• Ana səhifə |
Subscribe by RSS or RUS
» » Hər kəndə kitabxana

Hər kəndə kitabxana

Yazar Ismayilli
//
15 iyul 2013
//
//
Oxunub 1469
//
Hər kəndə kitabxana

Oxucuların bir hissəsinə məlumdur ki, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Hər kəndə kitabxana təklifi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etmişdir. Məktub profilinə uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinə göndərilmişdir. Nazirlik də hesab etmişdir ki, bu təklif çox əhəmiyyətlidir, müasirdir və insanların mənəvi, ideya-siyasi inkişafı üçün əsas stimuldur. Həm də qərara alınmışdır ki, kitabxana işçisinin əmək haqqı məsələsini bələdiyyələr həll etsin, Mədəniyyət və Turizm Nazirliyi də öz növbəsində bələdiyyə kitabxanalarının kitabla təminatını öz öhdəsinə götürsün.

Hər kəndə kitabxana
İsmayıllı xəbərlərinin ötən nömrəsində dərc olunan məlumatdan oxucular bildilər ki, rayon rəhbərliyi bu məsələdə hər kəsin vəzifəsini, görəcəyi işləri dəqiqləşdirmək üçün aid strukturların nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində toplantı keçirmişdir.
Həmin toplantıdan sonra rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən fəallıq daha çox hiss olunur. Artıq Bizlan, Gideyli, Balik və Əhən kəndlərində kitabxana yaradılmışdır. Yeni kitabxanalarda işləyənlərin əmək haqqı barədə düşünmək növbəsi bələdiyyələrə çatıb.
Ümumiyyətlə, irəli sürülmüş təklifləri, verilən tövsiyələri yerinə yetirmək üçün düşünülmüş işlər aparılmalı, səmərəli tədbirlər həyata keçirilməlidir.
Rövşən Əliyev

Şərh əlavə et:

Şərh eəlavə et

------------ -----------
Free counters!