Apardı sellər…

Apardı sellər...Keçmişdə İsmayıllı şəhərinin yerləşdiyi ərazidən çay axırmış. Çayın hər iki sahilində yaşayış məskəni varmış. O vaxtkı adını bilmədiyimiz bu yaşayış yerlərindən biri indiki İsmayıllı, digəri Mican olub.
Yaz, payız aylarında çayın aşıb-daşması burada yaşayanlar üçün müəyyən çətinliklər yaradırmış.
Günlərin birində çayın indiki İsmayıllı sahilində yaşayan gənc oğlan o biri sahildəki gözəl qıza vurulur. Bir yaz günü hər iki gənc çayın kənarına gəlir. Tanışlıq zamanı oğlan adının, köhnə danışıq dilimizdə isminin Mayıl, qız isə Mərcan olduğunu söyləyir.
Şirin-şirin söhbət edən gənclərin dağda yağan leysandan, çaya gələn seldən xəbəri olmur. Biri-birinə yenicə könül verən gənclər qəfil gələn selin qurbanı olurlar.
Elə o vaxtdan nakam sevgililərin şərəfinə çayın bir sahilinə İsmi Mayıl (İsmayıllı), digər sahilinə Mərcan (Mican) adı verilir.
Kamran Səmədov,
Vəng kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz