Qayğı dərdi unutdurur

Qayğı dərdi unutdururFevral ayının 7-də İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun Pirdinar və Kəlbənd yaşayış məntəqələrində səyyar qəbulları keçirilmişdir.
56 təsərrüfatdan ibarət Pirdinar yaşayış məntəqəsinin əksər sakinləri Laçın rayonundan olan məcburu köçkünlərdir.
Pirdinarda qəbulda iştirak edənlərin hər biri buradakı sosial infrastrukturun qənaətbəxş olmamasından söz açdı. Qaz yanacağının olmaması səbəbindən yaranan narahatçılığa xüsusi önəm verildi.
Kənd məktəbində müəllim işləyən Mürşüd Allahverdiyev prezident İlham Əliyevin qaçqın və köçkünlər üçün salınmış Taxtakörpü qəsəbəsində, evini, yurd-yuvasını itirmiş insanlarla bərabər öz ad gününü keçirməsindən hədsiz dərəcədə rahatlıq duyduğunu dilə gətirdi. Onlar da bizim qardaşlarımızdırlar. Prezidentin bu qayğısını bizim hər birimiz yaramıza çəkilən məlhəm kimi qəbil etdik. Bu cür qayğı və diqqət bizə dərdimizi də unutdurur. İnanırıq ki, tezliklə azad olunmuş dədə-baba yurduna dönəcəyik.Qayğı dərdi unutdururQayğı dərdi unutdururFevral ayının 7-də İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun Pirdinar və Kəlbənd yaşayış məntəqələrində səyyar qəbulları keçirilmişdir.
56 təsərrüfatdan ibarət Pirdinar yaşayış məntəqəsinin əksər sakinləri Laçın rayonundan olan məcburu köçkünlərdir.
Pirdinarda qəbulda iştirak edənlərin hər biri buradakı sosial infrastrukturun qənaətbəxş olmamasından söz açdı. Qaz yanacağının olmaması səbəbindən yaranan narahatçılığa xüsusi önəm verildi.
Kənd məktəbində müəllim işləyən Mürşüd Allahverdiyev prezident İlham Əliyevin qaçqın və köçkünlər üçün salınmış Taxtakörpü qəsəbəsində, evini, yurd-yuvasını itirmiş insanlarla bərabər öz ad gününü keçirməsindən hədsiz dərəcədə rahatlıq duyduğunu dilə gətirdi. Onlar da bizim qardaşlarımızdırlar. Prezidentin bu qayğısını bizim hər birimiz yaramıza çəkilən məlhəm kimi qəbil etdik. Bu cür qayğı və diqqət bizə dərdimizi də unutdurur. İnanırıq ki, tezliklə azad olunmuş dədə-baba yurduna dönəcəyik.
Məktəbin direktoru Xəlil Məhərrəmov neçə illər əvvəl qaçqınlar üçün tikilən kiçik sığınacaqların indi tamamilə yararsız hala düşməsini qeyd etdi. Həmin sığınacaqlar birqat mişar daşından, özülsüz tikildiyindən payız, qış aylarında içəridə yaranan rütubət acınacaqlı vəziyyət yaradır. Yaşayış məntəqəsində içməli su problemi də vardır.
Məcburu köçkün Şükür Cabbarov kəndə çəkilən yüksək gərginlikli elektrik xəttinə görə minnətdarlığını bildirdi. Enerjinin fasiləsiz verilməsindən razılıq etdi. O həmçinin kəndin içində bir neçə elektrik dirəyinin yenisilə əvəzlənməsinin vacibliyini vurğuladı.
Nazim Əsgərov burada yaşayanların əkib-becərmək, ot biçmək üçün kifayət qədər torpaq sahəsindən yararlana bılməməsindən gileyləndi.
Qəbula gələnlərin hər biri diqqətlə dinlənildi. Qaldırılan məsələlərlə əlaqədar aidiyyəti qurum və şöbələrə məsələlərin həlli istiqamətində tapşırıqlar verildi.
***
Həmin gün Kəlbənd kəndində keçirilən səyyar qəbulda kənd ağsaqqalı, şüşalı məcburi köçkün İsaq Əliyev mövcud problemlərin fonunda kəndin içindən axan Quruçay çayının yaratdığı narahatçılıqların daha dözülməz olduğunu söylədi. Ağsaqqal sakinlər adından onların bu bəladan qurtulmalarına bir çarə axtarılmasını xahiş etdi.
Kəlbənd kənd orta məktəbinin direktoru Bakir Əhmədov məktəb haqqında, burada son illərdə qazanılan təhsil uğurlarından danışdı. Kənddə qaz yanacağının olmamasını bildirdi. Məktəbin iki növbəli olmasını açıqladı. Bu səbəbdən müəyyən çətinliklər ortaya çıxır. O, məktəb üçün mümkünsə yeni binanın, əks halda əlavə sinif otaqlarının tikilməsinin vacibliyini vurğuladı.
Kənd sakini Kuvanç Xəlilov yaşayış səviyyəsinin aşağı olmasından, Məcnun Mürsəlov işdən çıxdıqdan sonra işlə təmin olunmamasından, Rəfiqə Yusifova ailə vəziyyətinin ağırlığından şikayətləndi.
Quruçayın kənd əhalisinə verdiyi ziyan və narahatçılığın elə bu il aradan qaldırılacağı barədə məlumatı qəbula gələnlər sevinclə qarşıladılar. Artıq bu istiqamətdə görüləcək işin həcmi müəyyənləşdirilmiş, işlərin icrası üçün maliyyə vəsaiti də ayrılmışdır.
Bu xəbərə hədsiz dərəcədə sevinən kənd sakinləri istək və xahişləri istiqamətində iş aparan təşkilatlara elə indidən minnətdarlıqlarını bildirdilər.
Ş.Soltanov

Şərh Yaz