Dövlət sosial siyasətinin yeni təntənəsi

Dövlət sosial siyasətinin yeni təntənəsiBütün Azərbaycan vətəndaşları, xüsusilə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, Çernobıl faciəsi zamanı əlil olanlar və digər imtiyazlı vətəndaşlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin insana qayğı və mərhəmətlə zəngin olan sosial siyasəti ilə əhatə olunmuşlar. Ölkəmizdə heç kim öz problemləri ilə baş-başa qalmır. Respublikamızın hər bir bölgəsində yaşayan insanların nümunə üçün uzağa getməsinə ehtiyac yoxdur. Hər kəs öz yaşadığı yerə diqqət yetirdikdə ölkə başçısının sosial siyasətinin təntənəsinin şahidi olur. 2012-ci ilin ilk iş günündə biz də belə bir təntənənin sevincini yaşadıq.Dövlət sosial siyasətinin yeni təntənəsiDövlət sosial siyasətinin yeni təntənəsiBütün Azərbaycan vətəndaşları, xüsusilə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, Çernobıl faciəsi zamanı əlil olanlar və digər imtiyazlı vətəndaşlar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin insana qayğı və mərhəmətlə zəngin olan sosial siyasəti ilə əhatə olunmuşlar. Ölkəmizdə heç kim öz problemləri ilə baş-başa qalmır. Respublikamızın hər bir bölgəsində yaşayan insanların nümunə üçün uzağa getməsinə ehtiyac yoxdur. Hər kəs öz yaşadığı yerə diqqət yetirdikdə ölkə başçısının sosial siyasətinin təntənəsinin şahidi olur. 2012-ci ilin ilk iş günündə biz də belə bir təntənənin sevincini yaşadıq.
İsmayıllı şəhərinin “Günəşli” yaşayış massivində Qarabağ müharibəsi əlili Hacalı Dadaşov və Çernobıl faciəsi zamanı əlil olmuş Süleyman İlyasov üçün Aşağı Cülyan kəndində fərdi ev tikilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin layihəsi olan bu evlər 2 geniş otaqdan, mətbəxdən, sanitar qovşağından ibarətdir. Evlərin qaz, su və elektrik enerjisi təchizatı öz həllini tapmış, isitmə sistemi quraşdırılmışdır. Lazımi məişət avadanlıqları ilə təmin edilən mənzillərdə yaşamaq üçün hər cür şərait yaradılmışdır.
Azərbaycan Prezidentinin, Dövlətimizin sosial siyasətinin nəticəsi kimi, xüsusi qayğıya ehtiyacı olan H.Dadaşov və S.İlyasov üçün tikilən evlərin açılışı 2012-ci ilin ilk iş günündə olmuşdur.
Dövlət sosial siyasətinin yeni təntənəsiDövlət sosial siyasətinin yeni təntənəsiTəntənəli mərasimdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Vidadi Zərbiyev, Çernobıl Əlilləri İttifaqı rayon təşkilatının sədri Məleykə Lətifova, Aşağı Cülyan kənd orta məktəbinin müəllimi Rafiq Orucov yeni ev alanları təbrik etmiş, hər bir Azərbaycan vətəndaşının firavan həyatının qarantı olan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sevincləri hədsiz olan yeni ev sahibləri Dövlətimizə, onun rəhbərinə, sosial layihələrin fəal iştirakçısı olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ürəkdən təşəkkür etmiş, “Allah onlardan razı olsun!” demişlər.
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov hər iki açılışda yeni mənzil sevincini yaşayan ailələri təbrik etmiş və bildirmişdir ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlər də daxil olmaqla 126 mənzil tikilmişdir. Dövlət siyasəti ona yönəlmişdir ki, Çernobıl əlilləri də daxil olmaqla bu qrupdan olan ailələrin mənzil problemi çox yaxın zamanda tamamilə həllini tapsın. İnkişafımız sürətləndikcə, iqtisadiyyatımız yüksəldikcə, ölkəmiz qüdrətləndikcə, yeni-yeni infrastruktur layihələri həyata keçdikcə xüsusi imtiyazlı vətəndaşlarımız bunlardan daha çox bəhrələnəcəklər.
Nizami Ələkbərov hər iki evdə açılış lentini kəsmiş və mənzillərdəki şəraitlə tanış olmuşdur.
Yeni ilin ilk iş günü yeni yaşayış evlərinə sahiblik sevinci ilə xarakterik olmuşdur.
Valeh Salehov

Şərh Yaz