Müzakirə fəallıqla keçdi

Müzakirə fəallıqla keçdiYeni ilin ilk ayının son günündə RİH başçısının İvanovka İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Olqa Jabinanın hesabatı dinlənilmişdir. Yığıncağa rayonun bəzi idarə və təşkilat rəhbərləri də dəvət edilmişdir. İsmayıllı RİH başçısı Nizami Ələkbərov, onun müavinləri Həsən Həsənov və Rövşən Ağayev də tədbirdə iştirak etmişlər. O.Jabina yığıncağı açaraq hesabat verdi. Natiq demişdir:
– Hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi vəziyyət bərqərar olmuşdur. Yola saldığımız ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində bir sıra vacib proqramlar həyata keçirilmişdir. Sosial yönümlü obyektlər tikilir, asfalt yollar salınır, körpülər tikilir. Azərbaycanın ayrılmaz hissəsi olan İsmayıllı rayonunda da tikinti-abadlıq sahəsində xeyli iş görülmüşdür. Rayonda qaçqınlar üçün evlər tikilir, bir sıra kəndlərə qaz xətlərinin çəkilməsi bərpa edilir.Müzakirə fəallıqla keçdiMüzakirə fəallıqla keçdiYeni ilin ilk ayının son günündə RİH başçısının İvanovka İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Olqa Jabinanın hesabatı dinlənilmişdir. Yığıncağa rayonun bəzi idarə və təşkilat rəhbərləri də dəvət edilmişdir. İsmayıllı RİH başçısı Nizami Ələkbərov, onun müavinləri Həsən Həsənov və Rövşən Ağayev də tədbirdə iştirak etmişlər. O.Jabina yığıncağı açaraq hesabat verdi. Natiq demişdir:
– Hazırda respublikamızda sabit və sağlam ictimai-siyasi vəziyyət bərqərar olmuşdur. Yola saldığımız ildə regionların sosial-iqtisadi inkişafı istiqamətində bir sıra vacib proqramlar həyata keçirilmişdir. Sosial yönümlü obyektlər tikilir, asfalt yollar salınır, körpülər tikilir. Azərbaycanın ayrılmaz hissəsi olan İsmayıllı rayonunda da tikinti-abadlıq sahəsində xeyli iş görülmüşdür. Rayonda qaçqınlar üçün evlər tikilir, bir sıra kəndlərə qaz xətlərinin çəkilməsi bərpa edilir.
Məruzəçi doğma kəndində həyata keçirilən işlərdən söhbət açarkən qeyd etdi ki, bəzi yollar təmir edilmiş, çörək zavodunun inşası başa çatmaq üzrədir, su xətti çəkilərək istifadəyə verilmiş, yeni xəstəxananın tikintisi aparılır, kənddəki parkda abadlıq işləri həyata keçirilmişdir. Əhalinin xahişi ilə kəndin avtomobillərin intensiv hərəkət etdiyi küçəyə bir neçə yerə süni maneə (tramplin) qoyulmuşdur.
Sonra məruzəçi qeyd etdi ki, yeni ilin ilk günlərində fərdi təsərrüfatlarda olan mal-qara, qoyun və quşların uçotu aparılmış, uçot kitabları qaydaya salınmışdır. Bu işdə kənd tam orta məktəbinin yuxarı sinif şagirdlərinin köməyindən istifadə edilmişdir. Sahə briqadirləri də heyvanların sayılmasında yaxından iştirak etmişlər.
Natiq vurğuladı ki, kənddə vətəndaşlıq aktlarının qeydiyyatının aparılması, nikahların bağlanması, doğum haqqında, dünyasını dəyişənlərə şəhadətnamələrin verilməsi və sair sənədlərin tərtibi vaxtında və müvafiq qanunlara uyğun həyata keçirilmişdir. Ümumiyyətlə, keçən il 123 notariat əməliyyatı aparılmışdır. İl ərzində 40 yazılı ərizəyə, 60 şifahi şikayətə baxılmışdır.
Müzakirə fəallıqla keçdiMüzakirə fəallıqla keçdi
İnzibati ərazi dairəsində iki – İvanovka kəndində tam orta və Külüllü kəndində ibtidai məktəb fəaliyyət göstərir.
Məruzəçi qeyd etdi inzibati ərazi dairəsində 3084 nəfər məskunlaşmışdır. İvanovka kəndində kolxoz təsərrüfatı olduğuna görə əmək qabiliyyətlilər əsasən N.Nikitin adına kolxozda, Külüllü kəndindəkilər isə xüsusi təsərrüfatlarında çalışırlar.
İvanovka kəndində uşaq bağçası fəaliyyət göstərir. 125 yerlik bağça N.Nikitin adına kolxozun balansındadır. Kolxoz bağçanı lazımi ərzaqla təmin edir, digər işlərində də lazımi köməkliyi göstərir. Azərbaycan hökumətinin son qərarına əsasən bağçalar yerli icra orqanlarının sərəncamına verilməlidir. Odur ki, bağçanın dövlət balansına keçirilməsi məsələsini kolxozun ümumi iclası həll etməlidir.
O.Jabina kənddə həyata keçirilən mədəni-kütləvi tədbirlərdən, gənclərin orduya yola salınmasından, yeni il şənliyinin, bayram tədbirlərinin həyata keçirilməsi məqsədilə görülən işlərdən, anım günlərindən söhbət açdı. Sonra qeyd etdi ki, kəndin küçə və parkının, məhəllələrin sanitariya vəziyyəti yaxşılaşmışdır. Bu sahədə görüləcək işlər davam etdiriləcəkdir. Əhalidən qaz, elektrik enerjisi üçün sərfiyyat pullarının toplanmasında kolxozun fəallarının, rəhbərliyinin köməyindən lazımınca faydalanırıq. Buna görə də onlara təşəkkürümü bildirirəm.
İcra nümayəndəsi bir sıra nöqsanların da olduğunu dilə gətirdi. Kənd kitabxanasında isitmə sisteminin olmaması, kənddəki bankomatda kifayət qədər pul olmur və adamlar rayon mərkəzinə getməyə məcburdurlar. Biz bu barədə bankın rəhbərliyi ilə söhbət zamanı onlar qeyd etdilər ki, bankomat mühafizə olunan yerə qoyulsa, bu problemi həll etmək mümkündür. Kəndin küçələrinin asfaltlaşdırılması öz həllini gözləyir. Bu istiqamətdə xırda təmir işləri görülsə də bunlar bizi qane etmir. Heç olmazsa, hər il kəndin bir küçəsini asfaltlaşdırsaq problem həll olunar.
Hesabat ətrafında müzakirələr yığıncaqdakıların fəallığı ilə keçdi, çoxlu suallar verildi və cavablandırıldı. N.Nikitin adına kolxozun sədri Mixail Panfyorov, İvanovka kənd tam orta məktəbinin direktoru Mixail Uryupin, İvanovka kənd bələdiyyəsinin sədri Aleksandr Voropayev, kənd xəstəxanasının baş həkimi Marina Prokofyeva çıxış edərək rəy və təkliflərini bildirmişlər.
Sonda İsmayıllı RİH başçısı Nizami Ələkbərov çıxış edərək yeni ildə qarşıda duran vəzifələrdən söhbət açmışdır.
B.Babayev

Şərh Yaz