Yolumuz yüksəlişə doğrudur

Yolumuz yüksəlişə doğrudurRayonumuzda 2011-ci ildə aqrar sahədə bir sıra uğurlar qazanılmışdır. Rayon iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir. Taxıl istehsalçılarımız 2011-ci ilin məhsulu üçün 28379 hektar sahədə dənli taxıl bitkilərinin əkinini həyata keçirmişlər. Biçin kompaniyası 12-15 gün ərzində başa çatdırılmış, 23293 hektar buğda sahəsindən 47517 ton məhsul istehsal edilmiş, hektarın məhsuldarlığı 20,4 sentner təşkil etmişdir. 5086 hektar sahədən isə arpa biçilmiş, məhsuldarlıq 19 sentner olmaqla 9638 ton məhsul götürülmüşdür. Payız səpini mövsümündə isə 28417 hektar sahədə əkin aparılmışdır.
Kənd təsərrüfatının texnika, eləcə də mineral gübrələrlə təminatında “Aqrolizinq” ASC-nin xüsusi rolu vardır. 2011-ci il ərzində rayona 1124 ton azot gübrəsi gətirilmiş, onun 704 tonu 2011-ci ilin məhsulu üçün əkin sahələrinə verilmiş, 420 tonu isə növbəti mövsüm üçün saxlanmışdır.Yolumuz yüksəlişə doğrudurYolumuz yüksəlişə doğrudurRayonumuzda 2011-ci ildə aqrar sahədə bir sıra uğurlar qazanılmışdır. Rayon iqtisadiyyatının əsasını taxılçılıq və heyvandarlıq təşkil edir. Taxıl istehsalçılarımız 2011-ci ilin məhsulu üçün 28379 hektar sahədə dənli taxıl bitkilərinin əkinini həyata keçirmişlər. Biçin kompaniyası 12-15 gün ərzində başa çatdırılmış, 23293 hektar buğda sahəsindən 47517 ton məhsul istehsal edilmiş, hektarın məhsuldarlığı 20,4 sentner təşkil etmişdir. 5086 hektar sahədən isə arpa biçilmiş, məhsuldarlıq 19 sentner olmaqla 9638 ton məhsul götürülmüşdür. Payız səpini mövsümündə isə 28417 hektar sahədə əkin aparılmışdır.
Kənd təsərrüfatının texnika, eləcə də mineral gübrələrlə təminatında “Aqrolizinq” ASC-nin xüsusi rolu vardır. 2011-ci il ərzində rayona 1124 ton azot gübrəsi gətirilmiş, onun 704 tonu 2011-ci ilin məhsulu üçün əkin sahələrinə verilmiş, 420 tonu isə növbəti mövsüm üçün saxlanmışdır.
İsmayıllı rayon “Aqroservis” filialının balansında 176 adda müxtəlif kənd təsərrüfatı texnikası vardır. Bunlardan 32-si şum traktoru, 22-si isə taxılbiçən, otbiçən kombayn, otbağlayan, taxılsəpən və digər kənd təsərrüfatı texnikasıdır.
Rayon ərazisində 202 tırtıllı, 416 təkərli traktor, 113 taxılbiçən kombayn, silos kombaynı və digər texnikalar mövcuddur. Hüquqi və fiziki şəxslərdə olan özüyeriyən asma və qoşulan kənd təsərrüfatı texnikaları texniki baxışdan keçirilmiş, saz vəziyyətə gətirilərək qeydiyyata alınmışdır.
Keçən ilin yazında rayon üzrə 3087 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bunun da 784 hektarı tərəvəz, 750 hektarı kartof, 270 hektarı günəbaxan, 602 hektarı paxlalılar, 262 hektarı lobya, 178 hektarı yem paxlası, 162 hektarı noxud, 1343 hektarı isə yem bitkilərindən ibarətdir. Tərəvəz sahələrindən 7263 ton, kartofdan 6242 ton, dən üçün qarğıdalıdan 51 ton, dən üçün günəbaxan sahəsindən 260 ton məhsul toplanmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli sərəncamına uyğun olaraq 2011-ci ilin iyun ayında 6456 nəfər istehsalçıya becərdikləri 27742 hektar əkin sahəsi üçün dövlət büdcəsindən 1 milyon 109 692 manat yardım ödənilmişdir. Dekabr ayında isə 6149 buğda istehsalçısına becərdikləri 21911,35 hektar əkin sahəsinə görə 876454 manat yardım hesablanmış və sənədlər respublika komissiyasına təqdim edilmişdir.
Rayonda kənd təsərrüfatının ənənəvi və ən gəlirli sahəsi olan üzümçülük özünün inkişaf xəttini götürmüş, yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarla birlikdə bar verən və cavan üzüm bağlarının sahəsi 848 hektara çatdırılmış, meyvə bağları isə 962 hektar təşkil etmişdir. O cümlədən hesabat dövrü ərzində 21 hektar sahədə yeni üzüm, 95 hektar sahədə isə meyvə bağları salınmışdır.
2011-ci ildə rayonda heyvandarlıq sahəsinə də diqqət artırılmışdır. Ət istehsalı 5051, süd istehsalı 33709, yun istehsalı 385 tona, yumurta istehsalı 7711 min ədədə çatdırılmışdır.
Rayonda iri buynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması ilə əlaqədar 2864 baş inək və düyələrdə yüksək keyfiyyətli toxumla süni mayalama aparılmış, 2015 baş məhsuldar cins buzov alınmışdır. Bu da gələcəkdə daha çox süd və ət deməkdir.
Rayonumuzda torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması, sualtı torpaqlarda kənd təsərrüfatı bitkilərinin suvarılması, mövcud su ehtiyatlarından səmərəli istifadə və bölüşdürülməsi diqqət mərkəzində olmuşdur. Belə ki, rayonda üç Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərməklə 8850 hektar əkin sahəsi mütəmadi olaraq suvarılır. Suvarılan torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması ilə əlaqədar Mican və Qalınçaq kəndlərində 800 hektar sahədə kompleks tədbirlərin aparılması işləri davam etdirilmişdir. Hal-hazıradək 600 hektar sahədə meliorativ tədbirlər aparılmışdır.
Yaşayış məntəqələrini sel sularından mühafizə etmək məqsədilə Buynuz kəndinin sel sularından mühafizəsi üçün Göyçay çayında 400 paqonnı-metr uzunluğunda daş-beton bəndin tikintisi başa çatdırılmışdır. Çəmənli kəndinin sel sularından mühafizəsi üçün əlavə 260 paqonnı-metr daş beton bəndi tikilmişdir.
Hesabat ili ərzində Epizootiya əleyhinə müalicə-profilaktika tədbirləri planına uyğun olaraq rayon ərazisində mal-qara arasında aşağıdakı profilaktiki, seroloji və diaqnostiki müayinələr aparılmışdır:
– İri buynuzlu heyvanlardan brusellyoz xəstəliyinə qarşı 30086 başdan qan nümunəsi götürülmüşdür. Ana qoyunlardan 5025, qoçlardan 3013 başdan qan nümunəsi götürülmüş, Rayon Baytarlıq Diaqnostika Kabinetinə göndərilmişdir. Müvafiq olaraq aparılmış seroloji müayinələrə əsasən 8 baş iri buynuzlu, 21 baş ana qoyun, 1 baş isə qoç xəstə heyvan aşkar edilmiş və təlimata uyğun olaraq çıxdaş edilmişdir.
– Qara yara xəstəliyinə qarşı iri buynuzlu heyvanlarda 51000 baş plana qarşı 50530 başda, təkdırnaqlı heyvanlarda 2010 başda, donuzlarda isə 698 başda peyvənd aparılmışdır.
– “Quş qripi” xəstəliyi ilə əlaqədar olaraq köçəri quşların müvəqqəti məskunlaşdığı ərazilərdə monitorinqlər aparılmışdır.
2011-ci ildə Dövlət Baytarlıq Müfəttişliyinin nəzarət etdiyi ət satılan yerlərdə yoxlamalar zamanı 20 baş iri buynuzlu, 27 baş xırda buynuzlu heyvanın daxili orqanlarında exinokokk və fassilyoz xəstəlikləri ilə yoluxduğu üçün yandırılaraq məhv edilmişdir.
Rayon Baytarlıq Diaqnostika Kabineti tərəfindən kəndli, kəndli fermer, kollektiv təsərrüfatlarda və habelə əhalinin şəxsi həyətyanı təsərrüfatlarında olan mal-qaraya müəyyən baytarlıq diaqnostika xidməti göstərilmişdir. Şöbəyə 30086 baş qaramalın və 8038 baş davarın qan nümunəsi daxil olmuşdur. Aparılan seroloji müayinə nəticəsində 8 baş qaramalın, 22 baş davarın xəstə olması müəyyən edilmiş və təsərrüfatdan çıxarılmışdır.
Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyiliklərində 80 hektar meşə bərpa işləri aparılmışdır ki, bunun da 57 hektarı meşə əkini, 23 hektarı isə meşə səpinindən ibarətdir.
Meşə əkini və səpini tədbirləri ilə əlaqədar 30 hektar sahə kol-kosdan təmizlənərək yararlı vəziyyətə gətirilmişdir. Əkilmiş sahələri mal-qaradan qorumaq üçün yerli materiallardan 8 kilometr uzunluğunda çəpər çəkilmiş, 14 kilometr uzunluğunda köhnə çəpərlər təmir edilmişdir. Tinglik sahəsində olan 213 min ədəd toxmacarlar çıxarılaraq əkində istifadə edilmiş və 0,50 hektarda tinglik səpini işləri aparılmışdır.
Meşə yanğınlarına qarşı təhlükəsizlik tədbirləri daim diqqət mərkəzində saxlanılır. Yanğınlara xüsusi təhlükəli olan yerlərdə 8 kilometr uzunluğunda yanğına qarşı minerallaşdırılmış zolaqlar çəkilmiş, 7 kilometr uzunluğunda əvvəllər çəkilmiş və köhnəlmiş yanğın zolaqları təmir edilmişdir.
Meşə xəstəliklərinin və ziyanvericilərinin vaxtında aşkarlanması məqsədi ilə 3000 hektar sahədə meşə patoloji müayinə işləri aparılmışdır.
Çoxsahəli kənd təsərrüfatı istehsalına çox diqqətlə yanaşılmış və yüksək nəticələr əldə edilmişdir. Onlara əsaslanıb qeyd edirəm ki, yol yalnız yüksəlişə doğrudur.
H.Həsənov,
RİH başçısının aqrar məsələləri üzrə müavini

Şərh Yaz