Paytaxta adına layiq fəaliyyət

Paytaxta adına layiq fəaliyyətİsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsində “Sənətkarlıq Paytaxtı” ilə bağlı görülən işlər
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, o cümlədən milli sənətkarlığın dəstəklənməsinə istiqamətləndirilmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 26 yanvar 2011-ci il tarixli əmrinə əsasən 20102014-cü illər “Azərbaycanın Xalq Yaradıcılıq Paytaxtı” Proqramı çərçivəsində 2011-ci il üçün İsmayıllı rayonu “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunmuşdur. Sənətkarlar məskəni olan İsmayıllı şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunması ilə bağlı 2011-ci il üçün nazirlik tərəfindən təsdiq olunmuşPaytaxta adına layiq fəaliyyətPaytaxta adına layiq fəaliyyətİsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsində “Sənətkarlıq Paytaxtı” ilə bağlı görülən işlər
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, o cümlədən milli sənətkarlığın dəstəklənməsinə istiqamətləndirilmiş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin 26 yanvar 2011-ci il tarixli əmrinə əsasən 20102014-cü illər “Azərbaycanın Xalq Yaradıcılıq Paytaxtı” Proqramı çərçivəsində 2011-ci il üçün İsmayıllı rayonu “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunmuşdur. Sənətkarlar məskəni olan İsmayıllı şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunması ilə bağlı 2011-ci il üçün nazirlik tərəfindən təsdiq olunmuş planla işimizi qurduq. İllik tədbirlər planında təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktik konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, info-turların və sair tədbirlərin təşkili nəzərdə tutulmuşdur ki, bunlar da yüksək səviyyədə həyata keçirilib.
Mart ayında Bakı şəhərinin Muzey Mərkəzində İsmayıllı şəhərinin “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunması ilə bağlı Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev tərəfindən kubok və diplom rayon Mədəniyyət və Turizm Şöbəsinə təqdim olunmuşdur. Rayon Gənclər Mərkəzində geniş ictimaiyyətin iştirakı ilə kubok və diplomun təqdimetmə mərasimi keçirilmişdir.
Bakı şəhərində və rayonda keçirilən Novruz bayramı şənliklərində folklor kollektivləri və sənətkarların əl işlərinin sərgisi təşkil olunmuşdur.
“İsmayıllı – Azərbaycanın Sənətkarlıq Paytaxtı – 2011” və “Turizm ili” proqramı çərçivəsində İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsi məktəblilər arasında inşa yazı müsabiqəsi keçirmiş, 10 nəfər qalib diplom və mükafatlara layiq görülmüşdür.
İyun ayında rayon mədəniyyət evində “İsmayıllı Sənətkarlıq Paytaxtıdır” mövzusunda mədəni-maarif müəssisələri işçiləri üçün seminar keçirilmişdir.
Bakı şəhərində keçirilmiş “Azərbaycan – doğma diyar” devizi altında azsaylı xalqların incəsənət festivalında “Lahıc” və “İvanovka” folklor kollektivləri iştirak etmiş, “İvanovka” folklor kollektivinə “Xalq kollektivi ” adı verilmişdir.
İyun ayının üçüncü ongünlüyündə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin dəstəyi ilə 2011-ci ildə İsmayıllı şəhərinin “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunması ilə əlaqədar Heydər Əliyev adına Mərkəzi meydanda xalq sənətkarlarının əl işlərindən ibarət zona sərgisi keçirilmişdir. Sərgidə İsmayıllı, Qəbələ, Oğuz, Şəki və Şamaxı rayonlarından olan sənətkarların əl işləri nümayiş olunmuşdur. Sərginin davamı olaraq Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilmişdir. Sərgidə nümayiş olunan çoxsaylı sənətkarlıq nümunələrinə baxış keçirilmişdir. Sənətkarlardan 23 nəfərinə Fəxri fərman, 8 nəfərinə isə pul mükafatı təqdim olunmuşdur.
Avqust – sentyabr aylarında Aşıq Yanvar Bədəlov, Aşıq Elman Mehdiyev və rayonumuzun digər aşıqlarının iştirakı ilə rayon Mədəniyyət evində, Lahıc və Basqal qəsəbələrində, Diyallı, Qalagah, İsmayıllı kənd mədəniyyət evlərində və Qalacıq kənd klubunda görüşlər keçirilmiş və konsertlər təşkil olunmuşdur.
Avqust ayında rayon mərkəzində sənətkarların əl işlərindən ibarət sərgi və satış yarmarkasının təşkili böyük marağa səbəb olmuşdur.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında İctimai TV-nin 3 saatlıq “Yeni gün” proqramı canlı yayımlanmışdır. Verilişdə sənətkarların əl işləri nümayiş olunmuş, rayonumuzun bütün sahələri, o cümlədən turizm imkanları barədə məlumat verilmişdir. Bu tədbirdə rayonun tanınmış müğənniləri, aşıqları ilə yanaşı Nadir Qafarzadə, Elnur Balabəyov, “Kristal” qrupu, muğam müsabiqəsinin qalibləri də çıxış etmişlər. Çəkilişdə tanınmış ziyalılarımız Musa Yaqub, Baba Vəziroğlu, Pünhan İsmayıllı və başqaları rayon haqqında öz fikirlərini söyləmişlər.
Paytaxta adına layiq fəaliyyətSentyabr ayında Qala divarları qarşısında geniş ictimaiyyətin iştirakı ilə keçirilən “Sənətkarlar bayramı”nda rayonumuzla yanaşı Şamaxı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Şəki və Mingəçevirdən dəvət olunmuş qonaqlar və sənətkarlar da iştirak etmişlər. Xalq yaradıcılığının, milli adət və ənənələrinin, xalq tətbiqi sənətinin, eyni zamanda regionların turizm potensialının beynəlxalq səviyyədə tanıdılması istiqamətində nəzərdə tutulmuş illik tədbirlər həyata keçirilmişdir. “Sənətkarlar bayramı”nın keçirilməsi rayonumuzla yanaşı qonşu rayonlarda da sənətkarlığın inkişaf etdirilməsi baxımından mühüm rol oynayır.
Keçirilən tədbirdə Mədəniyyət və Turizm Nazirinin müavini Vaqif Əliyev, Milli Məclisin deputatı Novruzəli Aslanov və digər rəsmi şəxslər də iştirak etmişlər.
Tədbir başlamazdan öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoymuş, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Mərkəzin qarşısında təşkil olunmuş kitab və turizm sərgisində Heydər Əliyev Mərkəzinin nəzdindəki dərnəklər tərəfindən hazırlanmış rəsm və digər eksponat nümunələri də nümayiş olunmuşdur.
İlboyu keçirilən tədbirlər nəinki İsmayıllı rayonunun, ümumilikdə Azərbaycanın qeyri-maddi mədəni irsinin dünyada tanıdılmasında da mühüm rol oynayır. Bu layihə Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni irs nümunələrinin, sənətkarlığının, tarixinin qorunmasına xidmət edir.
Sentyabr ayının son günlərində “2010-2014-cü illər üçün Xalq Yaradıcılıq Paytaxtları” Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına uyğun olaraq Azərbaycan xalqına məxsus maddi-mədəni irs nümunələrinin qorunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Elmi-Bərpa Mərkəzinin bir qrup əməkdaşı İsmayıllı Tarix Diyarşünaslıq Muzeyində açıq sərgi-seminarlar keçirmişdir.
Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar keçirilmiş rayon tədbirlərində də sənətkarların əl işlərindən ibarət geniş sərgilər təşkil olunmuşdur.
Keçirilən il çərçivəsində rayonun gəzməli, görməli yerləri, sənətkarlığı ilə bağlı suvenirlər (çanta-qovluq, qələm, dəftərçə və açıqca ) hazırlanmış, rayonumuza gələn yerli və xarici qonaqların əksərinə dəst şəkildə təqdim olunmuşdur.
Noyabr ayının 22-də Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə “İsmayıllı – Azərbaycanın Sənətkarlıq Paytaxtı – 2011” tədbirlər proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti Şöbəsinin müdiri Fikrət Babayevin və Mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevanın rəhbərliyi ilə kütləvi informasiya vasitələri nümayəndələrinin 25 nəfərdən ibarət qrupu rayonumuzda səfərdə olmuşdur. Səfər çərçivəsində öncə Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyəti barədə qonaqlara məlumatlar verilmiş, daha sonra rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovla jurnalistlər arasında brifinq keçirilmişdir. Brifinqdə “İsmayıllı – Azərbaycanın Sənətkarlıq Paytaxtı – 2011” proqramı çərçivəsində İsmayıllı rayonunda görülmüş işlər barəsində məlumat verilmiş, jurnalistlərin sualları cavablandırılmışdır.
İlboyu keçirilmiş tədbirlər nəinki İsmayıllı rayonunun, ümumilikdə Azərbaycanın qeyri-maddi irsinin dünyada tanıdılmasında da mühüm rol oynamışdır. Bu layihə Azərbaycanın çoxəsrlik mədəniyyətinin, qeyri-maddi mədəni irs nümunələrinin, sənətkarlığının, tarixinin qorunmasına xidmət etmişdir.
2011-ci ildə İsmayıllı şəhərinin “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilməsi bizi hədsiz dərəcədə sevindirdi. Çünki, İsmayıllı həqiqətən tarixi abidələrlə zəngin, sənətkarlıq nümunələri ilə şöhrət qazanmış rayonlardan biridir. Rayonun Lahıc və Basqal qəsəbələrində hələ qədim zamanlardan xalq sənətkarlığının inkişafı, milli üslubda tikinti işlərinin aparılması xalqımızın sənətkarlıq və memarlıq ənənələri haqqında canlı təsəvvür yaradır. Lahıc qəsəbəsində xalq sənətkarlığının inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir.
İsmayıllının bu şərəfli ada layiq görülməsi rayonda sənətkarlığın inkişafına təkan verməklə daxili və xarici turistlərin rayona axınının sürətlənməsinə zəmin yaratdı. Hazırda məqsədimiz rayon ərazisində mövcud olmuş, bu gün unudulmaqda olan sənət nümunələrini canlandırmaq, yaşatmaq və gələcək nəsillərə mənimsətməkdən ibarətdir.
A.Abbasov,
İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri

Şərh Yaz