Dərin minnətdarlıq, səmimi təşəkkür

Dərin minnətdarlıq, səmimi təşəkkürİsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun rayonun müxtəlif yaşayış məntəqələrində keçirdiyi səyyar görüşlərin xoş nəticələri barəsində eşidən kənd ağsaqqalları başçının kəndə növbəti dəfə gəlişindən istifadə edib bir sıra məsələlərlə yanaşı kənddə məktəb binasınn olduqca yararsız vəziyyətdə olmasını açıqlamışdılar. Başçı məsələnin əlaqədar təşkilatlar qarşısında qaldırılacağını bildirmiş, kənd uşaqlarının tezliklə yeni məktəb binasında təhsil alacaqlarına ümidvar olduğunu bildirmişdi.Dərin minnətdarlıq, səmimi təşəkkürDərin minnətdarlıq, səmimi təşəkkürİsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun rayonun müxtəlif yaşayış məntəqələrində keçirdiyi səyyar görüşlərin xoş nəticələri barəsində eşidən kənd ağsaqqalları başçının kəndə növbəti dəfə gəlişindən istifadə edib bir sıra məsələlərlə yanaşı kənddə məktəb binasınn olduqca yararsız vəziyyətdə olmasını açıqlamışdılar. Başçı məsələnin əlaqədar təşkilatlar qarşısında qaldırılacağını bildirmiş, kənd uşaqlarının tezliklə yeni məktəb binasında təhsil alacaqlarına ümidvar olduğunu bildirmişdi.
Gözlənildiyindən də az vaxtda, 2011-ci ilin dekabr ayının 21-də Soltankənd kəndində yüksək təmtəraqla tikintisi başa çatdırılmış orta məktəb binasının açılışı keçirildi. Həmin gün kənd bayram əhval-ruhiyyəsi yaşayırdı.
Tikintisi yenicə başa çatdırılmış məktəbin açılışına rayon İcra Hakimiyyətinin başçısı N.Ələkbərovla bərabər rayonun əlaqədar təşkilatlarının rəhbərləri, Milli Məclisin üzvü Novruzəli Aslanov da təşrif buyurmuşdu. Yaraşıqlı və müasir məktəb binasının qarşısında toplaşanların üzündəki sevinci, ürəyindəki fərəh və razılığı adi baxışlarla görüb, duymaq olurdu.
Məlumat üçün bildirim ki, Soltankənd kəndinin əhalisi 1988-ci ildə Ermənstandakı dədə-baba torpaqlarından zorla qovulmuş soydaşlarımızdır. Aradan 23 il keçir. Bu illər ərzində məktəbimizdə təhsil alan şagirdlər saysız-hesabsız çətinliklərlə üzləşməli olmuşdular. Məktəbin uyğunlaşdırılmış binada yerləşdirilməsi təlimin keyfiyyətini aşağı salır, savadlı şagirdlərin yetişdirilməsində çətinliklər yaradırdı.
Hədsiz dərəcədə sevinirik ki, bu gün məktəbin müəllim və şagird kollektivinin ixtiyarına müasir fənn kabinələri, avadanlıqları olan gözəl bir məktəb binası verilib. Məktəbdəki sinif otaqlarının hər biri geniş və işıqlıdır. Fənn kabinələri lazımi avadanlıqlarla yanaşı kompyuterlərlə təchiz olunub.İdman zalındakı şərait olduqca ürəkaçandır. Belə bir məktəbin müəllimi, şagirdi olmağı ancaq arzulamaq olardı. Arzumuzun reallaşması bizi çox sevindirir.
Bu sevinci bizə, kənd sakinlərinə yaşadan dövlətimizə, prezidentimiz İlham Əliyevə, onun sərəncam və tapşırıqlarının uğurla həyata keçməsinə səy göstərən İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərova, seçicilərinin sosial problemlərinin həlli istiqamətində yorulmadan çalışan millət vəkili Novruzəli Aslanova, İsmayıllı təhsilinin ildən-ilə yüksək səviyyəyə qaldırılmasında danılmaz xidmətləri olan Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucova, eləcə də tikinti işlərinin aparılmasında böyük zəhmət və məsuliyyət nümayiş etdirən ”İsmayıllı Tikinti – 27” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Azad Əliyevə dərin minnətdarlığımızı, səmimi təşəkkürümüzü bildiririk.
Məlum məsələdir ki, müasir şəxsiyyətlərin formalaşdırılması üçün bu tələblərə cavab verən tədris ocaqlarının olması vacib şərtlərdən biridir. İxtiyarımıza belə bir məktəbin verilməsindən sonra üzərimizə düşən vəzifələri daha məsuliyyətlə dərk edirik. Yetişdirdiyimiz gənclərin dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə almasına çalışmalıyıq. Yetişən nəsil milli-mənəvi dəyərlərimizə xüsusi önəm verməlidir.
Bir neçə il əvvəl hər birimiz üçün arzu, xəyal olan məsələlər artıq gerçəkliyə çevrilmişdir. Yaxşı işləmək üçün normal şəraitin olması başlıca şərtdir. Bu baxımdan əminliklə deyə bilərəm ki, məktəbimizin kollektivi yaxın gələcəkdə çəkilən zəhməti, göstərilən diqqət və qayğını yetərincə qiymətləndirməyə müvəffəq olacaqdır.
Sabir Məhərrəmov,
Soltankənd kənd tam orta məktəbinin direktoru

Şərh Yaz