• Ana səhifə |
Subscribe by RSS or RUS
Nağıllaşan həyat -  Aydın Səlimzadə ömrü

Nağıllaşan həyat - Aydın Səlimzadə ömrü

15 iyul 2014
//
Oxunub: 2484 şərhlər 0
Xüsusi buraxılış ömrünün və yaradıcılığının çiçəkləndiyi bir vaxtda həyata əlvida demiş, şair, yazıçı-publisist,etnoqraf, tarixçi-alim Aydın Hümbət
Ömürdən naxışlar

Ömürdən naxışlar

15 iyul 2014
//
Oxunub: 4798 şərhlər 0
1953-cü ilin 2 iyulunda parlaq Ayın işığı ilə yerin, göyün bəyaz lığa büründüyü, süd kimi ağ bir gecədə dünyaya çox körpələr gəldi. Həmin vaxt bu kəndin bir
İşıqlı bir xatirə

İşıqlı bir xatirə

15 iyul 2014
//
Oxunub: 1307 şərhlər 0
Səlimzadə Aydın imzası mənim üçün çox doğma və əzizdir. Bu imza, demək olar, gözümün qarşısında çalışqan, istedadlı bir qələmdən süzülüb gəlib, çap olunub, tanınıb, yayılıb və məhşurlaşıb, 1988-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü şair Aydın, Söyüdlər nə vaxt yolulur maraqlı etnoqrafik povestinin müəllifi nasir Aydın, jurnalist, publisist, tarix elimləri namizədi tarixçi - etnoqraf Aydın. Bunların hamısı Aydın Səlimzadə qələminin imzaladığı maraqlı şeir və yazılarının genişliyi və müxtəlifliyindən xəbər verir.
Unutduğumuz Aydın Səlimzadə

Unutduğumuz Aydın Səlimzadə

15 iyul 2014
//
Oxunub: 1554
Əslində unutmamışıq, tez-tez xatırlayırıq, haqqında söhbət edirik, yazılar da yazırıq, amma bu o da demək deyil ki, biz Aydını unutmamışıq. Biz Aydını çoxdan unutmuşuq. Niyə?
Adına bənzəyən Aydın

Adına bənzəyən Aydın

07 iyul 2014
//
Oxunub: 1490 şərhlər 0
Ömrümüz boyu minlərlə insanla rastlaşır, tanış olur, ünsiyyət qurur, yaxınlaşır, ayrılırıq. Qısa, ancaq illər uzunu unudulmayan tanışlıqlar yaxud etibarsızlığı təsadüfən, dar ayaqda ortaya çıxan uzun, əbədi görünən dostluqlar. Bizim insanlığımızı var edən, saxlayan elə bu ünsiyyətlərdir: mürəkkəb, ziddiyyətli, qanadlandıran və ya qanadları qıran
Dağlar marala qaldı

Dağlar marala qaldı

07 iyul 2014
//
Oxunub: 4040 şərhlər 0
Bir gəlin ağı deyirdi. Bu ömürlük ayrılıq nəğməsi idi. Bu, ömrünün çiçəkləndiyi bir vaxtda 42 yaşında həyata vaxtsız əlvida demiş nurlu, nakam ömür üçün
Ömrün baharında...

Ömrün baharında...

07 iyul 2014
//
Oxunub: 1364 şərhlər 0
On doqquz ildir Aydın aramızda yoxdur, ancaq az qala, mən hər gün Aydını görürəm. Ötən günlərə baş vururam - Aydının aydın, gülümsər çöhrəsi o xatirələrə aydınlıq gətirir. Toyda, yasda, küçədə dost-tanışla rastlaşırıq. Xoş-beşdən sonra dərhal Aydın yada düşür. Ailəsini soruşurlar, uşaqları ilə maraqlanırlar. Aydın qədər xatırladığım ikinci adamım yoxdur. Çünki bütün keçmişimdə Aydın var, Aydını unutmaq - o illəri, o xatirələri, o hadisələri unutmaq deməkdir. İlk dəfə 1973 cü ilin ilk günlərində Zəhmətkeş qəzetinin redaksiyasında görüşmüşük. Mən onuncu sinifdə oxuyurdum, Aydın universitetin birinci kursunda qiyabiçi idi. Mənim nəzərimdə Aydından xoşbəxt adam yox idi. Boylu-buxunlu, yaraşıqlı, istiqanlı, istedadlı oğlan idi, ara-sıra şeirləri çap olunurdu. Qılıqlı idi, adamlarla asanlıqla ünsiyyət yarada bilirdi. Mənimçün Aydınla görüşmək, söhbət etmək maraqlı idi və biz saatlarla İsmayıllının küçələrini gəzirdik. Bir çox şeyləri, xüsusilə, yeni ədəbiyyatla, poeziya ilə bağlı məsələləri mən o illərdə Aydından öyrənirdim.
Dərdimə, qəmimə ortaq olan dost

Dərdimə, qəmimə ortaq olan dost

07 iyul 2014
//
Oxunub: 1354 şərhlər 0
Xalqımızın ən gözəl mənəvi dəyərlərindən biri də vətənpərvərlik hissidir. Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır, - deyən babalarımız necə də haqlıdırlar. Hər bir azərbaycanlı doğma torpağının hər bir qarışına məhəbbət bəsləyir, onun uğrunda canını qurban verməyə hazırdır. Bunu şəhid balalarımız bir daha sübut etdilər. İş elə gətirib ki, bizim də taleyimizə vətənimizin bir parcası olan doğma yurd-yuvamızdan, ata-babalarımızın uyuduqları torpaqdan məhrum olmaq kimi faciə düşüb. Bu qaçqınlığın ilk illərində İsmayıllı torpağında məskunlaşdıq. Qayğıkeş insanların səmimi münasibəti, sanki, yaralarımıza məlhəm qoydu, yaşamaq, yaratmaq ümidimizi artırdı. İsmayıllıda dostluq münasibətində olduğum adamlardan biri də Əhməd idi.
Sən gedəli

Sən gedəli

07 iyul 2014
//
Oxunub: 1369 şərhlər 0
Sən gedəli bu dərdəsər dünyanın, Köhləni yox, dəvəsi yox, nəri yox. Tülkü artıb, çaqqal basıb dörd yanı, Meydanı çox, meymunu çox, şiri yox.
Yerlibaz həmyerlim

Yerlibaz həmyerlim

07 iyul 2014
//
Oxunub: 1578 şərhlər 0
Qılıqlı, xoşrəftar, dostcanlı, ailəcanlı, bir də ki, yerlibaz idi. Yerlibaz sözündən səksənib də, bəzi skeptiklər biri-birinə göz basmasınlar. Yerlibaz idi, yəni o mənada ki, öz ismayıllısını bacarıqlı, işgüzar, istedadlı, öndə gedən görmək istəyirdi. İstəyirdi, hər yerdə ismayıllılığı ilə fəxr etsin. İsmayıllı nə olan şeydi məgər bir quru torpaq, uzağı gözəlliklər məskəni adlana biləcək səfalı bir məkan, bir coğrafi ərazi. Anamız Yer səthində ondan gözəlləri də var, ondan geri qalanları da. Amma dünya nemətlərinin ən alisi insandır və təbiət gözəlliklərini də duyan, dərk eləyən, dilə gətirən odur. İnsansız bu dünyanın nə dadı, nə duzu? Bax , o, ismayıllılar hər şeydən öncə belə görmək istəyirdi, yəni İNSAN kimi. Burda nə pis iş var ki? Bir də bu elə hamının, lap elə bəşər məxluqunu dünyaya gətirən o UCA varlığın da arzusu deyilmi? Arzu bir yana. Çoxları çox şey arzulaya bilər. Bir də var, arzusu yolunda özünü oda-közə vuran, onun reallaşması üçün faktiki iş görən, təmənnasız, kimsədən sağ ol gözləmədən addım atanlar. Aydın Hümbət oğlu Səlimzadə İsmayıllının belə oğullarından idi. Yurduna (İsmayıllıya), Vətəninə gərək olan, onların adını doğrultmağa qadir fərasətli, istedadlı həmyerlilərini uzaqdan, özü də bir baxışdan tanımaq qabiliyyəti vardı. Belələrini görəndə fəxr duyar, orda-burda öyünər, özünü bir yana qoyub onları təbliğ edərdi.
------------ -----------
Free counters!