Ismayilli-Xeberleri.info . Ismayıllı-Xəbərləri Qazetinin rəsmi saytı. » Səhifə 437
Авторизация
 
  • 22:11 – Milli Dirçəliş Günü qeyd olunub 
  • 10:21 – Təltiflər, təbriklər 
  • 19:22 – Aran zonasında görüşlər 
  • 16:45 – Məktəblərə qayğı artırılmalıdır 
Maraqli

DİQQƏT!!!

Əziz ismayıllılat, Demokratıya həftəsində fəallıq nümayiş etdirin!
  • 10 okt, 15:11
  • 0

Sülhə gəlin, ey insanlar...

Sentyabrın 21-də İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Sülh aylığı” çərçivəsində “Məktəblilərimiz sülhü
  • 27 sen, 18:49
  • 0

İsmayıllıda regional seminar müşavirə keçirilib

27 sentyabr 2018-ci il tarixdə İsmayıllı rayonundakı “Qala” şadlıq sarayında “Azərbaycanda Dayanıqlı İnkişaf
  • 27 sen, 17:25
  • 0
  • Son xəbərlər
buraaa
n
Sosial səbəkədə
  • Facebook
  • Facebook
  • Twitter
ne
Bütün xəbərlər.

Şagirdlərdə müstəqil yazı vərdişlərinin inkişaf etdirilməsı

Təlimdə yeni üsul və texnologiyalardan istifadə
  • 25 fev, 12:17
  • 2

Şəhidlərin xatirəsi anıldı

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda
  • 25 fev, 12:16
  • 1

20 Yanvar faciəsi qan yaddaşımızdır

Yanvarın17-də Heydər Əliyev adına Mərkəzdə İsmayıllı rayon Gənclər və İdman İdarəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında 20 Yanvar faciəsi qan yaddaşımızdır mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqənin şəffaf keçirilməsi üçün kodlaşdırma aparılmışdır. Müsabiqədə 46 nəfər iştirak etmişdir. Müsabiqə yazıları yoxlanmaq üçün RTŞ-nə göndərilmişdır. Nəticələr müəyyənləşdirildikdən sonra qaliblərə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin diplomları və qiymətli hədiyyələri veriləcəkdir.
  • 25 fev, 12:15
  • 1842

Armrestlinq üzrə rayon birinciliyi

2012-ci ilin 17 yanvar tarixində rayon Gənclər və İdman İdarəsi yeniyetmələr və gənclər arasında armrestlinq üzrə rayon birinciliyi keçirmişdir. Tədbirdə 65 nəfər idmançı iştirak etmişdir. 20 Yanvar şəhidlərinin xatirəsi anılmış, yarış iştirakçılarına uğurlar arzulanmışdır. Yarış əsasnaməyə uyğun - olimpiya sistemi ilə (uduzan çıxır) keçirilmişdir. Maraqlı görüşlərdən sonra 50 kq. cəkidə Nicat Xəlilli I, Bəhruz Qasımov II, İzzət Cəfərov III yeri tutmuşdur. 55 kq. cəkidə Hidayət Həmzəyev birinci, Şirxan Xəlilov ikinci, Elmar İlyaslı üçüncü olmuşdur. 60 kq. cəkidə Togrul Şahlarlı I yeri, Eşqin Paşayev II yeri, Namiq Talıbov III yeri qazanmışdir. 65 kq. cəki dərəcəsinin birincisi Samir Osmanov, ikincisi Rəsul Fərəcli, üçüncüsü Nurlan Qasımov olmuşdur. 75 kq. cəki dərəcəsində Elvin Seyidov I, Tural Seyidzadə II,
  • 25 fev, 12:15
  • 78

Qapılara 46 qol vuruldu

Yanvar ayının 16-da İsmayıllı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Olimpiya-İdman Kompleksində yeniyetmə və gənclər arasında futzal üzrə rayon birinciliyi keçirmişdir. Birincilik 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmişdir. Birincilikdə Olimp, Aşağıbaş, İsmayıllı, Günəşli, Kəpənək, Təzəkənd və ümumilikdə 16 komanda iştirak etmişdir. Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi E.Nəcəfli açmışdır. 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edildikdən sonra yarışa start verilmişdir. Yarış olimpiya (uduzan çıxır) sistemi üzrə keçirilmişdir. Yarışda qapılara 46 qol vurulmuşdur. Gərgin və maraqlı mübarizədən sonra I yeri Olimp, II yeri İsmayıllı, III yeri Təzəkənd komandası tutmuşlar. Qaliblər təşkilatçı idarənin diplomları və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.
  • 25 fev, 12:14
  • 0

Doğma dilim, sən ki varsan...

İlk dəfə gözümüzü həyata açanda başımızın üstündə əziz, mehriban və doğma bir insanı anamızı görmüşük. Bizə can da, qan da verən bu müqəddəs varlıq olub. Onun zərif qolları üzərində rahatlanmış, şirin laylalarını eşidə-eşidə yuxuya getmişik. Anamızın çaldığı laylalarla dünyanın bütün gözəllikləri, həyatın şirinliyi canımıza, qanımıza hopub: Laylay dedim yatasan, Qızılgülə batasan. Qızılgüllər içində Şirin yuxu tapasan. Laylay, bülbülüm, laylay, Körpə sünbülüm, laylay.
  • 25 fev, 12:12
  • 218

Başlıca məqsəd

Məktəbimizdə Ümumi təhslin müasir kurikulumları və yeni pedaqoji texnologiyalar mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda RTŞ-nin metodika kabinetinin müdiri H.Əsədov və ibtidai siniflər üzrə metodist A.Bağıyeva iştirak etdi. İbtidai siniflərdə keçirilən açıq dərslərdən sonra konfransı məktəbin direktoru R.Dadaşov açdı.Çıxışının sonunda o, 2011-ci dərs ilinin məktəbimiz üçün uğurlu olmasını söylədi.
  • 25 fev, 12:09
  • 1

Fikir mübadiləsi etmişlər

Azərbaycanda təhsilin dünya standartları
  • 25 fev, 12:02
  • 1

Nizami Mirzə

(Mirzəyev Nizami Əlipaşa oğlu) 1949-cu ildə İsmayıllı rayonunun Xanəgah kəndində anadan olub. ADPU-nin tarix fakültəsini bitirib. Povest və hekayələri geniş oxucu kütləsinin rəğbətini qazanıb.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Qızıl qələm, Araz və Məmməd Araz mükafatları laureatıdır. Azərbaycan müəllimi qəzetinin əməkdaşıdır.
  • 25 fev, 11:58
  • 0

Cinayətkarlıqla mübarizədə ictimaiyyətin köməyi

Cəmiyyətin hər bir üzvünün istər
  • 25 fev, 11:31
  • 8

Ümidlə ümidsizlik arasında

(Atamın, anamın gözü yoldadır) Bu yazını qələmə almağa anamla, atamın qəmli gözləri və həsrət dolu baxışları səbəb oldu. Onlar nə vaxtsa oğlu Vilayətin dumanlı, çiskinli bir payız axşamı qapını açıb: Mən gəldim, - deyib boyunlarına sarılıb neçə illərin ayrılığına son qoyacağı günə ümid bəsləyirlər. Anam elə hey bayatılarında, ağılarında oğul deyə fəryad qoparır. Bu yollar nə uzun oldu, Vilayət?!
  • 25 fev, 11:28
  • 0

İşmayıllı şəhidləri: 19 günə 32 şəhid

1990-cı ildən yanvar ayı tariximizə Qanlı yanvar kimi yazıldı. Qarabağ torpaqlarının erməni işğalından azad olunması uğrunda gedən döyüşlərdə 1992-1994-cü illərin yanvar ayında rayonumuzun müxtəlif yaşayış məntəqələrində boya-başa çatmış 32 igidini torpağa tapşırıb, məzarlarını and, ziyarət yerinə çevirmişik. Şəhidin soyadı, adı, atasının adı Anadan Həlak olduğu Son ünvanı olduğu il tarix Abbasov Mehdi Yusif oğlu 1958 13-01-1992 Ruşan kəndi Nəcəfov Rəhman Hacı oğlu 1962 26-01-1992 Lahıc qəsəbəsi Mahmudov Ərəstun İsbəndi oğlu 1957 28-01-1992 Pirəbilqasım kəndi Əliyev Ayaz İbrahim oğlu 1974 20-01-1993 Lahıc qəsəbəsi Kazımov İsrafil Şirzad oğlu 1974 20-01-1993 Təzəkənd kəndi Şalbuzov Namiq Əsgər oğlu 1973 23-01-1993 İsmayıllı şəhəri Əhmədov Akif Həzrətqulu oğlu 1970 27-01-1994 Tircan kəndi Mehdiyev Ziyad Mirzə oğlu 1966 01-01-1994 Ağbulaq kəndi Mirzəyev İmran Səfər oğlu 1972 01-01-1994 Lahıc qəsəbəsi Cavadov Qabil Cavad oğlu 1967 01-01-1994 Çandahar kəndi Həsənov Sahab Məhəmməd oğlu 1971 01-01-1994 Qubaxəlilli kəndi Məmmədov Vəkil Murad oğlu 1955 03-01-1994 Qalınçaq kəndi Abbasov Hikmət İsbat oğlu 1974 04-01-1994 Qaraqaya kəndi Fərəcov Cəsarət İsrayıl oğlu 1975 04-01-1994 Zərnava kəndi Xəlilov Teymur Ziyad oğlu 1975 04-01-1994 Xanagah kəndi Novruzov Mətləb Cilovxan oğlu 1973 04-01-1994 Zərnava kəndi Bəkirov Tofiq Əvəz oğlu 1970 05-01-1994 Zərnava kəndi Ocaqov Rəhman Şükür oğlu 1962 06-01-1994 Buynuz kəndi Hüseynov Elçin Füzuli oğlu 1973 07-01-1994 Kələzeyvə kəndi Azayev Sərvər Sani oğlu 1967 07-01-1994 Hacıhətəmli kəndi Əliyev Qulam Behbudalı oğlu 1965 07-01-1994 Zoğallıq kəndi Mirzəyev Zəfər Bəyi oğlu 1968 12-01-1994 İsmayıllı şəhəri Dünyamalıyev Elşad Ənvər oğlu 1973 14-01-1994 Qubaxəlilli kəndi Hacıyev Ramiz Əbülfəz oğlu 1963 15-01-1994 İsmayıllı şəhəri Ağayev Şükran Kərəm oğlu 1970 19-01-1994 Təzəkənd kəndi Orucov Nizami Dursunalı oğlu 1967 19-01-1994 Qubaxəlilli kəndi Abbasov Sirac Ziyad oğlu 1974 21-01-1994 I Yeniyol kəndi Ocaqov İlham Ağaməmməd oğlu 1967 22-01-1994 Buynuz kəndi Əliyarov Vaqif Əhəd oğlu 1973 22-01-1994 Qoşakənd kəndi Ağayev Ayaz Həbulla oğlu 1975 26-01-1994 Hacıhətəmli kəndi Babayev Əhmədağa Şahbaba oğlu 1966 30-01-1994 Quşencə kəndi Hacıyev Tarverdi Ağaverdi oğlu 1969 30-01-1994 Diyallı kəndi Ruhunuz qarşısında baş əyirik! Qanınız yerdə qalmayacaq! Allah Sizə rəhmət eləsin! Qəbriniz nurla dolsun! İsmayıllı xəbərləri
  • 25 fev, 11:25
  • 1