Məktəblilərin qış tətilində

Məktəblilərin qış tətilindəYeni ilin ilk günlərində rayonun Heydər Əliyev adına Mədəniyyət evində şəhər məktəblilərinin qış tətilində istirahətinin təşkili baxımından maraqlı tədbirlər keçirilmişdir. Məktəblilər, məktəblərin təşkilatçı müəllimləri, valideynlər bir araya gələrək mədəniyyət evi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin birgə hazırladıqları bayram konsertlərinin iştirakçısı olmuşlar. İki gün davam edən bu tədbirdə min nəfərə yaxın məktəbli iştirak etmişdir. Onlar dəstə-dəstə səhnəyə çlxaraq Şaxta baba və Qar qızla bərabər rəqs etmiş, mahnılar oxumuş, keçirilən əyləncəli viktorinalarda biliklərini nümayiş etdirmişlər. İştirakçıların və bayram şənliyinin fəallarına Şaxta baba hədiyyələr vermişdir.
Günel Aslanlı

Şərh Yaz