• Ana səhifə |
Subscribe by RSS or RUS

Elan

Yazar Ismayilli
//
25 iyul 2013
//
//
Oxunub 1478
//

Elan
Elan
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci tələbə qəbulu elan edir
Əziz abituriyentlər!
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli, 168 saylı qərarı ilə 11 ixtisas üzrə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açılmış və TQDK-nın tələbə qəbulu planına daxil edilmişdir.
Ali məktəblərə sənəd vermiş və lazımi balı toplamamış abituriyentlərimiz avqustun 6-dan sonra ballarına uyğun olaraq Kollecimizi seçə bilər, orta təhsil bazasından isə iyulun 17-dən avqustun 15-dək müddətdə elektron yolla sənəd verərək TQDK-nın təşkil etdiyi imtahan vasitəsi ilə Kollecə daxil ola bilərlər.
İxtisaslar:
1. Müalicə işi (tam orta təhsil bazasından)
2. Məktəbəqədər təlim və tərbiyə - (ümumi orta təhsil bazasından)
3. Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti - (tam orta təhsil bazasından)
4. İnformatika müəllimliyi (ümumi və tam orta təhsil bazası üzrə)
5. Aqrar (fermer) təsərrüfatının təşkili - (tam orta təhsil bazasından)
6. Mühasibat uçotu - (ümumi orta təhsil bazasından)
7. Dekorativ tətbiqi incəsənət və xalq sənəti - (ümumi orta təhsil bazasından)
8. Turizm və onun təşkili - (tam və ümumi orta təhsil bazasından)
9. Ət və süd məhsullarının texnologiyası - (tam orta təhsil bazasından)
10. Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası - (tam orta təhsil bazasından)
11. Taxıl və taxıl məhsullarının saxlanılması və emalı texnologiyası (ümumi orta təhsil bazasından)
Ünvan: İsmayıllı şəhəri, Natiq Behdiyev küçəsi 19
Əlaqə telefonları: (020) 285-12-69, 050-458-13-85
Direktorluq

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!