Fikir mübadiləsi etmişlər

Fikir mübadiləsi etmişlərAzərbaycanda təhsilin dünya standartları səviyyəsinə çatdırılması üçün müxtəlif tədbirlər,axtarışlar, eksperementlər aparılır, təcrübə mübadilələri həyata keçirilir.Müasir təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinə, kompyuter və digər müasir əyaniliklərdən istifadəyə diqqət artırılmışdır. İndi elə bir məktəb tapmaq olmaz ki, orada haqqında söhbət açdığımız əyaniliklərə, texnikalara rast gəlməyəsən.Təlim o zaman səmərə verir ki, müəllim həmişə axtarışda olsun, yeniliyi öyrənsin, onu işinə tətbiq etsin.Fikir mübadiləsi etmişlərFikir mübadiləsi etmişlərAzərbaycanda təhsilin dünya standartları səviyyəsinə çatdırılması üçün müxtəlif tədbirlər,axtarışlar, eksperementlər aparılır, təcrübə mübadilələri həyata keçirilir.Müasir təhsil sistemində informasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqinə, kompyuter və digər müasir əyaniliklərdən istifadəyə diqqət artırılmışdır. İndi elə bir məktəb tapmaq olmaz ki, orada haqqında söhbət açdığımız əyaniliklərə, texnikalara rast gəlməyəsən.Təlim o zaman səmərə verir ki, müəllim həmişə axtarışda olsun, yeniliyi öyrənsin, onu işinə tətbiq etsin.
İsmayıllının təhsil sistemi öz yaxşı nailiyyətləri ilə öyünə bilər və buna haqqı da var. Son illərin nəticələri belə danışmağa əsas verir. Məktəblərimiz, müəllimlərimiz daim axtarışda olur və yeniliklərdən lazımınca yararlanırlar. Məktəblərimizin maddi-texniki bazasının möhkəmlənməsi də nailiyyətlərin qazanılmasına yaxşı köməkdir. Təhsil şöbəsinin metodik kabineti ayrı-ayrı fənnlər üzrə elmi- praktik konfransların, açıq dərslərin keçirilməsinə xüsusi önəm verir. Belə tədbirlərin səmərəsi çöx olur, işə köməkliyi dəyir.
Bu günlərdə belə tədbirlərdən biri şəhər 3 saylı tam orta məktəbdə baş tutmuşdur. Tədbirə bir sıra məktəblərin riyaziyyat müəllimləri, direktorları dəvətli idilər. “Riyaziyyat fənninin tədrisində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik konfransı RTŞ-nin metodik kabinetinin direktoru Hümbət Əsədov giriş sözü ilə açaraq qarşıda duran məqsəd və vəzifələrdən danışmışdır. Konfrans nəzəri və praktik olaraq iki hissədən ibarət olmuşdur. Nəzəri hissəsində RTŞ-nin metodik kabinetinin metodisti Vəfa Ağayeva “Riyaziyyat dərslərində müasir texnologiyanın rolu” mövzusunda məruzə etmişdir.
Sonra elmi-praktik konfransın ikinci – əyani hissəsi başlanmışdır. İştirakçılar şəhər 3 saylı tam orta məktəbin riyaziyyat- informatika müəllimi Brilyand Mursalovanın X sinifdə həndəsə fənnindən apardığı açıq dərsi dinləmişlər. Açıq dərsin mövzusu “Piramidalar haqqında” idi. Piramidalar deyəndə, ilk öncə Misirin qədim, indi də dünya alimlərini çətin suallar qarşısında qoyan nəhəng qurğular yada düşür. Uşaqlar tədqiqat apararaq coğrafiya fənninə də kiçik ekskursiya etmiş, piramidalar haqqında dinləyicilərə məlumat vermişlər. Sonra komandalara bölünmüş uşaqlar (dörd komanda) piramidaların müxtəlif parametrlərinin hesablanması ilə məşğul oldular. Dərs zamanı proyektordan geniş istifadə vaxtın qənaətinə imkan yaradır. Şagirdlər verilmiş məsələləri qrup halında kağız üzərində həll edir, sonra cavab verirlər. Həmişə adət etdiyimiz təbaşirdən istifadə edilmədi.
Haşiyə. Dərs zamanı özümün kənd məktəbində oxuduğum illəri xatırladım. Yadımdadı,coğrafiya müəllimimiz rayon mərkəzindən müxtəlif xəritələr və qlobus gətirmişdi. Biz, şagirdlər xəritələrin,qlobusun üstünə atılıb onları acgözlüklə seyr etdik. Sonrakl illərdə əyani vasitələrin sayı artdı, o şeylər bizə möcüzə kimi görünmədi. İndiki texniki vasitələr hara, o vaxtlardakılar hara, heç müqayisə ediləsi deyil.
Onu da qeyd edək ki, şəhər 3 saylı tam orta məktəbin kollektivi artıq təbaşirdən imtina etmək qərarına gəlmişdir. Bu məqsədlə də elektron yazı lövhələri əldə etmək üçün tədbirlər görülür. Yəqin ki, bu yenilik işin xeyrinə olacaqdır.
Açıq dərs başa çatdı və onun təhlilinə başlandı. İlk öncə onu qeyd edək ki, açıq dərs dinləyici qonaqlar tərəfindən yüksək qiymətləndirildi. Tədbir iştirakçılarından Sahib Həsənov (Buynuz məktəbi), Qaçay Əzizov ( şəhər 3 saylı), Eyvaz Mursalov (Cülyan), İlham Səmədov (Gəndov), Aydın Rəhimov (RTŞ inspektoru), Mütarif Ağayev (Qaraqaya), Çingiz Muradlı (şəhər 3 saylı məktəb) çıxış edərək öz rəy və təkliflərini bildirmişlər. RTŞ metodik kabinetinin direktoru Hümbət Əsədov çıxış edərək yeniliyin tətbiqinin zəruriliyindən danışdı. Şəhər 3 saylı tam orta məktəbin direktoru başçılıq etdiyi kollektivdə çalışan müəllimlərin fədakar əməyindən söz açmış, tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir.
Sonda elmi-praktik konfrans iştirakçıları məktəbdə fəaliyyət göstərən “Dayaq məntəqəsi”nin işi ilə tanış olmuşlar.
B.Babayev

Şərh Yaz