissəsində, Əyriçayın sol sahilində tikiləcəkdir. Təmizləndikdən sonra çirkab suları Əyriçaya axıdılacaqdır. Həmin qurğular beynəlxalq standartlara uyğun olaraq layihələndirilmişdir.
Kollektivimizin qarşısında əhaliyə yüksək səviyyədə xidmət göstərmək vəzifəsi durur. Çalışırıq ki, həmin vəzifəmizi layiqincə yerinə yetirək.
Ağasəf Əliyev,
İsmayıllı Su-Kanal İdarəsinin rəisi

Şərh Yaz