Bir sevginin tarixi

Bir sevginin tarixi 1962-ci ildə Ağdam rayonunda qarşıda onu hansı talenin gözlədiyini bilməyən bir oğlan uşağı dünyaya göz açır. Adını İlham qoyurlar. Orta təhsilini orada 1 saylı, sonradan isə Bakıda 54 saylı orta məktəbdə alır. Daha sonra hərbi xidmətə gedir, xidmətini başa vurduqdan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayır…
1989-cu il. Sovet İmperiyasının sonuna doğru… İnsanlar azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxır. İlham Allahverdiyev də onların sıralarındadır.Bir sevginin tarixi1962-ci ildə Ağdam rayonunda qarşıda onu hansı talenin gözlədiyini bilməyən bir oğlan uşağı dünyaya göz açır. Adını İlham qoyurlar. Orta təhsilini orada 1 saylı, sonradan isə Bakıda 54 saylı orta məktəbdə alır. Daha sonra hərbi xidmətə gedir, xidmətini başa vurduqdan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayır…
1989-cu il. Sovet İmperiyasının sonuna doğru… İnsanlar azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxır. İlham Allahverdiyev də onların sıralarındadır.
Belə bir qarmaqarışıq dövrdə Allahverdiyevlər ailəsi İlhamı evləndirmək fikrinə düşür. Doğmaları ondan ailə həyatı quracağı qızın adını soruşanda, İlham uşaqlıq illərindən bəri sevdiyi Fərizənin adını çəkir…
30 iyun 1989-cu il – sonralar tarixə çevrilən bir tarix. “Leyla” şadlıq sarayında İlham və Fərizənin toyu olur. “Vağzalı” sədaları altında Fərizə İlhamgilə gəlin köçür…
1990-cı il 19 yanvar günü. İlham Fərizəni öz anasıgilə gətirir və qardaşı oğlu Əjdəri öpüb evdən ayrılır… Axırıncı dəfə qardaşı Elxanla “Şamaxı yolu” adlanan ərazidə görüşüb ayrılır. Sonra qardaşı axtarsa da İlhamı tapa bilmir…
Qanlı və Şanlı 20 Yanvar gecəsi… Bakı – müharibədən çıxmış şəhər… Qardaşı Elxan və anası hər yerdə İlhamı axtarırlar. İlhamı həmin gün xəstəxanaların birində tapırlar… Əvvəlcə Xırdalandakı qəbiristanlıqda, sonra isə Şəhidlər xiyabanında dəfn olunur…
İlhamın ölümünə Fərizə dözə bilmir, özünü yandırmaq istəsə də yaxınları buna imkan vermir, daim onu nəzarətdə saxlayırlar.
Amma hər kəs bu sevginin qarşısında aciz qalır… Fərizə hamı yuxuya gedəndən sonra İlhamın son dəfə etdiyi kimi, balaca Əjdəri öpür, ardınca sirkə şüşəsini götürüb içə bildiyi qədər içir. Özü ilə birgə İlhamının yanına bətnindəki körpəsini də aparır…
20 yanvar 2012-ci il. O hadisədən 22 il ötür. Əgər yaşasaydılar, 22 yaşlarında övladları olardı… Amma bu gün onların bir yox, milyonlarla övladları var – mənim kimi… Azərbaycan dövlətin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etdilər… Onlar yaşamadılar, amma yaşatdılar. Yaşatdıqları, azadlıq bəxş etdikləri hər bir azərbaycanlının qəlbində daim yaşayacaqlar… Onlar əbədiyyətə qovuşdular. Özlərindən sonra 30 iyun “Sevgililər günü” kimi unudulmaz bir sevgi tarixi qoyub getdilər…
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rəvan İsgəndərli

Şərh Yaz