Qapılara 46 qol vuruldu

Qapılara 46 qol vurulduYanvar ayının 16-da İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında futzal üzrə rayon birinciliyi keçirmişdir. Birincilik “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr edilmişdir.
Birincilikdə Olimp, Aşağıbaş, İsmayıllı, “Günəşli”, “Kəpənək”, Təzəkənd və ümumilikdə 16 komanda iştirak etmişdir. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi E.Nəcəfli açmışdır. “20 Yanvar” şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilmişdir. Yarış olimpiya (uduzan çıxır) sistemi üzrə keçirilmişdir. Yarışda qapılara 46 qol vurulmuşdur. Gərgin və maraqlı mübarizədən sonra I yeri Olimp, II yeri İsmayıllı, III yeri Təzəkənd komandası tutmuşlar.
Qaliblər təşkilatçı idarənin diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.

Şərh Yaz