• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Bəyənilən qərar

Bəyənilən qərar

Yazar Ismayilli
//
15 iyul 2013
//
//
Oxunub 1854
//
Bəyənilən qərar
Azərbaycan Respublikasinin Nazirlər Kabineti iyun ayının 25-də 168 nömrəli - İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında qərar qəbul edib.
Bəyənilən qərar
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası"nın 7.2-ci bəndinin doqquzuncu abzasına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq, regional çoxprofilli kolleclərin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakıları qərara alıb:
1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılsın.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, 7, maddə 745, 10, maddə 969, 12, maddələr 1241, 1245; 2012, 3, maddə 257, 4, maddə 399, 6, maddələr 633, 634) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinə "46. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci" hissəsi əlavə edilsin.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və İsmayıllı Rayon İcra Hakimiyyəti ilə birlikdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin maliyyələşdirilməsi və fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.
İsmayıllılar qəbul olunan qərarı ürəkdən bəyənir, bunu dövlət səviyyəsində onlara göstərilən qayğı və diqqət kimi dəyərləndirir, açılan kollecin rayonun mədəni, ictimai və iqtisadi həyatında əhəmiyyətli rol oynayacağına əminlik bildirirlər.
İsmayıllı xəbərləri

Şərh əlavə et:
Комментарии к новости (1)

Şərh eəlavə et

------------ -----------
Free counters!