Qar üstündə qərənfillər

Qar üstündə qərənfillər1990-cı ilin 20 Yanvarı xalqımızın tarixinə qanla yazılmış bir gün kimi daxil olmuşdur. O gündən zaman bizi nə qədər uzaqlaşdırsa da, azadlıq uğrunda canlarından keçən igid oğul və qızlarımız gələcək nəsillərə örnək ola biləcək bir nümunə göstərmələri daha dəqiqliklə yaddaşlara həkk olunur. Xalq azadlığı uğrunda ayağa qalxmışdı. Sovet imperiyasının Moskvadakı havadarları Azərbaycanı qorxutmaq, bu yoldan çəkindirmək üçün qan tökməkdən belə çəkinmədilər. Xalqın istiqlal ruhunu qırmaq məqsədilə Bakıya qoşun yeridildi, burada qırğın törədildi. Həmin gecə onlarca həmvətənimiz öldürüldü, yüzlərlə adam yaralandı, itkin düşdü. Həmin gün Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirilir.Qar üstündə qərənfillərQar üstündə qərənfillər1990-cı ilin 20 Yanvarı xalqımızın tarixinə qanla yazılmış bir gün kimi daxil olmuşdur. O gündən zaman bizi nə qədər uzaqlaşdırsa da, azadlıq uğrunda canlarından keçən igid oğul və qızlarımız gələcək nəsillərə örnək ola biləcək bir nümunə göstərmələri daha dəqiqliklə yaddaşlara həkk olunur. Xalq azadlığı uğrunda ayağa qalxmışdı. Sovet imperiyasının Moskvadakı havadarları Azərbaycanı qorxutmaq, bu yoldan çəkindirmək üçün qan tökməkdən belə çəkinmədilər. Xalqın istiqlal ruhunu qırmaq məqsədilə Bakıya qoşun yeridildi, burada qırğın törədildi. Həmin gecə onlarca həmvətənimiz öldürüldü, yüzlərlə adam yaralandı, itkin düşdü. Həmin gün Azərbaycan xalqının milli azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirilir.
Ermənipərəst M.Qorbaçovun, Moskvanın köməyi ilə ermənilərin Azərbaycana ərazi iddiaları, antiazərbaycan siyasəti, torpaqlarımızın işğalı xalqımızın azadlıq mübarizəsini daha da gücləndirmişdir. Buna cavab olaraq Bakı şəhərində qırğınlar törədilmişdir.
Bakıdakı qanlı qırğınlardan sonra ulu öndər Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı faciənin səbəbkarı olan M.Qarbaçovu ittiham etmişdir.
20 Yanvar qan yaddaşı kimi hər il anılır, bu tarix haqqında böyüməkdə olan nəsillərə məlumat verilir. Rayonumuzda da bu gün hər il anılır. Bu gün azadlıq üçün övladlarını qurban verməyə hazır olan bir xalqın şərəfli tarixidir.
Bu il əvvəlki günəşli yanvar günləri ayın 19-dan 20-nə keçən gecədə dəyişdi. Səhər yerindən qalxanlar hər tərəfi ağappaq gördü. Qar yağmaqda davam edirdi. Buna baxmayaraq şəhərdə xüsusi bir canlanma vardı. Adamlar dəstə-dəstə Şəhidlər xiyabanına tərəf axışmaqda idilər. Onların arasında veteranlar, məktəblilər, qadınlar, RİH aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin çoxsaylı nümayəndələri vardı. Xiyabanla şəhər arasındakı magistral yol insan kütləsi ilə dolu idi, axın isə davam edirdi. Hamının əlində qırmızı qərənfillər vardı.
Şəhidlər xiyabanının ətrafındakı hasarların üstünə qırmızı qərənfillər düzülmüşdür. Qərənfillər qarın üstündə şəhid qanı kimi görünürdü. Artıq qərənfil şəhid gülü statusunu almışdır, onu belə də təsəvvür edirik.
Saat onda məzarların ziyarəti başlandı. Adamlar sıra ilə şəhid qəbirlərinə yaxınlaşır, gül qoyur, baş əyərək asta addımlarla xiyabandan çıxırdılar. Qar yağmaqda davam edirdi…
Bəybala Babayev

Şərh Yaz